Kapitalist cəmiyyətində milli müstəqillik- milli burjuanın öz millətini istismar etmək azadlığıdır. Yəni fəhləni başqa millətdən olan kapitalist yox, öz millətin kapitalisti istismar edir.
Burda bütün millətin azadlığından söhbət gedə bilməz. Həmin azadlıq yalnız o millətin zənginləri üçündür.
Və bir ovuc milli zənginin azadlığı- bütün xalqın müstəqilliyi kimi qələmə verilir.
Əslində həmin xalqın əsasını təşkil edən aşağı təbəqə (fəhlələr, kəndlilər və digər işçilər)- azad deyildir.
Onlar həmişəki kimi burjua üçün kölədir.
Sağ qalmaq üçün öz əməyini və vaxtını burjuaya qəpik-quruşa satan bir işçi, görəsən hansı azadlıqdan danışır?
Həqiqətənmi o azad olduğunu düşünür?
Burjuaziya "milli" sözündən məharətlə öz xeyrinə istifadə edərək xalqın başını yaxşıca qarışdırır.
İstismarına milli don geyindirib işçinin fikirlərini başqa səmtə yönəldir.
Bəli, "milli azadlıq", "milli müstəqillik" sözləri qulağa yaxşı gələ bilər. Ancaq bunlar sadəcə pafoslu söz yığınıdır.
Və bu söz yığını yalnız milli oliqarxların maraqlarını əks etdirir.
"Milli azadlıq"dan millətin əksəriyyətini təşkil edən işçilərə heç bir pay düşmür.
Bu azadlıq bütövlükdə təkcə zəngin ağa və bəylərə məxsusdur.
Комментариев нет:
Отправить комментарий