Mahir Qabiloğlu
Və ya “alim artır, Qarabağ batır”
SİCİLİYA
Hər hansı bir yazını yazmaq istəyəndə içərisində cərəyan edən hadisələri əvvəlcədən dostlarıma danışmağı xoşlayıram. Onların reaksiyasını öyrənirəm. Bu dəfə də belə oldu. Elə “Siciliya” adını çəkmişdim ki, o saat yerbəyerdən dilləndilər. “Hə... tanıyırıq. İtaliya mafiyasının vətəni?”. Bu məni yaman tutdu. Bir anlığa xaricə səfər edən bəzi azərbaycanlı müxalifətçilər yadıma düşdü. Onlara sual verəndə ki, “Azərbaycan dünyada nələriylə məşhurdur?”
“Nizamisi, Nəsimisi, Füzulisi, muğamı, tarixi abidələri, zəngin sərvətləriylə” cavabı vermək əvəzinə, başlayırlar “korrupsiyadan, rüşvətdən, insan hüquq və azadlıqlarının pozulmasından” danışmağa. Budurmu Azərbaycanımız. Əsla. Bəs onda bəzi azərbaycanlıları yaxşını qoyub, pisi deməyə nə məcbur edir?
Eyniylə də mənim dostlarım kimi: Siciliyada doğulan, antik dövrün məşhur yunan alimi Arximed qalır kölgədə, əvəzində isə italyan mafiyası keçir önə. Amma siçiliyalılar bu gün də böyük yunan həmyerliləri ilə fəxr edirlər, baxmayaraq ki, İtaliya dövlətinin tərkibindədirlər. Bu adada Arximedin adına çox tarixi yer var. Amma neyləyək ki, italyanlar özləri çəkdiyi filmlərdə Siciliyanı dünyaya mədəniyyətin, elmin beşiyi kimi yox, mafiyanın vətəni kimi təqdim ediblər. Eyniylə bizim bəzi müxalifətçilər kimi. Mətləbdən uzaqlaşdım. Axı, mövzum tam başqadır.
Əvvəllər Siciliya Yunanıstanın tərkib hissəsi olub. Əlverişli mövqeyinə görə Roma imperatorluğu dəfələrlə bu adanı işğal etmək istəyib. Amma uğursuzluğa düçar olub. Görəsən bapbalaca ada o boyda ordunun, donanmanın hücumuna necə sinə gərib?
Arximed böyük riyazi nəzəriyyələrin banisi olmaqla yanaşı, hərbi qurğular, indiki dillə desək, hərbi texnikalar da icad edib. Riyazi hesablamalara əsasən, düşmən donanması dənizdəcə məhv edilirmiş. Hətta düşmən əsgərləri bu qurğuları görəndə “ehtiyatlı olun, Arximed gəlir!” deyə qışqırırlarmış. Beləcə ada öz aliminin ağlına, ordusunun, əsgərinin gücünə arxalanaraq düşmənlərə sinə gərirmiş.
Ta o vaxtadək ki, Arximed ölür. Onun öldüyü tarix də dəqiq deyil. Bəzi mənbələrdə onun roma əsgəri tərəfindən qətlə yetirildiyi iddia olunur. İnandırıcı versiyadır. Çünki Arximedin öldürülməsindən sonra, Siciliya Roma imperiyası tərəfindən işğal olunur. Bir məsəl var. Alim öldü, aləm öldü. İcazə verin bu məsəli yazımın ruhuna uyğunlaşdırım: “Arximed öldü, Siciliya batdı”.
İRAN
Bir məclisdəydim. Yanımda özünü iranşünas alim kimi təqdim edən biri oturmuşdu. Söhbətimiz əsnasında mən “Amerika İranı gec-tez diz çökdürəcək” dedim. O da mənim fikrimlə razılaşmayıb “heç vaxt bu baş verməyəcək” söylədi. Və sözlərini əsaslandırmağa başladı:
“İranda təhsil alırdım. Günlərin bir günü iranlı tələbələrdən birinin qohumu rəhmətə getmişdi. Biz də yığışıb dəfn mərasiminə getdik. Tabutla qəbiristanlığa daxil olmağımızı gördüm. Qəbir qazılan yer qaldı bir tərəfdə, ölü yiyələri bizi başqa səmtə apardılar. Tanımadığım qəbirlərin yanında durdular. Fatihə verib sonra qəbir qazılan yerə yollandılar. İranlının birindən soruşdum ki, bunlar niyə belə etdi? Cavab verdi ki, bizdə adətdir. Qəbiristanlığa girəndə birinci şəhid qəbirlərini ziyarət edirik, sonra isə öz ölümüzü. Bu bir.
İkincisi, küçədə dayanmışdıq. Gəldilər ki, “qaçın!”, “ yol verin!”, “burda daynmayın!”, “gələn var!”. Bir azərbaycanlı kimi fikirləşdim ki, gələn yəqin yüksək vəzifəli iranlıdır, ya da oliqarxlardan biri. Yolu “təmizləyən”lər də onların “teloxranitel”ləri. Bir də gördüm ki, sadə maşından başı əmmaməli yaşlı bir adam düşdü. Hamımızla salamlaşıb binaya girdi. Soruşdum ki, bu kişi nə vəzifənin sahibidir? Dedilər ki, vəzifəli deyil... ALİMdir.
İndi, Mahir, yadında saxla. ALİMinə və ŞƏHİDinə böyük hörmət edən bir dövləti heç kim məhv edə bilməz!!
AZƏRBAYCAN
Azərbaycan da öz alimləriylə məşhurdur. Amma son illər alimlərimizin sayı sürətlə artmaqdadır. Yeni elmi dərəcələr gözləri yaman qamaşdırır. Məsələn “Tarix üzrə fəlsəfə doktoru...”. Hər hansı elm sahəsinin ardına əlavə bir “fəlsəfə” sözü də artırıblar. Hətta “Fəlsəfə üzrə fəlsəfə doktoru” adı da çıxıb. Çox möhtəşəm səslənir. Bir vaxtlar xalqımızı “şair xalq” adlandırırdılar. Belə getsə, filosof xalqa çevriləcəyik. Sözüm yox. Qoy olsun. Fəxr etməyə dəyər. Ən azı qohumları, ailə üzvləri bu filosof alimlərlə fəxr edir. İstər alim sözünü ona dırnaq arasında yaraşdıraq, istərsə də dırnaqsız. Sözümün canı başqadır.
Eramızdan əvvəl Siciliyada bir alim vardı. Adı Arximed idi. Onun hərbi ixtiraları sayəsində düşmən Siciliyanı zəbt edə bilmirdi. Bir dəfə düşmən taktikanı dəyişdi. Birinci Arximedi qətlə yetirdi, sonra isə adanı işğal edə bildi. Bir alim öldü, Siciliyada onunla öldü. İranda alimə və şəhid xatirəsinə hörmət böyükdür. Buna görə ən böyük güclər də bu ölkəyə bata bilmir. İranlı alimlərin sayəsində icad olunan atom bombası xofu bütün dünyanı bürüyüb. Amma İrana heç nə edə bilmirlər.
Bəs Azərbaycanda necə?
Siciliya alimi Arximed hərbi texnikalar icad edirdi. Dövlətin qoruyurdu. İranlı alimlər bomba, raket icad edir. Dövlətin qoruyur. Azərbaycanda isə filosofların sayı günü-gündən artmaqda, Qarabağ isə bizdən daha da uzaqlaşmaqda. Yox, elə bilməyin ki, alim ölüb, aləm ölüb. Əksinə. “Alim artır, Qarabağ batır”.
modern.az

Комментариев нет:
Отправить комментарий