1998-ci ilin payızı, ölkədə prezident seçkiləri idi və namizədlər bölgələrə getməyə başladılar. Prezidentin kabinetində seçki məsələlərinə dair müşavirədə Heydər Əliyev soruşdu: “Müxalifətdən olan namizəd E.Məmmədov bu gün Gəncədə kampaniyaya başlayıb, orada nə baş verib, nə məlumat gəlir?”
Aparat rəhbəri R.Mehdiyev məruzə edir:“E.Məmmədov Gəncədə, demək olar ki, rüsvay oldu, Gəncə xalqı onu qəbul etmədi, görüş baş tutmadı, bütün xalq sizi dəstəkləyir, arxayın ola bilərsiniz.” R.Mehdiyevə yaxın bir neçə məmur deyilənləri dəstəkləyir. Prezident məmnundur və başqa məsələlərə keçir.
Axşam E.Məmmədov MSK-nın ona ayırdığı vaxta əsasən, AzTV-də birbaşa efirə çıxır və Gəncədə seçicilərlə görüşündən olan videokaseti göstərməyi xahiş edir, sonra isə çıxışına davam edəcəyini deyir. Və bütün ölkə görüşlərdə çəkilən mənzərəni görür – zal insanlarla dolu, boş yer olmadığından binanın qarşısında böyük izdiham yaranıb və səsgücləndiricilərin bir hissəsi pəncərələrə qoyulub ki, zala yerləşməyənlər namizədin çıxışına kuçədə qulaq asa bilsinlər. E.Məmmədov hakimiyyəti sərt tənqid edir, camaat əl çalır və onu alqışlayır.
Ertəsi gün prezident Heydər Əliyev yenə də həmin məmurları toplayır və sual verir: “Dünən burada siz dediniz ki, E.Məmmədovu az qala Gəncədən qovdular. Amma axşam mən bu videonu izlədim. Orada vəziyyət sizin dediyiniz kimi deyil. Bəs digər namizəd Nizami Süleymanov necə, o da bölgələrə getməli və təşviqata başlamalı idi?”
Yenə də R.Mehdiyev ayağa qalxır və məruzə edir: “Bəli, cənab prezident, N.Süleymanov Göyçaya gedib, amma İcra Hakimiyyətinin başçısı mənə məruzə etdi ki, orada demək olar ki, heç kim onunla görüşə gəlməyib. Əlbəttə, kim gələcək ki, o kimdir ki, hamı sizi dəstəkləyir…”
Elə həmin gün axşam AzTV-də çıxış növbəsi N.Süleymanova çatır və o da E.Məmmədovun üsulundan istifadə edir – öncə onun regiondakı görüşünün videoyazısını göstərməyi xahiş edir… Və yenə də çoxlu adam, alovlu nitqlər, hakimiyyətin tənqidi və alqışlar.
Növbəti gün prezident yenə də həmin məmurları toplayır və artıq heç bir sual vermir və aparat rəhbərinə deyir: “Deməli, İcra Hakimiyyəti başçıları sizi aldadırlar, siz də məni aldadırsınız!”
Eldar Namazov

Комментариев нет:
Отправить комментарий