İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Azəraycanın İrandakı tanınmış alimlərindən biri olan Böyük din xadimi Ayətullah Hacı Şeyx Cəfər Lənkərani 1904-cü ildə Lənkəranda dünyaya göz açıb. Atası Molla Rəcəb Lənkəran şəhərinin tanınmış alimlərindən biri idi. Mirzə Cəfər 15 yaşına qədər atasının elmindən istifadə eərək islam dininin müqəddimə elmlərinə sahib olmuşdur. İbtidai dini təhsilini atasından aldıqdan sonra yeniyetmə vaxtı, 1920-ci ildə İrana gedir. Tehranda orta və ali səviyyədə dini elmləri öyrənir. 1927-ci ildə təhsilini artırmaq üçün Quma gələrək tanınmış din xadimlərindən, o cümlədən Hacı Şeyx Əbdül Kərim Hairi Yəzdinin elmindən bəhrələnir. Daha sonra min il yaşı olan Nəcəfi-Əşrəf elm ocağına üz tutur. Bu elmi mərkəzdə Ayətullah Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Əbul Həsən İsfahani, Ayətullah Mirzə Əli Ağa İrəvani və s. kimi alimlərdən elmi bəhrələr alıb, həm elmi, həm də əməli və mənəvi cəhətdən yüksək məqama yetişir.
Ayətullah Lənkərani çoxlu müctehidlərdən ictihad icazəsini aldıqdan sonra bir daha İrana qayıdıb Tehranı özünə ikinci vətən seçir və məsciddə camaat namazı təşkil edib islam dininin əhkamlarını camaata bəyan edir. Tehranda dünyasını dəyişir və həmin yerdə də torpağa tapşırılır.
Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:
Отправить комментарий