23.12.2013

"Şərif Ağayar radikal kürddür"

Ramin Cahangirzadə

Kürdün türkə "Rədd ol" dediyi zəmanəyə çatmışıq...

"Kür və Araz" yazımı sayta qoyandan sonra, Şərif Ağayar dedi: "Rədd olun".
Mən dedim: "Nə üçün, Şərif yoldaş? Mən rədd olaram, ancaq mənim vəsiqəm yoxdur, bir-birimizə toqquşarıq, polis yaxalayar".
Mən onun niyə o sözü dediyini anlamadım. 
Yoldaşların biri dedi ki: "Şərif Ağayar radikal kürddür".
Onda anladım ki, niyə bizim bu Şərif ağa Kür və Araz yazısını qoyanda “Rədd olun” dedi. Ona gorə ki o elə hiss edir biz Kür adını Kürd adından oğurlamışıq.
Buradakı şeirimi də Şərif Ağayara həsr edirəm… 

Şərif hekayə yazır
Hərdən birdən də azır

Azma deyirik ona
Bürünübsən min dona

Milçəyə çiçək dedin
Yalana gerçək dedin

Hələ deyirsən rədd ol
Heç tanıyırsan sağ-sol

Gəl kömür verim sənə
Daşdan götür bir dənə

Sağ əlində kömür var
Bunu anla Ağayar

Sol əlində daşdı daş
Bunu bilməsən yoldaş

Get başını atgınan
Bir dönəlik yatgınan

Комментариев нет:

Отправить комментарий