İstəsən ömrün uzansın, liberal olmalısan,
Qulağı kar, gözü kor, nitqi də lal olmalısan.
Birinin xidməti az, hörməti çoxdur, sənə nə?
Birinin ağzı zəhər, sözləri oxdur, sənə nə?
Birisi rüşvət alır, vicdanı yoxdur, sənə nə?
İşləri yoxsa səninlə, dili bal olmalısan.
İstərsən ömrün uzansın, liberal olmalısan.
Qulağı kar, gözü kor, dili də lal olmalısan.
Bəzəyib sərçəni turac eyləyən, qoy eyləsin,
Xalqın əmlakını tarac eyləyən, qoy eyləsin,
Doğrunu oğruya möhtac eyləyən, qoy eyləsin.
Kim deyir sənə hər işdə düz, fəal olmalısan?
İstəsən ömrün uzansın liberal olmalısan.
Qulağ kar, gözü kor, nitqi də lal olmalısan.
Комментариев нет:
Отправить комментарий