23.12.2013

"O boyda İstanbulda cəmi bircə dənə gözəl qız gördüm, o da Ukraynalı idi"

Aqşin Yenisey: "Türkiyədə qadınların mədəni səviyyəsi həddən artıq aşağıdır"

Tanınmış publisist Aqşin Yenisey yenə də qalmaqallı fikirləri ilə gündəmə gəlmişdir. Kultura.az saytının videoburaxılışnda o, İstanbula səfəri zamanı gördüyü şəhər barədə təəssüratlarını, müqayisəli şəkildə Azərbaycan və Türkiyədə qadın-kişi münasibətlərini, ümumiyyətlə türk qadınları barədə düşüncələrini bölüşdürmüşdür. Bu videoburaxılışda o, türk qadını haqqında ilginc fikirlər də səsləndirmişdir. Aqşin Yenisey bildirmişdir ki, televiziyadakı Türkiyə ilə həyatdakı Türkiyə tamam ayrı-ayrı şeylərdir. "İstanbul kimi şəhərdə 4-5 gün qaldıq, gəzdik, bir dənə də olsun gözəl qadına rast gəlmədik. Türkiyədə qadınlar hamısı siqaret çəkir, 16 yaşından 60 yaşına kimi hamısı. Bu, onların qadın həyatının olmamasından irəli gəlir. Eqostdirlər deyə qadın həyatı yaşamırlar. Onların eqoizmi ağır eqoizmdir; ucuz və çətin. O qədər cəmiyyət bir-birindən uzaqlaşıb, insanlar bir-birinə potensial düşmən kimi baxırlar. Türkiyəli qadın kişiyə potensial manyak kimi baxır". 
Yazar sözlərinə görə, Türkiyədə kişi-qadın münasibətləri həddindən artıq geridəqalmışlıq səviyyəsindədir. "Türkiyədə qadınlar öz cəmiyyətlərini qurublar, özləri ayrı yaşayır. Bioloji varlıq olaraq onlar cəmiyyətdə öz sərhədlərini çəkiblər. Kişilər ayrı, qadınlar ayrı yaşayır. Qadınlar hamısı siqaret çəkir, söyüş söyür. Türkiyədə qadınların mədəni səviyyəsi kişilərə baxanda həddindən artıq aşağıdır. Mən həmişə fikirləşirəm ki, İstanbullu bir qızla ailəlisənsə, necə yaşayacaqsan?! Üz cizgiləri həddindən artıq kobuddur, kişiyə oxşayırlar. Elə bil, dəmirçiyə vermisən ki, bu kişidən qız düzəlt! O da aparıb çəkiclə orasın-burasın döyüb, əzib qız düzəldib". 
"İstanbul qadınlarına baxanda bizim qadınlar çox gözəldir. O boyda İstanbulda cəmi bircə dənə gözəl qız gördüm, o da Ukraynalı idi. Azərbaycanda təkcə metronun bir vaqonuna minsən, təqribən yarısı gözəl-gözəl qadınlardır"- Aqşin Yenisey demişdir.

Комментариев нет:

Отправить комментарий