Akif ABBASOV
(“Acı xatirələr” romanından)
Aydınla Rasim zəngləşib görüşdülər. Moskvanın mərkəzində Maroseyka küçəsində yerləşən “Brusnika” (“Mərsin”) adlanan kafedə əyləşmişdilər. Rasim həm adını eşidib üzünü görmədiyi Aydınla tanış olmaq, həm də Sima əhvalatı ilə bağlı məsləhət-məşvərət, lazım gələrsə birgə hərəkət etmək üçün onu çağırmışdı. Rasim hal-əhval tutub, Azərbaycanla, Bakı ilə maraqlanıb sonra:
-Arağı nə ilə içəcəyik? – deyə soruşdu.
Aydın da öz növbəsində:
-Tanışlığımızı qeyd eləmək yerinə düşərdi, amma... Araq olmayacaq, ona görə də sifariş də verilməyəcək, - dedi.
Rasim təəccüblə onun üzünə baxdı: “Moskvaya gələsən, içki içməyəsən? Nə qəribə adamdır. Simicdir deyəsən?! Bəlkə elə bilir hesabı o verəcək, ona görə?” Odur ki, tez:
-Sən mənim qonağımsan, -dedi. –Hesabı mən verəcəyəm.
Aydın güldü:
-Allaha şükür, mənim də imkanım var. O mənada demədim. İnşallah başqa vaxt. Arxayın oturarıq.
Rasim maraq içərisində:
-İçən deyilsən? – deyə xəbər aldı.
-İçənəm, amma dərman qəbul edirəm. Məsləhət deyil. Araqla dərman tutmur. Həm də aclığım yoxdur. Saat neçədir?
-Altı.
-Saat yeddidə ad gününə dəvətliyəm.
Rasim:
-Aydındır, -dedi. –Qəhvə içək.
-İçək.
Sifariş verildi. Qəhvəyə aid çərəz də gəldi. Qəhvə içə-içə söhbətə başladılar. Aydın dedi:
-Rasim, bu nə sirdir? Simanı kim oğurlaya bilər? Bu suala heç kim cavab verə bilmir.
Rasim fincanı stolun üstünə qoyub:
-Bizi də maraqlandıran budur, - dedi. –Hadisə günün günorta çağında baş verib. İtələyib maşına salıblar. Həmin əhvalatdan bir neçə gün keçib, fəqət onu gördüm deyən tapılmır.
Aydın tərəddüdlə dedi:
-Bəlkə oturub-durduğu, könül verdiyi adam varmış. Qoşulub ona, öz xoşu ilə gedib.
Rasim onunla razılaşmadı:
-Burada onun əlinə-qoluna dolaşan vardı ki, xəlvəti qaçaydı?! İşdəkilərini xəbəri yox, mən cəhənnəm, Müjkana da bir söz deməyib. Yox, ağlım kəsmir.
Aydın aydınlaşdırmağa çalışdı:
-Sizdən fərqli olaraq, mən Simaya bir köynək yazınam. Yəni onunla ailə qurmağa hazırlaşırdım. Ona görə də onun hər addım mənə ovcumun içi kimi bəlli olmalıdır.
Rasim inamla dedi:
-Sən qətiyyən narahat olma. Sima sənə layiqli, ləyaqətli həyat yoldaşı olacaq.
-İşi aparan mayorla görüşdüm. O, əməliyyat qrupunun rəhbəridir.
-Onunla görüşündən xəbərim var.
-Həmin cavanları da gördüm. Feyzəddinlə söhbətim oldu. Onların bu işdən xəbərləri yoxdur. Mən buna əmin oldum. Mişanın məlumatından sonra mayor özü də bu qənaətə gəldim ki, Simanı oğurlayanlar başqalarıdır. Məncə, indi izə düşə biləcəklər.
Aydın ayağa qalxdı. Rasim də durdu.
-Sabah milis şöbəsi ilə əlaqə saxlayarıq. Bəlkə bir xəbər oldu.
* * *
-Ata, atacan! Necəsən? Gəlmirsən?
Yaşarın səsi idi. Aydın ona söz vermişdi ki, tez qayıdacaq. Lakin özündən asılı olmayan səbəbdən burada - Moskvada ləngiyirdi.
-Oğlum, gələcəyəm. Bir az işim var. Darıxma.
Yaşar kövrəlmişdi. Aydın onun səsindən bunu hiss elədi:
-Darıxıram axı...
-Sən artıq yekə kişisən, oğlum.
Bu söz – atasının ona “yekə kişi” deməsi Yaşarın xoşuna gəldi:
-Hə, ata, yekə kişi olmuşam. Qalmağın vacibdirsə, eybi yox, nə vaxt işini qurtardın, onda gələrsən.
-Həm də, oğlum, sən tək deyilsən ha. Baban, nənən, bibin yanındadır.
-Ay ata, babamla nənəm heç darıxmağa qoymurlar məni. dərslərimdən qiymətlərim əladır. Babam mənə çox kömək edir. Ata, mənə heç nə alma. Hər şey varımdır. Nə alsan – özünə, babama, nənəmə, bir də bibimə al. Xalamı da yaddan çıxarma.
-Oldu, oğlum. Hamınızın hədiyyəsi məndə.
Yaşarın sözləri, canyananlığı Aydının da xoşuna gəldi, köksü qürur hissilə doldu, sonra kədər çökdü qəlbinə. Yaşar uşaq ikən anasız qalmışdı atanın öz yeri var, ananın öz yeri. Ana ataya nisbətən uşağa bir köynək yaxındır. Rembrant ana rəsmini yaradaraq ona “Madonna” adı vermişdir. Rembrant fırçanın əsrarəngiz gücü, rənglərin sehrli və sirli aləmi ilə ananı müqəddəsləşdirib bu ilahi yaranışı öz qəlbinin hərarətini ana ürəyinin körpəsini isidən anda çəkmişdir. Madonna italyancada “ilahi qadın” mənasını verir. Rəssamlar sonralar bir çox madonna obrazları canlandırmışlar. Bu möhtəşəm sənət abidələrinin hamısında ana uşağı sol qolunda tutub. Bu, heç də təsadüfi deyilmiş uşaq hələ ana bətnində olarkən ana ürəyinin döyüntülərinə alışır. Ana doğulan körpəni sol qolunun üstündə saxlayanda
Körpəyə xoş olur, o özünü rahat hiss edir, sakitləşir, ağlamır. Ananın ürək döyüntülərinin köməyilə balaca yaranış yuxuya gedir.
Aydın ah çəkdi. Yaşara ana lazımdır. Elə ana ki, Yaşara doğma balası kimi baxsın, qəlbini ona versin, onunla sevinib-gülsün, onu xoşbəxt etsin.
Görəsən Sima bunu bacaracaqmı? Aydına yaxşı həyat yoldaşı olacaqmı? O, əzablı günlər yaşayıb, sındırılıb. Ona görə də ailə həyatının qədrini bilər yəqin. Əldən-ələ düşməsə də, indi bilinmir haradadır? Başına nə iş gəlib? Sağdır, yoxsa ölü? Özü öz xoşluğu ilə gedib, yoxsa zorla aparıblar? Niyə gedib? Ondan nə istəyirlər? bəlkə borc götürüb, borcunu verə bilmədiyindən aradan götürüblər? borc dedim, yadıma düşdü. Moskva kimi yerdə iki otaqlı mənzili hansı pulla alıb? Mayor da ağzından qaçırdı. Baş leytenant - erməni də mayora bu sualı verib.
Birdən Sima mənim də başıma iş açar? Bəlkə zərərin yarısından qayıdım? Səhv edərəmsə, özümü də, Yaşarı da zərbə altında qoyaram. Ömrümüz boyu bu əziyyəti çəkərik.
Heç bunlar olmasın. Birdən yenə Simanın namusuna təcavüz edərlər. Ola bilər? Əlbəttə, mümkündür. Onda bəs necə olsun? Bir dəfə. İki dəfə? O zaman ona nə ad veriləcək? Lap elə öz günahından olmasa belə. Yaşarla söhbətindən nə qədər xoşhal olsa da, düşündükləri qanını yamanca qaraltdı. Qanı qara, əsəbi halda ad gününə getdi.

Комментариев нет:
Отправить комментарий