Zərdüşt Əlizadə:
-1991-92-ci illərdə, xalqın xam, siyasi cəhalətin tüğyan elədiyi bir vaxtda Elçibəyin ağzından çıxan sözlərə xalq sevinirdi, insanlar bir-biri ilə qucaqlaşırdı, kövrəlirdi. Amma indi camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və görürlər ki, bu sözlər boş-boş şeylərdi, tam xəyaldır və nağıldır. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah camaata deyirdi ki, ölünü dirildə bilirəm. Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı. Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü. Mən həmişə o fikirdə olmuşam ki, Elçibəyin liderliyi Azərbaycanın demokratik hərəkatına böyük bəlalar gətirəcək. Dediyim kimi də oldu.

Комментариев нет:
Отправить комментарий