Kiyev hadisələri haqda inanılmaz versiya
Kiyevin Maydan Nezalejnosti meydanında dünya “Avropa, yoxsa Rusiya” seçimini edərkən Ukraynanın Qərbi və Şərqi Ukraynaya bölünəcəyi məsələsi də paralel olaraq gündəmdədir. Bu məsələ Azərbaycanda ilk olaraq diqqəti ona görə çəkdi ki, hələ 90-cı illərdə Azərbaycan mətbuatında “imperalistlərin xəritəsi” adı altında çap olunan xəritədə bu ölkənin iki hissəyə bölünəcəyi göstərilirdi. Həmin xəritə çap olunan məqalə isə yazıçı, konspiroloq Həmid Herisçi imzası ilə yayımlanmışdı.
Ukraynadakı hadisələr və regionda baş verənlərlə bağlı publika.az-a danışan Həmid Herisçi olayların konspiroloji tərəflərini açıb və olduqca maraqlı məqamlara toxunub.
Rəsulzadənin də olduğu “Prometey” əməliyyatı, yaxud müxalifət Avromeydana niyə gedibmiş?
H. Herisçi bildirir ki, Atlantik alyansı ölkələrinin təkcə açıq deyil, həm də gizli, məxfi xarici siyasəti var. Onun sözlərinə görə, hələ ötən əsrin 30-cu illərində anqlosakslar Sovet Rusiyasına qarşı tam məxfi “Prometey” əməliyyatına start verirlər: “Bu əməliyyata görə Sovet Rusiyası Polşa, Ukrayna, Qafqaz, Orta Asiya tərəflərindən düşmən qüvvələrlə əhatə olunmalıydı. Bu cür “mühasirə zolaqlarına” Amerika xarici siyasətində “Anakonda” adını veriblər. Zaman keçdikcə həmin “anakonda ilanı” Rusiyanın boğazına sarılıb onu məhv etməlidir. 30-cu illərdə Britaniya, Fransa kəşfiyyatı bu əməliyyatın icrasını o vaxtkı Polşa Baş Ordu qərargahına tapşırır. Azərbaycan millətçilərindən məşhur Məmmədəmin Rəsulzadə də bu “Prometey” əməliyyatına qatılır. Bu qaynaqdan da maliyyələşdirilir. Məmmədəminin o vaxtlar Polşada yaşaması da bu səbəbdəndir. Həmin məxfi əməliyyatına Qərb o vaxtdan əsla fasilə verməyərək indi də onu Rusiyaya qarşı işlədir. Müxalifətimiz indi Məmmədəminin o yolunu təkrarlayaraq Kiyevin Avromeydanını ziyarət edir”.
“Prometey” əməliyyatında indi kimlər var?
Konspiroloq qeyd edir ki, hazırda Rusiya bu “Prometey” əməliyyatına aid bəzi gizli sənədləri çap edib.
“Ordan görünür ki, Stalin tam mənada prometeyçilərin gizli mətbəxinə bələdmiş. Məmmədəminin hər hərəkətini güdürmüş, izləyirmiş. İndi də bu hərəkət daxilində Rusiyanın çox sayda casusları var. Onlar da indiki məmmədəminlərimizin “Prometey” əməliyyatı çərçivəsindəki bütün hərəkətlərini güdürlər”- deyə o bildirir.
“Ukrayna, “Prometey” məsələləri ətrafında demokratlarla respublikaçılar arasında ciddi fərqlər var”
H. Herisçi deyir ki, hazırda həmin “Prometey” əməliyyatı QUAM adlanır. Onun fikrincə, Azərbaycan iqtidarı da, müxalifəti də bu şəbəkədə çox fəaldırlar, həmrəydirlər: “Səbəb ondadır ki, bizim iqtidarla müxaliflər xaricdə eyni qüvvəyə tabedir- Amerika Respublikaçılarına. Con Makkeyn respublikaçıdır. Buna görə o Demokrat Partiyasının Rusiya siyasətini laxlatmaq, gələcək seçkilərdə bundan istifadə edərək obamaçıları yenmək istəyir. Demokratlar “Prometey” əməliyyatını dəstəkləmirlər. Rusiya ilə bərabərhüquqlu siyasət tərəfdarıdırlar. Ukrayna, “Prometey” məsələləri ətrafında demokratlarla respublikaçılar arasında ciddi fərqlər var. Respublikaçılar şahindi, demokratlar sülh göyərçini... Saakaşvili vaxtilə həmin “Prometey” əməliyyatı şərəfinə Tiflisdə bir heykəl də ucaltdı. Lakin Osetiyada bu siyasətini uduzub iflas etdi. Ruslar həmişə bu prometeyçilərə qarşı güc tətbiq etməkdən çəkinməyəcək”.
Xəbərdarlıq: “Lex Kaçinskinin sonunu unutmayın”
Konspiroloq Lex Kaçinskini xatırladı və... “Həmin əməliyyatın növbəti havadarı Polşa prezidenti mərhum Kaçinskinin faciəli sonunu unutmayın” deyə xəbərdarlıq edir. O hesab edir ki, ruslar bu əməliyyata qarşı mütləq güc tətbiq edəcəklər: “Təcrübə, tarix bunu dəfələrlə sübut edib. İndi də belə olacaq. 2010-ci ilin 10 aprelində rus kəşfiyyatı prometeyçilərlə dolu bir təyyarəni Kaçinski qarışıq Xatın səmasında məhv etdilər. Azərbaycan bu “Prometey”-QUAM oyununa qatılarkən gərək dediklərimi yaddan çıxarmasın. Rusların cavabı həmişəki kimi tam sarsıdıcı olacaq, görərsiniz”.
Daha sonra o, “Hazırıqmı biz bu gərgin dartışmalara?” deyər soruşur, cavabı isə belədir- “Əlbəttə ki, yox”: “Mərhum Kaçinski qürurla deyirdi ki, bəs mən heç vaxt Rusiyaya getməyəcəm. Onun meyitini, yüzlərlə digəri ilə birgə, ruslar Moskva meyitxanasına gətirib oradan Polşa hökumətinə təhvil verdilər”.
“Bunları bilmək üçün Qurana müraciət edin: Moskva meyitxanasına müraciətlər olacaq”
H.Herisçi davamında deyir ki, onun fikrincə, bu gün Kiyevin Avromeydanında Amerika respublikaçıları ilə demokratlar haqq-hesab çürüdürlər: “Qələbə sözsüz ki, demokratlarındır, Rusiyanındır. Bütün bunları bilmək üçün Qurana müraciət edin. Bu müqəddəs kitabın 30-cu surəsi indi də çox mənalı səslənir. Allah-təala orda Ruma, yəni pravoslaviyaya düşmənlər üzərində qələbə vəd edir... Bu surə 614-cü ildə peyğəmbərimizə verilibmiş. O vaxt pravoslav Bizans imperiyası İrana uduzurdu... Suriyanı, Misiri, Liviyanı İrana təhvil vermişdi. Bax, o vaxt Allah-Təala təkallahlı Bizansa çoxallahlı İran üzərində qələbə vəd edir.
Unutmayaq ki, Ukraynada həm də prsavoslaviya ilə katolisizm də toqquşur... Tələsməyin. Moskva meyitxanasına təzədən müraciətlər olacaq. Kaçinskinin taleyi deyəsən başqalarını da haqlayacaq...
Gəlin, buna zorakılıq adını verməyək... Kəşfiyyat əməliyyatlarına elə kəşfiyyat üsulları ilə da cavab qaytarılır sadəcə”- deyə konspriloq vurğulayır.
Asif Nərimanlı

Комментариев нет:
Отправить комментарий