19.12.2013

"Kaçın, Demokrasi Geliyor"

Seymur Süleymanov

Məşhur türk yazarı, professor, xanım siyasətçi Banu Avarın yeni kitabını oxuyandan bəri özlüyümdə çox məsələlərin həllini tapdım. Kitabın adı "Kaçın, Demokrasi Geliyor". 
Kitab demokratiyaya doğru getmək istəyən ölkədən bəhs edir. Məşhur “Örgüt şirkətləri”nin adı, onlarin “təməl prinsiplər”i zəif olan ölkələrdəki gizli və aşkar fəaliyyətləri gözəl təhlil olunub. 
Dəyişim akademiyası...
Bu Akademiyanın siyasəti nədir, nədən söz açır, nədən bəhs edir? Dəyişim akademiyası. İndi yazacağım yazı 2011 ci ildə "The  Ne yourk Times" qezetinin yazısı....
İlk yazıda Misirin hansı qüvvələrlə devrildiyindən bəhs olunur.
"Misirdə xalqı təşkilatlandıranlardan biri Əhməd Mahər və dostları Xalq İnqilabı məsələsində geniş bilgilərə malik idilər. Yuqoslaviyada Miloseviçi devirən "OTPOR" təşkilatından ilhamlanırdılar. Mərkəzi Qətərdə böyük bir məktəbləri vardır - Dəyişim Akademyası!
Dəyişim Akedemyası Qlobal şüarlarla ölkələrdə inqilab, dəyişiklik istəyirdi. Çoxlu ölkələrdən fəalları var və liderlərini hansı yolla devirəcəkləri onlara öyrədilir.
Tunis və Misirdəki hərəkatlar, Dəyişim Akademiyasının tələbələri idi. "OTPOR"un Qətərdə qurduğu bu məktəb Şimali Afrika və Şərq ölkələrinə "Lider" hazırlamaqla məşğuldur.
«6 Aprel Hərəkatı» da bununla bağlı olan bir hərəkatdır. "OTPOR"un əsas məqsədi onlara «taktiki dəstək» vermək idi. "Google"-nin Şimal Afrika marketinq müdiri Vail Gonim ilk kömürü atanlardandır.
İllərlə ac, işsiz qalmış və canından bezmiş Misir xalqı küçələrdə idi.
Vail Gonim Mübarək ölkəni tərk edəndə "İndilik işim bitdi" deyə bəyanat verdi. Eh nə də olsa, bu, bir şirkət rəsmisi idi..."
«OTPOR» tanınmış şirkət adıdır. Ölkələrdə çevriliş üzrə ixtisaslaşıb. Qarışıqlıq yaranan ölkələrdəki mitinqlərə ən böyük dəstək də bu şirkətdən gəlir. Bir çox media əllərindədir. Bununla bərabər, filmlər,Twitter, Facebook və digər vasitələrlə  hədəf ölkələrdəki gəncləri ayağa qalxmağa sürükləyirlər. Hədəflərindəki ölkələrdən seçdikləri gənc namizədləri Ağ Evə belə görüşə çağırırlar...
Faktlara baxaq:
- Misirdə Mübarəkdən sonra taxta hazırlanan Cəmal Mübarək “Bank of Amerika”da çalışmışdı, lider olmağa hazırlayırdılar.
- Tunisin Zeynəl Abidin bin Alisi ABŞ-Fransız təhsilli idi. On illərlə taxtda qalmışdı.
- Livanın Fuad Sinyorası “City Bank”da çalışmışdı.
- Fələstin maliyyə naziri Salam Fayyad, bir zamanlar Amerika banklarına pul köçürürdü…
“Belə bir anlayışa gəlmək olur ki, hər kəs, hər başqan ABŞ-ın bir dediyini iki etməməlidir. Etdisə, işi bitdi. Niyə illərlə işlədikləri başqanları qapı arxasına qoydular?! Mübarəki, Qəddafini və s.”. Kitabda bu vurğu çox sərt qoyulur və açması gözəl xırdalanır… 
…Bu, kitab həqiqətə yol göstərir və ya göstərmir. Bu, əlbəttə, dartışmalı məsələdir. Amma oxumağa dəyər və oradan öyrənməli çox mətləb var.

birlik.az

Комментариев нет:

Отправить комментарий