Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvü, tanınmış hüquqşünas Asif Həsənli dollarla götürülən kreditlərin qaytarılması bağlı saytımızın suallarına cavab verir.
-Asif müəllim, dolların manata məzənnəsi dəyişdikdən sonra, banklarla müştərilər arasında ciddi narazılıqlar yaranmışdır. Aidiyyatı orqanlar konkret olaraq kreditlərin hansı məzənnə ilə ödənilməsi barədə vətəndaşlara məlumat vermək istəmirlər. Vətəndaşlar da öz növbəsində çıxılmaz vəziyyətdə qalıblar. Bir hüquqşünas kimi bu məsələyə necə yanaşırsınız? Mübahisə necə tənzimlənməlidir?
-Qanunvericiliyin tələblərinə istinad etməzdən əvvəl məlumat verməyi özümə borc bilirəm ki, ilk növbədə, bu məsələ bankla müştəri arasında danışıqlar yolu ilə həll edilməli, tərəflər müəyyən razılığa gəlməlidirlər. Bu məsələ kredit müqavilələrində də öz əksini tapmışdır. Razılığın şərtləri hər iki tərəfi qane etməlidir.
-Əgər qane etməsə? Məsələn, məlumat var ki, banklar ödəniş cədvəlini dəyişdirib müqavilənin müddətini uzatmaqla məsələni həll etməyə çalşırlar. Kredit götürən şəxslərin müəyyən hissəsi bununla razılaşmır.
-Bankın təkliflərini qəbul edib-etməmək müştərinin hüququdur. Heç bir bank öz müştərisini məcbur edə bilməz ki, onun verdiyi təkliflə razılaşsın. Müştəri də öz növbəsində təklif verə bilər. Əgər razılaşma baş tutmursa, o zaman narazı qalan tərəf məhkəməyə müraciət edə bilər. Düzdür, məndə olan məlumata görə banklar qalıq məbləğin ödənilməsi üçün müştərilərə müəyyən gözəştlər tətbiq edirlər. Bu güzəştə görə qalıq məbləğin yeni məzənnə ilə ödənilməsini təmin etmək üçün ödəniş müddətini bir neçə ilə qədər uzadırlar, amma üstünə əlavə faiz gəlirlər. Müştərilər isə əlavə faizin hesablanması ilə razılaşmırlar.
-Müştəri narazı qalarsa, ilk növbədə nə etməlidir?
-Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2. maddəsinə əsasən, müştəri ilk növbədə müqavilənin dəyişdirilməsi və ya ona əlavələr edilməsi barədə rəsmi olaraq banka müraciət etməli, öz təklifini yazılı surətdə bildirməlidir. Təklifdə müddət göstərilməlidir, həmin müddət ərzində bankdan cavab gəlmədikdə, qeyd olunan müddət keçdikdən, təklifə imtina verildikdə isə imtina cavabını aldıqdan sonra müştəri məhkəməyə müraciət edə bilər. Ərizədə müddət göstərilmədikdə 30 gündən sonra məhkəməyə müraciət etmək hüququ yaranır.
-Mübahisəni müştərinin xeyrinə həll etmək üçün qanunvericilikdə hər hansı müddəalar varmı?
-Qanunvericiliyimizdə boşluqlar çox olsa da müştərinin xeyrinə olan müddəalar da çoxdur. Əvvəla onu deyim ki, bankların ödəniş vasitəsi kimi xarici valyutadan istifadə etməsi qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 19.3. maddəsində qeyd edilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. Mülki Məcəllənin 439.1. maddəsinə əsasən “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”. Təsəvvür edin, Konstitusiyamızın və Mülki Məcəllənin tələbləri Azərbaycan vətəndaşlarına kreditin dollarla verilməsini birbaşa qadağan edir! Bəzi vəzifəli şəxslər bu məsələnin üstündən vaz keçirlər. Amma əslində bu kobud qanun pozuntusudur. Digər tərəfdən, banklarla müştərilər arasında bağlanan müqavilələrin əksəriyyətində kreditin hansı məzənnə ilə aparılması barədə müddəa yoxdur. Belə olduqda, Mülki Məcəllənin 439.7. maddəsi tətbiq olunmalıdır: “Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir”. Həmin Məcəllənin 385 və 386-cı maddələrinə əsasən öhdəlik müqavilə bağlandığı andan əmələ gəlir. Deməli, bankla müştəri arasında müqavilənin bağlandığı an onların öhdəlikləri yaranır. Bu da o deməkdir ki, müqavilə bağlandığı an dolların manata olan məzənnəsinə uyğun məbləğlə ödəniş aparılmalıdır. 19 fevral 2015-ci il tarixə qədər kredit götürənlər bir dolların manata olan nisbəti 78,5 qəpik dəyərində olduğuna görə bu məzənnə ilə, həmin tarixdən sonra isə dolların bir manat beş qəpik dəyərində məzənnə ilə ödəniş aparmalıdırlar.
-Ümumiyyətlə, bu sahədə Bankın vəzifəsi nədən ibarətdir? Qanunvericilik Bankın qarşısında güzəştə getmək üçün hər hansı öhdəlik qoymuşdurmu?
-Əlbəttə. Kredit Müqaviləsində tərəflərin hüquq və vəzifələri izah edilmişdir. Amma sizin sualınıza konkret olaraq Mülki Məcəllənin 425.2. maddəsi cavab verir: “Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. Deməli, Bank müştəriyə öz öhdəliyini yerinə yetirmək üçün ödənişin əvvəlki məzənnə üzrə aparılmasına imkan yaratmalıdır ki, müştəri bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilsin. Əks təqdirdə, öhdəliyin icrası təhlükəyə məruz qala bilər, müştəri 27 manat məbləğində qalxmış məzənnə üzrə ödəniş aparmaq imkanına malik olmaya bilər və yeni məzənnə üzrə ödəyəcəyi təqdirdə hətta müflisləşə bilər.
-Hansısa bankın əməkdaşı bu yaxında internet saytında qeyd etmişdi ki, müqavilənin dəyişdirilməsi üçün heç bir əsas yoxdur, şərait əhəmiyyətli dərəcədə dəyişməmişdir. Dollarla götürülən kredit dollarla qaytarılmalıdır. Bu barədə nə deyə bilərsiniz?
-Dollarla götürülən kreditin dollarla qaytarılması tələbi haqlıdır və bunun hüquqi əsası vardır. Amma hansı məzənnə ilə? Söhbət dolların məzənnəsindən və şəraitin dəyişməsindən gedirsə, qanunvericilik bu məsələyə də aydınlıq gətirmişdir. Mülki Məcəllənin 422.1. maddəsinə əsasən “Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Göründüyü kimi, dolların məzənnəsinin dəyişməsi şəraitin dəyişməsinə səbəb olmuşdur. Bu dəyişməni nə bank, nə də müştəri əvvəlcədən görə bilməmişlər. Əgər görə bilsəydilər, müqaviləni başqa şəkildə bağlayar, dolların məzənnəsinin dəyişə bilmə ehtimalını nəzərə alar və bu barədə müddəa müqaviləyə əlavə edərdilər. Maddənin sonuncu cümləsinə diqqət edin: Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürləri - dolların məzənnəsinin dəyişməyəcəyi barədə təsəvvürləri yanlış çıxmışdır ki, bu da şəraitin dəyişməsinə bərabər tutulur. Şərait dəyişmişdirsə, o zaman müqavilə də dəyişdirilməlidir.
-Məhkəmədə mübahisəni udmaq şansı nə qədərdir?
-Bilirsiniz, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən “hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlar əsasında Qətnamə çıxarır. Mülki işdə sübut etmə vəzifəsi əsasən tərəflərin üzərinə düşür. Qeyd etdiyim bu məsələləri məhkəmədə sübut etmək lazımdır. Mülki-Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən “bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”. Buna görə də hər kəs məhkəmə müdafiəsindən səmərəli şəkildə istifadə edə bilər. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Təbiidir ki, hər bir tərəf nümayəndəsi vasitəsilə hüquqi yardımdan istifadə edə bilər. Amma bütün hallarda iddia tələbini əsaslandırmaq üçün məhkəməyə sübutlar təqdim etmək zəruridir.
-Məhkəmə prosesi nə qədər çəkir? Bu proses dövründə öhdəliklər necə yerinə yetirilir və bank faizləri hesablanırmı?
-Mülki işin müddəti 3 aydır, yəni Qətnamə 3 ay ərzində çıxarılır. Öhdəliklərin məhkəmə prosesində necə yerinə yetirilməsinə gəlincə, Mülki Məcəllənin 424.3. maddəsinə əsasən “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır”. Bank faizlərinin hesablanmaqda davam etdirilməsi və ya dayandırılması məsələsi iddia ərizəsində öz əksini tapa və ya vəsatət əsasında məhkəmədə həll oluna bilər. Ümumiyyətlə, çıxarılan Məhkəmə Qətnaməsi ilə mülki mübahisələrə hər zaman son qoymaq mümkündür. Sadəcə, bunun üçün ədalət mühakiməsini düzgün həyata keçirən ədalətli məhkəmə sistemi və vicdanlı hakim olmalıdır!
-Müsahibə dərc olunan gün məlum oldu ki, Konstitusiya Məhkəməsinin bu məsələyə münasibəti mayın 7-də verəcəyi Qərarda öz əksini tapacaq. Sizcə, Qərar necə olacaq?
-Konstitusiya Məhkəməsi öz səlahiyyətləri daxilində bütün normativ-hüquqi aktların, prezidentin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına uyğunluğunu yoxlayır. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı məsələlər barəsində sorğu verilərsə Konstitusiya Məhkəməsi bu məsələni həlli etmək üçün Qərar verir və həmin Qərar ölkə ərazisində məcburi qüvvəyə malikdir. Məlum oldu ki, Ombudsman kreditlərlə bağlı artıq sorğu göndərib və mayın 7-də Qərar qəbul ediləcək. Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 439.7. maddəsinə birbaşa şərh verəcək və bu da məsələyə tam aydınlıq gətirəcək. Hesab edirəm ki, qərar kredit götürənlərin ürəyincə olacaq və dollarla götürülən kreditləri müqavilənin bağlandığı vaxta uyğun olaraq köhnə məzənnə ilə ödəyəcəklər. Ölkə məhkəmələri bu qərarı əsas tutaraq Qətnamə çıxarmaqda heç də çaş-baş qalmayacaqlar. Bu Qərardan sonra məhkəmələrdə heç bir anlaşılmazlıq ola bilməz.
Hazırladı: Alı Vüsal

Комментариев нет:
Отправить комментарий