8 aprel 2015-ci ildə Moskva şəhərində həmyerlilərimiz tərəfindən Səudiyyə Ərəbistanı və onunla koalisiya dövlətlərinin Yəmənə vəhşicəsinə hucumuna qarşı etiraz mitinqi keçirilmişdir.
Mitinqdə iştirak edənlər Yəmən xalqı ilə həmrəylik nümayiş etdirərək, İsrailin marionetkası olan Səudiyyə krallarının təcavüzünə qarşı öz etirazlarini bildirmişlər.
Mitinqin təşkilatçısı olan Hacı Famil Cəfərov öz çıxışında Səudiyyə ordusunun Yəmənə müdaxiləsini pisləmişdir: "Təəssüflər olsun ki, Amerika dövləti başda olmaqla Qərb dövlətləri həmin hadisələrə münasibətlərdə ikili standartlar nümayiş etdirdilər. Onlar Ərəbistana yaşıl işığ verməklə onların haqsız hücumuna nəinki etiraz bildirmir, əksinə dəstək olurlar. Həmin hadisələri Ukrayna olayları ilə müqayisə edəndə Qərbin ikiüzlü siyasətini davam etdirdiyinə bir daha şahid oluruq".
Комментариев нет:
Отправить комментарий