Ağlım dumanlanıb, qəlbim qaralıb
Ruhum da cismim tək solub saralıb
Bu zülmət gecədə yenə tək qalıb.
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Qəlb evim soyuqdur məzar daşı tək
Səbirsiz bədəndə iman nə gərək
İndisə qalmışam yetim uşaq tək
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Zillətə salmışam özüm-özümü
Ruhumun qalmayıb daha dözümü
Günahlar pərdə tək tutub gözümü
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Haramdır zikirsiz alınan nəfəs
Bu dünya mənimçün zülmət bir qəfəs
Təqvasız bir ruhla yaşamaq əbəs
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Kordur, daha görməyir qəlbimin gözü
Nə fayda ixlassız duanın özü
O qədər pozmuşam verdiyim sözü
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Alimlərin elminə bərəkət verənsən!
Abidləri kəramət sahibi edənsən!
Günahkarın istixfar ümidi sənsən, sən !
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Yusif Hüseynov
Ruhum da cismim tək solub saralıb
Bu zülmət gecədə yenə tək qalıb.
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Qəlb evim soyuqdur məzar daşı tək
Səbirsiz bədəndə iman nə gərək
İndisə qalmışam yetim uşaq tək
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Zillətə salmışam özüm-özümü
Ruhumun qalmayıb daha dözümü
Günahlar pərdə tək tutub gözümü
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Haramdır zikirsiz alınan nəfəs
Bu dünya mənimçün zülmət bir qəfəs
Təqvasız bir ruhla yaşamaq əbəs
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Kordur, daha görməyir qəlbimin gözü
Nə fayda ixlassız duanın özü
O qədər pozmuşam verdiyim sözü
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Alimlərin elminə bərəkət verənsən!
Abidləri kəramət sahibi edənsən!
Günahkarın istixfar ümidi sənsən, sən !
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!
Yusif Hüseynov
Комментариев нет:
Отправить комментарий