07.12.2013

“Uşaq əmzikləri infeksiya və xəstəlik mənbəyidir”

Baş pediatr: "Uşağa əmzik verməyin heç bir müsbət cəhəti və xeyri yoxdur” 

“Uşaq əmziklərindən istifadə etməklə analar şüurlu şəkildə körpələrinə ziyan verir. Əmziklər uşaqlarda əmmə aktını pozur. Onlarda dişlərin çıxmasına, üz-çənə skeletinin formalaşmasına mane olur”. Bunu Ailem.az-a respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.
N.Quliyevin sözlərinə görə, rezin əmziklər uşaqların çeynəmə əzələlərini yorur: “Sonra ana körpəni əmizdirən zaman yorğun əzələlər lazımi səviyyədə işləyə bilmir və uşaq əmmə aktını sona çatdırır. Nəticədə körpə yarı ac, yarı tox qalır”.

Baş pediatr deyib ki, əmziklər həm də infeksiya mənbəyidir: “Təsəvvür edin ki, ana ətrafda nə qədər bakteriya və mikrob varsa, onları əmzik vasitəsilə uşağın ağzına qoyur. Bu isə körpədə bir sıra xəstəliklərə gətirib çıxarır. Yəni uşağa əmzik verməyin heç bir müsbət cəhəti və xeyri yoxdur”.
N.Quliyev əmziklərin uşaqların əsəblərini sakitləşdirmək üçün və yuxugətirici bir vasitə kimi işlədilməsi fikirlərinə də münasibət bildirib: “Deyirlər, əmziklər uşaqların əsəblərini sakitləşdirir. Bu, çox yanlış fikirdi. Uşaq əmzikləri insanlar tərəfindən uşaqları aldatmaq üçün uydurulmuş bir şeydir. Pediatriya sahəsində uşaq əmziklərinə qarşı çox mənfi münasibət var. Təsadüfi deyil ki, ana südü ilə qidalanmaya dair bütün əsas sənədlərdə bildirilir ki, uşaqlarda əmmə aktını immitasiya edən hec bir üsuldan, vasitədən istifadə etmək olmaz. Əmziklər də bura aiddr. Sadə şəkildə desək, şüurlu, ağıllı, yetkin insanlar öz körpələrini aldadırlar”.
N.Quliyev onu da tövsiyə edir ki, süni qida ilə qidalandırılma məcburiyyətində qaldıqda isə analar bu yeməkləri körpələrə qaşıqla yedizdirsinlər: “Ana uşağını qaşıqla yeməyə öyrətməli və bu rezinlərdən uzaq tutmalıdır. Canlılardan yalnız insanlar təbiətin qanunlarını pozurlar. Sual çıxır ki, nəyə görə bütün canlıların balalarına yox, məhz insanın balasına bu rezinlər lazım olur? Biz təbiətdən uzaqlaşırıq. Qanunlarını pozduqcada da təbiət elə bil bizdən qisas alır”.
Baş pediatr onu da bildirib ki, uşaq əmziklərinin icadı və istifadəsi yalnız iş adamlarına sərf edib: “Onlar cürəbəcür əmziklərin istehsalından və satışından gəlir götürürlər. Bu məhsulları alan analar isə onlara bunun üçün gözəl şərait yaradırlar”. 

ailem.az

Комментариев нет:

Отправить комментарий