10.03.2021

İnsana ən böyük pisliyi elə öz tanıdıqları edir, başqa millətdən olanlar yox

Aftandil Babayev

Məncə sülh şəraitində hər insana bir nəfəri öldürmək şansı verilsə, böyük əksəriyyət öz ölkəsindən, öz millətindən, lap bəlkə öz yaxınından qohum-qonşusundan birini seçər.
Çünki insana ən böyük pisliyi elə öz tanıdıqları edir, başaqa millətdən olanlar yox.
Biz toplum olaraq ermənilərə nifrət etsək də, özümuz-özümuzə onlardan da çox ziyan vurmuşuq, xəyanət eləmişik.
Məsələn, illərdi bu ölkənin canına xərçəng şişi kimi yapışıb onu inkişafdan dayandıran, sərvətlərini talayan ermənilər deyil.
Xəstəni pula görə aldadıb öldürən həkim, şagirdini rüşvətlə bədbəxt edən müəllim, vətəndaşı şərləyən polis, camaatın profilini qırıb onun şəxsi intim həyatını yayan da erməni deyil, özümüzküdü.
Ona görə də düşünürəm ki dünya insanları heç bir irqə və millətə bölunməməlidi.
İnsanlar sadəcə iki yerə bölunməməlidi: vicdanlı və vicdansız!

Комментариев нет:

Отправить комментарий