09.04.2015

Etibar Salmanov - Ümidlərimə

"Bir damla sən düşər/ Gecədən ümidlərimə". Tural Sahab

İstəyirəm ömrümə sən də ömür qatasan,
Közə dönən qəlbimə sən bir yağış olasan.
Bu acıya, həsrətə özün bir son qoyasan,
Gəl gülüm, gəl artıq -həyat ver ümidlərimə.

Gəl, bəlkə sənə sevməyi öyrədə bildim,
Sənsiz günlərə, gecələrə bitməz dedim.
Dualarımda onu mənə yetir, dedim,
Tək çarə Sənsən Allahım, ümidlərimə.

Hər anımda qəlbimdə- Sən, dilimdə- Sən,
Min ümidlə yazdığım hər şeirimdəsən.
Hər sətirdə Sən sevgisən, Sən həsrətsən,
Bəlkə, bir gün oxuyar, dedim, ümidlərimə.


Hər səhər yolumu küçənizdən salıram,
Bir az asta yeriyirəm, bir az dururam.
Keçənlər baxır deyə, bir az da utanıram,
Rastlaşarıq bəlkə, deyirəm, ümidlərimə.

Yoldan keçən hər gözəl gözümə Sən görünür,
Zaman -zaman surətin gözlərimə görünür.
Hər telefon zənginə ürəyim bərk döyünür,
Bircə zəngin həyat verər ümidlərimə.

Hər gecə bir musiqi həmdəmim olur, 
Bir də Sənin xəyalın mənimlə olur.
Bir həsrət, bir də ağrı qəlbimə dolur,
Bu mahnı,dönəcəkdir deyir, ümidlərimə.

Комментариев нет:

Отправить комментарий