10.04.2015

Yazıçı fantaziyası və reallıq

Elşən Cəfərov

Tarixdə yaşamış bəzi fantast yazıçılar yazdıqları fantastik sayılan əsərlərin zaman keçdikdən sonra həyata keçməsi, bəzi araşdırmaçıların məhz bu yazıçıların əsərlərini araşdırmaqlarına səbəb olmuşdu. Onlardan biri bizim Yusif bəy Çəməzəminli fantast yazıçı olmasa da, yazdığı “Gələcək şəhər” əsərində baş verənlər artıq bir çoxu həyata keçmişdi. Əsər 1933-cü ildə yazılmışdı. Əsərdə təyyarələrin on beş və daha artıq mərtəbəli binaların damına qonması, həkimlərin video görüntü ilə xəstələrə baxması, müasir liftlər, mobil video telefonlar və təbiətin idarə edilməsi, şəhərdə havanı təmizlənməsi üçün yağışın yağdırılması göstərilirdi. Sadəcə axırıncı bu təbiətin idarə edilməsi hələ ki, həyata keçməyib. Ədəbiyyatşünaslar hesablayıblar ki, məşhur fransız ədibi Jül Vernin yüz səkkiz fantastik ideyasından yalnız onu səhv və ya prinsipcə gerçəkləşməyəcək idi. 
Videonəzarət- Harri Harrison “Mən səni görürəm” (1959) əsərində hər şeyin – bütün insanlar və əşyaların bir kompüter şəbəkəsində birləşdirildiyi aləmi təsvir edib: hətta stullara da video gözlük quraşdırılır, elektron beyin isə insanların bir yerdən başqa yerə hərəkətinə nəzarət edir.
On il əvvəl bu, utopiya təsiri bağışlayırdı, indi isə adi reallıqdır. İndi hər yerdə -kafe, mağaza, binaların giriş qapısı, liftlərdə və s. kameralar quraşdırılıb. Yol hərəkətinə nəzarət edən videomüşahidəçi kameralar bir sistemdə birləşdirilib. Bir çox ölkələrdə polis və xüsusi xidmət orqanları hər bir insanın və nəqliyyat vaisitəsinin hərəkətinə nəzarət edə bilir. Maraqlıdır ki, hazırda inkişaf etmiş ölkələrdə həbsxana əvəzinə ev dustaqlığı təyin edilir- məhkumun ayağına xüsusi “təqib bilərziyi” quraşdırılır və o, nəzərdə tutulmuş zonanı keçən kimi polis xəbər tutur. 
1965-ci ildə Frenk Herbert “Qum təpələri” kitabında təri suya çevirmə sistemi ilə təchiz olunmuş səhra paltarının təsvirini verib. Belə bir paltar dörd il bundan əvvəl bazara çıxarılıb. 
Gerçəkləşmiş daha bir maraqlı proqnoz- addımları və sərf olunmuş kalorini sayan, bu məlumatları kompüterə ötürən mikroçipli krossovkalardır. 2012-ci ildə bu ayaqqabılar mövsüm hitinə çevrilib. Ancaq çox az adam bilir ki, bunu ilk dəfə fantast yazıçı Brüs Sterlinq 1988-ci ildə yazdığı “Adalar tələdədir” kitabında “kəşf edib”.
Kir Bulıçev adı ilə tanınan rus yazıçısı, məşhur fantaziyalar müəllifi İqor Vsevolodıç Mojeyko 1982-ci ilədək əsl adını gizli saxlayıb. Yazıçı ehtiyat edirdi ki, uzun illər əməkdaşı olduğu Şərqşünaslıq İnstitutu fantastikanı qeyri-ciddi məşğuliyyət hesab edərək onu işdən çıxaracaq. Təxəllüs yazıçının həyat yoldaşı Kira Alekseyevna Soşinskinin adından və anası Mariya Mixaylovna Bulıçevanın qızlıq familiyasından götürülüb. Əvvəlcə İqor Vsevolodıçin təxəllüsü “Kirill Bulıçev” idi. Sonralar kitabların üz qabığında qısaca “Kir.” yazmağa başladılar, sonra isə nöqtəni də ixtisar etdilər və beləliklə, “Kir Bulıçev” alındı. Kirill Vsevolodıç Bulıçev imzasına da ara-sıra rast gəlinir. Oxucuların əksəriyyəti isə yazıçıya “Kir Kirilloviç”- deyə müraciət edirlər. Kir Buliçevin yazdığı bir çox fantastik əsərləri artıq həyata keçməkdədir. Məsələn, Kir Bulıçev müsahibələrinin çoxunda bildirib ki, heç bir fantast özündən heç nə kəşf etmir, yəni bu hadisələr hansısa zamanda və yaxud başqa bir aləmdə baş verib və ya baş verəcək. Sadəcə fantast yazıçılar onların beyinlərinə gələn bu hadisələri qələmə alırlar.
Morqan Robetson Titanik qəzasından çox illər əvvəl Titan adlı əsər yazmışdı.Bu əsərdə o Titan adlı nəhəng gəminin qəzasından danışırdı. Artıq Titanik gəmisinə bilet almış və bu gəmiyə minmək istəyəndə gəminin eynən öz əsəridə təsvir etdiyi Titana çox oxşadığından bu gəmiyə minməmişdi.
Bu gəminin bu cür geniş bir ətraf mühitə yayılmasındakı ən böyük faktor isə, ana mövzunun Titanik olduğu filmlər göstərilir. Daha çox filmlər sayəsində cəmiyyətdə məşhur olan bu nəhəng sərnişin gəmisi, bilindiyi kimi bir buz dağına çarpmış və batmaz deyilən gəmi batmışdır. Gəminin batışıyla birlikdə ortaya olduqca çox ssenarilər və ehtimallar atılmış, bu fərziyyələr qiymətləndirilmişdir. Lakin bunların xaricində, Titanik gəmisi əlaqədar kəhanətlər var. Bu kəhanətlər ən əhəmiyyətlisi isə, Titan qəzası romanıdır.
Kitabda nəhəng bir reys gəmisi, yəni Titan vardır. Bu gəminin xüsusiyyəti isə, əsla batmamasıdır. Kitabın ana təmasını isə eşq meydana gətirməkdədir.
Kitabda yer alan bu detallar araşdırılsa əgər, ağla sığmaz bənzərliklər bu şəkildədir:
* Romandakı nəhəng Titan, New Foundland yaxınlığında yerləşən KuzeyAtlantik'dəki bir buz dağına çarparaq batmışdır. Gerçək hadisədə də, Titanik eyni koordinatlarda yerləşən buz dağına çarparaq batmışdır. Eyni zamanda gəmilərin necə batdığı da olduqca oxşardır.
* Romandakı nəhəng Titandan 24 ədəd avarlı qayıq var idi. Titanikdə isə 22 ədəd avarlı qayıq var edirdi. Hər iki hadisədə da can itkisinin çox olması avarlı qayıqların olmamasına bağlanmışdır.
* Romandakı Titan 3000 kişi, Titanik də 3000 şəxsiyyətdir. Yəni hər iki gəminin sərnişin tutumları eynidir. Romandakı qəzada 1500 adam həyatını itirmiş, gerçək Titanik qəzasında isə 1513 sərnişin həyatını itirmişdir. 
* Hər iki hadisədəki gəmiyə də əsla batmaz deyilmişdir.
* Romandakı nəhəng gəminin boyu 248 metr, gerçək Titanikin boyu isə 252 metrdir.
* Romandakı gəminin ağırlığı 70.000 ton ağırlığında idi. Titanikin ağırlığı isə 66.000 tondur.
* Romandakı gəmi İngiltərənin Southampton limanında yola çıxıb New Yorka gedərkən, Titanik də eyni limandan yola çıxmış və New Yorka getmək üçün hərəkət etmişdir.
* Romandakı gəmi və Titanikdə də 3 ədəd pərvanə vardı və bu pərvanələr eyni sayda, yəni 3000 sərnişin daşıma tutumuna sahib idi.
* Romandakı Titan'a dövrün çox məşhur və zəngin şəxsləri minmişkən, Titanik gəmisinə də çox zəngin insanlar minmişdir.
Bütün bu məlumatları ehtiva edən və çox az sayda satan Robertsonun Titan Qəzası romanı, gerçək Titanik qəzasından tam 14 il əvvəl yaranmışdır və qəzadan illər sonra bu kitabda yazılanların fərqi başa düşülmüşdür. Uğursuz sayılan bir yazıçıdan çıxmış bu romanda, dünyanın ən məşhur qəzalarından biri olan Titanik qəzasının sanki rəsmi çəkilmişdir. Gəminin buz dağına necə çarpdığı və haradan zərbə aldığı da romanda gerçək Titanikdəki ilə eynilik təşkil edir.
Robertson xəyalında əsla batmayan bir sərnişin gəmisi hazırlamış, onu yola çıxarmış və buz dağına çarpdıraraq yeksan etmişdir. Geridə isə, gerçək hadisə olan ağılsığmaz bənzərliklər qalmışdır.

Комментариев нет:

Отправить комментарий