18.12.2013

Fazil Mustafanın “mustafası”

Anar Xəyali

Son bir neçə gündür istər sosial şəbəkələrdə, istərsədə ayrı-ayrı xəbər saytlarında Aşura mərasimləri və belə marasimlərdə guya baş yarılıb, qan tokülməsi ilə bağlı çəkişmələr gedir.
Hamı bir- iki nəfərin ortaya atdığı mənasız və əsassız iddalar üzərindən virtual arenada bir-birinin əlindən belə demək mümkundürsə “zəncir ceynəyir”. Ölkənin virtual arenasını izləyən kim varsa, hamısına bəllidir ki, bu mənasız dartışmada ilk olaraq “fitili” atəşləyən millət vəkili və partiya sədri ünvanını daşıyan Fazil Musatafa oldu. Necə ki, bir neçə ay əvvəl tarixdəki bəlkə də yeganə qürur qaynağımız sayıla biləcək, Şah İsmayıl Xətai haqqında sətir altı gözdənsalma niyyəti daşıyan məlum açıqlamalar verməsi və bu mövzunun yenə də cəmiyyət arasında arzuolunmaz formada müzakirəyə çıxarılmasına rəvac verən də məhz həmin şəxs idi.

Görəsən nədir Fazil bəyi buna məcbur edən səbəb və ona qarşı bu cür aqressiv cavab verilmə cəhdləri: Bunun incələmək üçün heç şübhəsiz olanları bir necə prizmadan izah etmək vacibdir.
1. Artıq hamıya məlumdur ki, əhalisinin mütəq əksəriyyətini şiə məhzəbli müsəlmanların təşkil edən ölkələrdə Aşura mərasimlərində əzadarlıq mərasimləri illərdir “baş yarma” və “zəncir vuruma” ritualları olmadan həyata keçirilir. Hətta, İran İslam Respublikasında Aşura mərasimlərində şəbih çıxarma mərasimləri dini rəhbərlərini qərarıyla coxdan qadağan olunub və bu qadağanın səbəblərini elm əhli olan dindarlar tərəfindən sıravi əhli-beyt aşiqlərinə illərdir izah edilir. Həmçinin ölkəmizdə də Məhərrəm ayının ilk ongünluyu məcidlərimizdə ruhani idarəmizin yenə illər öncə təşəbbüsü sayəsində kütləvi qanvermə aksiyalarının keçirilməsi buna əyani misaldır. Ola bilər hardasa kiçik bir məntəqədə ya da Hindistanın “ismaili”lər yaşayan hansısa əyalətində insanlar bilincsizlikdən bu ritualı həyata keçirir və şəkillərini də sosial şəbəkələrdə yayınlayırlarsa, bu Fazil Musatafa kimilərə əsas vermir ki, onları əlində bayraq edərək şiə aləmində Aşura mərasimlərinin keçirilməsinə ikrah hissi ilə yanaşmalarını bu yolla maskalasınlar.
2. Fazil Mustafa “kimiləri” qınayanları qıcıqlandıran müstəsna bir səbəb var ki, bu səbəbə görə onun açıqlamalarına əsla bəraət qazandırmaq olmur. Nədir bu səbəb: Hamiya məlumdur ki, Fazil Mustafa dəfələrlə islam dininin Hənəfi məhzəbinə (öz deyişiylə Hənəfi hüqüq məktəbinin ardıcılı) mənsubluğu haqqında məlumat verib. Buradan da belə anlamaq olar ki, o məhzəb olaraq sünni müsəlman sayılır. Elə isə sünnü məhzəbinin daşıyıcısı olaraq, öz açıqlamalarıyla şiə məhzəbinə mənsub əhalimizin ənənəsi halına gəlmış bir mərasimi (istər haqqlı olsun istər haqqsız) necə mühakimə etmə hüququnu özündə görür? Məgər ona deməzlər ki, ya..... bir millət vəkili kimi ölkədə sivil-tolerant bir mühitin olduğundan ağız dolusu ilə danışdığın halda bu etdiyin əməlin harası “dini dözümlülüyə” yaraşar? Əgər, bir müsəlman kim bəndəniz və ya başqa birisi Yəhudilərin “şabbat” yaxud “pasxa” mərasimlərində mayasız çörək bişirmə ritualını mətuabata açıqlama verib, heç bir “ağıla məntiqə sığmır” deyə aşağılamağa calışarsa, buna verilən reaksiya tolerant olduğunu iddia edən bir cəmiyyətdə necə olmalıdır. Düzü, bu tendesiya bugünə qədər sosial mediada aparılan heç bir diskussiyada səsləndirilmədi. Bir nəfərdə olsun çıxıb demədi ki; “ay Fazil qardaş sən sünni olduğun halda, mənim aşura mərasimində nə edəcəyimdən sənə nə var və hansı haqqla bunu müzakirə mövzusuna çevirirsən?
3. İndi də gələk Kərbala faciəsinin əzadarlıq mərasimlərinə: Bu mərasimlər illərdir həm sünni həm də şiə müsəlmanlar tərəfindən artıq inanc sistemindən fərqli olaraq həm metnal dəyərlər məcmüəsi halına gəlib. Bələ ki, bir millətin şadlıq mərasimləri olduğu kimi matəm mərasimləri də olur. Şadlıq mərasimlərimizdə oxunan mahnı və oynanan rəqslər növünə görə qəhramanlıq yaddaşımızdan gəldiyi kimi, yas mərasimlərimizdə də söylənən ağılar, oxunan mərsiyələr məhz İmam Hüseynin müsibətindən gəlir. Bunu görə də qətiyyətlə deyə bilərik ki, Kərbala müsibəti naminə keçirilən şəbih və əzadarlıq mərasimləri əsrlərdir matəm folklyorumuzun bir hissəsidir. Fazil Mustafa müsahibəsində bu mərasimlərə sırf etiqadi və inanc konteksindən yanaşaraq, onu “sələfisayağı” ittiham etməyə çalışır, bu əlbəttə çox qüsurlu və qüsurlu olduğu qədərdə alçaltmaq niyyəti güdən bir yanaşmadır. Bu cür yanaşma hətta onun ardıcılı olduğunu iddia etdiyi Hənəfi məzhəbinin qurucusu İmam-azam Əbu Hənifənin yanaşmasına belə tərs düşməkdədir. O Əbu Hənifənin ki, illərlə İmam Cafəri-Sadiqdin şagirdi olmuş, Kərbala müsibətinin əsl fəlsəfəsini ustadından əxz etmişdir. Məhz bunun üçün də Əbu Hənifənin özu belə əhli-beyt tərəftarı olmuş və hətta buna görə dövrünün Abbasi xəlifəsinin qəzəbinə tuş gələrək, həbs olunmuş elə zindanda da vəfat etmışdir. Əbu Hənifə belə Kərbala mərasimini Quran və etiqadi zəmində yorumlayıb iştirak edənləri Fazil Mustafanın deyimi ilə “gerizəkalı yaxlaşımda” suçlamayıb. Bu cəhətdən, Fazil Mustafanın yaxlaşımı İbn Teymiyyənin yaxılşımına birə-bir oxşayır.

baymedia.az

Комментариев нет:

Отправить комментарий