13.02.2018

Öcalandan şok: “Mən türk millətçisiyəm”


PKK terror təşkilatının lideri Abdullah Öcalanın 1999-cu ildə həbsdən sonra dindirilməsinin üçüncü videosu yayılıb.
Bundan öncə Öcalanın birinci və ikinci videosunu yayımlamışdı. Öcalan bu dəfəki videosunda bir türk millətçisi olduğunu dilə gətirir və Ərbili işğal etməyi təklif edir. 
Terror təşkilatının lideri İraq prezidenti Cəlal Təlabani və Şimali İraq kürd bölgəsinin lider Məsud Bərzani haqqında da maraqlı iddialarla çıxış edir. Təlabani və Bərzaninin arxasında böyük güclərin olduğunu bildirən Öcalan deyir: “Bunlar Türkiyəni satarlar. Həmçinin çox ucuza Türkiyəçi də olarlar”.
Xalqın Bərzani və Təlabaniyə nifrət etdiyini bildirən PKK lideri onunla danışan Türkiyə dövlət adamlarına Ərbili almağı təklif edir.
Öcalan videonun başqa bir hissəsində kürd müğənni Şivan Pərvər haqqında da ilginc sözlər deyir: “Şivan türkü oxuyur, özünü Xomeyni zənn edir. Həmçinin özünü kürd öndəri olaraq göstərməyə çalışır”.

Комментариев нет:

Отправить комментарий