30.03.2021

Cihad Muğniyənin bacısına dedikləri

Şəhid Cihad Muğniyənin bacısı belə deyir:
"Qardaşım məni küçədə gördü və mənə  tərs baxışla başa saldı ki, get evə gəlirəm. Çox qorxurdum... İndi gəlib məni tənbeh edəcək.
Axşamçağı olmuşdu. Dəstəmaz alib iki rükət namaz qıldı və namazdan sonra dedi bura gəl.
Çox qorxurdum.
Dedi, bacı, otur.
Oturdum.
Müqəddiməsiz başladı Xanım Zəhradan bir rozə oxumağa, ağladı və məni də ağlamaq tutdu.
Sonra dedi, bacı, bilirsən bibi niyə üzünü mövladan gizlədirdi?
Ona görə ki, Əli qəzəblənməsin. Axı qeyrətliydi.
Bilirsən bibi hətta qapı arxasında belə qoymadı çadrası başından düşsün?!
Bilirsən niyə İmam Həsən tez qocaldı?
Ona görə ki küçədəydi, ancaq namusu üçün heç nə edə bilməmişdi.
Bacı, indi əgər istəyirsənsə məni qəzəbli öldürməyəsən, küçədə gedəndə çadrandan və hicabından muğayat ol.
Mən sabah qiyamət günündə Xanım Zəhraya cavab verə bilmərəm.
Başını aşağı salıb ağlamağa başladı...
Gəlib başımdan öpdü və dedi: Bacı, söz ver ki məndən sonra çadrandan muğayat olacaqsan.
Çox təəccübləndim... Utanırdım.
Dedim, qardaş, inşallah kölgən həmişə başımın üstündədi.
Üç gündən sonra qardaşımın şəhadətə çatdığı xəbərini aldım.
Sonra paltarlarını gətirəndə gördüm ki, güllə yerin dəsmalı ilə bağlayıb, üstündə Ya Fatimətuz Zəhra yazılıb...
İndi nə vaxt küçədə çadrasız xanım görürəmsə göz yaşlarım sel olur...
Öz özümə deyirəm görəsən bunların qardaşı yoxdur..."

Комментариев нет:

Отправить комментарий