19.04.2015

Access Bank Azərbaycan xalqının qanını içir

Redaksiyanın poçtundan

Hoffmann kimi yadelli işğalçılar hətta ölən kreditorların ailələrinə belə rəhm etmirlər

Hörmətli redaksiya! Yazıb Sizə bildirirəm ki, “Access Bank” Qeyri-Bank kredit təşkilatı yeznəmə nə az, nə çox -29 faizə 7000 manat kredit vermişdir. Onun 5 ayını ödədikdən sonra yeznəm qəflətən yol avtoqəzasına düşərək vəfat etdi. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənmişdir. 3 körpə uşaqları qaldı. İndi Bankın “işgüzar” işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Xahiş edirik kömək edin, bizi, o cümlədən sələm altında inildəyən Azərbaycan xalqının digər zavallı nümayəndələrini bank zülmündən qurtarın. Hökumət bacarmırsa, açıq desin, Rusiya prezidenti Putinə müraciət edək. O Azərbaycan xalqını bu bəladan qurtarar. Onsuz da xalqın son ümid yeri Rusiyadır.
Biz 20 ildir Azərbaycan xalqına olunan zülmlərdən şikayət edirik, baxmırlar, bezmişik. Söydüyünüz rusların vaxtında banklar xalqa borclu idi, indi hər evin banka 2-3 borcu var. Budurmu müstəqillik? Bizə belə müstəqillik lazım deyil! Xalq qırılıb gedir. Bir tərəfdən saxta qida məhsulları hamını xəstə eləyib, bir tərəfdən yəhudilərin bank sələmi sistemi xalqın axırına çıxıb.
Yeznəm kasıb adam idi, ailəsini güclə dolandırırdı, indi isə qızımla 3 körpə uşaqları qalıb problemlər içində. Mən özüm də 1-ci qrup xəstəyəm, qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edir ki, evinizi satmalı da olsa, bizim pulumuzu verməlisiz. Belə ağçılıq olarmı? Ölüdən pul tələb etmək ancaq Azərbaycanda ola bilər, başqa ölkələrdə yox! Access Bankın rəhbəri Hoffmann Azərbaycan xalqından nə istəyir? Yadelli bir adama bu səlahiyyətləri kim verib? Bizim ölkədə bank ölən adamın da evini əlindən ala bilir, dəfələrlə bu cinayətin şahidi olmuşuq. O evləri xalqa ruslar vermişdi. Söydüyünüz rusun xalqa verdiyi 10 minlərlə ev banklar tərəfindən müsadirə olunub. Bu genosiddir! Biz tələb edirik ki, buna son qoyulsun. 
Hökumətin banklara niyə gücü çatmır? Minlərlə adam bankın cinayətlərindən, faizin yüksəkliyindən, evinin əlindən alınmasından şikayət edir, baxan yoxdur. Məhkəmələr də adətən bankın xeyrinə qərar çıxarır. 29 faiz sələm dünyanın hansı ölkəsində var, deyin?! Kağızda 29 yazılıb, amma hesablayanda ondan da artıq çıxır. Ruslar gedən kimi yəhudi bankirlər bu xalqı 38-46 faiz sələmə otuzdurdular. İndi də nə qədər yazırıq, dərdimizə çarə qılan yoxdur. Çünki müstəqillikdir.
Yəqin xəbəriniz var, Azərbaycanda banka borclu olmayan adam, ailə qalmayıb. Əvvəl-axır bu zülmün bir sonu olmalıdir. Bankın işçisi qızımın həyətinə gələrək hədələdi ki, məhkəməyə verib başınıza oyun açdıracağıq. Kimə şikayət edəsən, kimə deyəsən? Bank işçiləri açıq-aşkar deyir gedin hara yazırsınız yazın, hökumət bizim işimizə qarışa bilməz. Bəs onda bu hökumət nə üçündür və kimin nəyinə lazımdır? Danışanda adamla qanun adından danışırlar, elə bil ki, Azərbaycanda qanunları banklar yaradıb. Biz olmuşuq oğru, bank sələmçiləri olub doğru! Bu ölkə bizimdir, Hoffmann kimi yadelli sələmçilərin yox! Sabah müharibə olsa, mənim balalarım gedib bu torpaq uğrunda vuruşacaq Hoffmannın yox! Hoffmann yığdığı pullarla gedib İsraildə kefini çəkəcək. Ona cinayət işi açın, həbs edin, əmlakını müsadirə edib xalqa paylayın! Onların əlindən rahatlığımız yoxdur, bankın işçisi gündə gəlib dürtülür qapıma! Bunların əlindən ürək xəstəliyi tapmışam. Nəyə görə hökümətimiz bizi hansısa bank işğalçılarının qabağında zəlil edib? Niyə bir vaxtlar qəhramanlığı ilə ad çıxarmiş ölkə bu günə qaldi, deyə bilərsinizmi?! Yeznəm Fikrətin ailəsi çox kasıb ailədir, 3 körpə nəvələrim yetim qaldı, mən indi hardan pul tapım banka verim? Məhkəməyə versəm məhkəmə mənim xeyrimə qərar çıxardacaqmı? Məgər bizim dövlət orqanları vətəndaşların bankdan olan şikayətinə baxırlarmı?
Şikayət məktubları yazmışam, düz-əməlli cavab yoxdur. Access Bankın Bakıdakı Baş İdarəsindən deyirlər ki, bizə dəxli yoxdur o ölüb, ya ölməyib, pulu verməlisiniz, lap evinizi satın, gətirib pulu verin. Hoffmann kimi sümürücülər Azərbaycandan milyonlar qazanır, amma ölümüzə də keçmirlər. Tez-tez zaminlərə zəng edib, hədələyirlər, kobud formada pulun ödənməsini tələb edirlər. Bankın Cəlilabad rayon şöbəsinin müdiri deyir ki, sənədləri yığıb gətirin, sizi məhkəməyə verək, orda həll olsun. Sovet quruluşunda yaşasaydıq, bu borc çoxdan bağlanmışdı. 3 uşaq və qızım bir yerdə dövlətdən cəmi 150 manat yetim pulu alırlar, bank istəyir ki, həmin pulu ödənişə yönəltsin. Məhkəməyə verilsə, məhkəmə mənim xeyrimə yox, bankın xeyrinə qərar çıxardacaq. Dövlətin Hoffmanna gücü çatmır. İndi biz nə edək, ölkədən köçək? Yeznəm həmin bankın daimi müştərisi olub, onlardan uzun illər pul götürüb, ödəyib, qul işləyib, xeyir verib. İndi həmin xeyirin müqabilində bank onun ailəsinin qanını içir. Özü də yeznəm dəfələrlə Access Banka bildirib ki, məni sığorta edin. Lakin Access Bankın bu işdə marağı olmadığından etməyib. Bu qaniçən bank saysız-hesabsız vəfat etmiş adamların evini əlindən alıb, ailəsinə problemlər açıb, heç nədən vətəndaşlarımızın başını ağrıdıb.
Xahiş edirəm ki, xalqın banklardan şikayət məktublarına başdansovdu yanaşmayın. Bu gün Azərbaycan xalqının bank sələmindən böyük problemi yoxdur. Azərbaycan batıb gedir. Xalq sələm zəncirinə vurulub, yarımcan olub. Bankların Azərbaycan xalqına qarşı sələm genosidini durdurun. Ailələr acınacaqlı haldadır, amma bunu gizlətməyə çalışırlar. Ölkədə intiharların sayı məhz bank sələminə görə artır. Əgər mənim şikayət məktubuma baxılmasa Rusiyadan, cənab Putindən kömək istəyəcəyəm. Onsuz da xalq indi bu saat ancaq bu barədə fikirləşir, nicatı Rusiyadan gözləyir. O necə ki, Suriyanı vahhabi təcavüzündən xilas etdi, bizi də yadellilərin bank təcavüzündən xilas edəcək. Xahiş edirəm ki, bankla bizim aramızda olan problemi həll etməkdə bizə dayaq olun.

Bayramov Camalxan
Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий