Qəmlo Əsədullah: Müstəqillik belə olmur. Sovet vaxtı bütün layihələr yerli xalqa xidmət edirdi, baxmayaraq ki Azərbaycan müstəqil deyildi. Azərbaycan axırıncı 25 il qarətə məruz qalıb. amma iqtisadiyyatdan hırnan zırı qanmayanlar Sovet dövrünə istismar deyirlər. Yaxşı, bəs Azərbaycanın Sovet mərkəzindən aldığı milyardlarla dotasiyalar nə idi? Hansıdır istismar? Hansıdır qarət? Azərbaycandan axırıncı 25 il daşınan 100 milyard dollardan çox pullar, yoxsa Sovet vaxtı Azərbaycanın imkanları olmayanda ölkəyə mərkəzdən verilən milyardlarla dollar? Boş lozunqlarla xalqın qarnı dolmur. Reallıq budur. Statistikalar var. Rəqəmlər var, göstəricilər var.
Zaur Musayev: Bir taksi sürücüsü danışır ki, Həzrət Əlinin ə.s. şəhadət gunlərindən biri imiş. Taksiyə bir vahhabi minir. Sürücü maşında mərsiyələr oxutdurduğuna görə vahhabi möhkəm qəzəblənir. Düşəndə vahhabi “hesabı Həzrət Əli ödəyəcək” deyir və qaçıb aradan çıxır. Sürücü yaşlı olduğuna görə vahhabinin arxasıyca qaça bilmir. Bir az keçəndən sonra sürücü görür ki, maşından telefon səsi gəlir. Baxır ki vahhabi “iphone” markalı telefonunu maşında unudub. Taksi şoferi telefona cavab verir, vahhabi deyir ki gəl pulunu verim. Sürücü də cavabında deyir ki, mənim hesabımı Həzrət Əlii ə.s. ödədi, sən get telefonunu Müaviyyədən al)))
Sadiq İbrahimov: Tarixi oxuyanda görürsən ki, Azərbaycan xalqının ən yaxşı günləri SSRİ dövrü olub. Nə əvvəl bir gün görüb, nə sonra. Bir quruluş ki onun adi fəhləsi ən azı ildə bir dəfə Kislavodskidə dincəlirdi! Oğlu olan ev, qızı olan cehiz fikri etmirdi! SSRİ-nin kasıb camaata etdiyini öz millətindən olan nə şahı etməyib, nə xanı, nə bəyi!
Rəhim Həsənli: 50 ballıq potensial çuşka zəvildiyir: repressiya, repressiya... Repressiya kafir sözüdür, repressiya yox, “Böyük Təmizlik”. 37-ci ildə böyük təmizlik baş verdi. Bunu hələ çox gec anlayacaqsınız!
Samir Tağıyev: Gəlin Rusiya Qardaşlığına qiymət verək və kömək olaq. Çünki bu gün İslam dininin yanında kitab əhli olaraq Rusiyanı görürük.
Rahib Hətəmov: Vahhabilik Avropa, Amerika və İsrailin islam dininin bətninə saldığı xərçəngdir.
Yaşar Şahbazov: Bir köhnə tanışım var. Deməli qardaşın bütün facebook statusları türkçülüklə baglıdı. Atatürkün şəkilləri, ay nə bilim türk əyilməz, qırılmaz, sınmaz və s. Çoxdandı xəbərim yox idi. Araşdırıb gördüm ki, Piterdə konfet satır) Soruşuram ki, başa düşürəm ruzini Allah verir. Amma türklər belə dahidirsə, niyə gedib Türkiyədə işləmirsən? Otboy getdi...
Mir Hafiz Cəfərzadə: Әrbәin yürüşü artıq bir dini vә mәhәlli hadisәdәn çıxaraq, bütün dünyada insanpәrvәrlik, haqq uğrunda mübarizә vә zalımlara etiraz aksiyasına çevrilir.
Rafael Əsədzadə: Hər bir ABŞ-İsrail küçüyü bilməlidir ki, İrana basqı olsa, İran İsraili Yer üzündən dərhal siləcək.
Cavid Cabbarlı: Ölkədə işsizlik tüğyan etdiyi zaman bir neçə nəfərin əyləncəsi üçün bir illik büdcə qədər vəsaiti sovurmaq heç bir məntiqə sığmır. Bu addımı atmaq üçün ilk növbədə bu millətə qarşı barışmaz düşmən olmaq gərəkdir. 2016-cı ilin statistikasına görə 86 min nikah, 12 minə yaxın isə boşanma olub. Əksər boşanmaların səbəbi isə işsizlik və kasıbçılıqdır. Əyləncə üçün təşkil olunan oyunlara xərclənən vəsaitin yarısı ilə nəinki boşananlar, hətta bütün ailə quran cütlüklər üçün mənzil almaq olar. Yarısı ilə də bankların əhaliyə yüklədiyi borcları qaytarmaq mümkündür. 2016-cı ilin başqa bir statistikasına görə isə ötən il 327 intihar faktı qeydə alınıb. İntihar siyahısında tanınmışlara da rast gəlirik. Hakimiyyət ölkəni intiharlar məmləkətinə çevirib.
Ədalət Abdinov: 1971-ci ildən başlayaraq hər il Azərbaycandan SSRİ-nin müxtəlif ali məktəblərinə yüzlərlə oğlan və qız göndərilirdi. 1986-cı ildə onların sayı 830 nəfər olmuşdur. 1985-86-cı tədris ilində Sovet İttifaqı şəhərlərinin 170 ali məktəbində 3500 oğlan və qız 244 ixtisas üzrə təhsil almışdır. 1985-ci ildə 644 nəfər, 1976-1986-cı illərdə isə 3600-dən çox gənc SSRİ-nin nüfuzlu ali məktəblərini bitirmişdir. Sovet dövləti bütün bunları pulsuz həyata keçirir, gənc mütəxəssisləri işlə və pulsuz mənzillə təmin edirdi. Bəs indi vəziyyət necədir?
Fərid Cəfərov: Türk kanallarına ayıq başla baxanda çox şey adama agah olur. Xəbərlərindən tutmuş şou proqramlarına qədər nəyə xidmət etdiyi göz qabağındadı. Orda da eynən bizim kimi iqtidar-müxalifət (yaxşı polis-pis polis) oyunu gedir.
Rüstəm Hüseynov: Adam utanmadan deyir ki, Sovetlər muğamımıza da müdaxilə etmişdilər. Əruzu tamamilə sıxışdırmışdılar.
Sanki Əliağa Vahid, Xan Şuşinski, Seyid Şuşinski zad Fransada, Hollandiyada, Somalidə zadda yetişmişdilər!
Rusfer Eynullayev: Rusiya böyük ölkədir. Hər zaman hər kəsə orda yer var. Öz doğma ölkəmizdə çarəsiz, pulsuz qalanda ilk ağlımıza gələn, yeganə üz tutacağımız ölkə Rusiya olur. Rusiyanın dağılmasını istəyənlər Amerikanın dalına girənlərdir. Heç olmasa azca vicdanınız olsun!
Zeynəb Cəfərli: Bir dəfə kəndə qaynanamı görməyə gedirdik, yoldaşım dedi ki, bir sənəd var, yolüstü ona qol çəkdirim, verim şöbəyə gedək. Biz maşında oturduq, o düşüb lazım olan adamları çağırdı. Onlar da başladılar bir-birinin əbi-əcdadını söyməyə... Nəsə birtəhər imza atdırıb, maşına oturanda biri qayıtdı ki, rəis, başaa dönüm, bə mən çəpəri havax çəkim? Yoldaşım ikrahla başını buladı, əsəbindən güclə bunu dedi ki, ə, o torpağınız alınsaydı, cəhənnəm olub gedərdiniz, canımız qurtarardı sizdən! Kişi hırıldaya-hırıldaya qayıtdı ki, dərdin alım, a rəis, hara gedirik, gəlif burda hamam görmüşük ey, qağa... Sonra bildim ku, bunlar iki qardaşdı, oranı zəbt eləyib ev tikiblər, indi bir qarış torpağın üstündə qırırlar bir-birini. Biri deyir, mən burdan götürmüşəm, çəpəri burdan çəkirəm, o biri deyir yox, bu bir qarış mənimdi, mən çəpəri burdan çəkirəm. Kəlbəcərlidilər. Bir qarış torpaq üstündə bir-birinə düşmən kəsilən doğmaca qardaşlar, o boyda yurdu-yuvanı necə olub ki, halalca düşmənə verib, qaçıblar?! Ha fikirləşirəm, bir yerə çıxara bilmirəm...
Zahid Mikayılov: Sovet quruluşunun gücü ondaydı ki, millətlərdə düşmənçilik yox idi. Amma indi dogma qardaş qardaşla düşməndir.
Elxan Xəlilov: Millət tupoylaşır. Kor millətçilik, savadsızlıq, din əvəzinə nurçuluq və vahhabilik... Bunlar olan yerdə heç nəyə ayıq baxmaq olmur.
Fərhad Həsənzadə: Neft-qaz bizim deyil, BP-nindi. Konsessiyaya, Əsrin müqaviləsilə verilib.
Elxan Zaman: Buboyda informasiya əsrində hələ də ABŞ-ın dostluğuna səmimi inanan insanlar var.
Sapand Sapand: Soveti pisləyən dindar dost-tanışlarımın Sovet dövründə dinin qadağalar altında olduğunu səbəb kimi göstərərək o dövrə lənətlər yağdırmasını heç cür başa düşmürəm. Sovet dünyada demək olar ki ən azı 70-80% müsəlman dövlətləri ilə əməkdaşlıq edir, lazım gəldikdə hər cür öz yardımını da əsirgəmirdi. Nə olsun ki o zaman dindar insanlar az idi, amma o az dindarlar da cəmiyyət tərəfindən ehtiramla qarşılanır, az qala əl üstə gəzdirilirdi...
Təranə Əliyeva: Dünyada rus qədər rəhmli, sadiq, insanpərvər, mədəni, köməksevər, vətənpərvər xalq yoxdur.
Aftandil Babayev: Sovet vaxtında Azərbaycan gürzə zəhərinin istehsalına görə dünyada 1-ci yerdə olub. İndi həmin zəhərin qramı dünya bazarında 1000 dollardan çoxdur. Bir yerli gürzə bir yad ərəb turistindən daha çox xeyir gətirə bilərdi ölkəyə, bir az məntiqlə düşunə bilsəydik.
Müttəqi Bərməki: Kiril əlfbasını dəyişdilər, ona görə camaat savadsız hala düşdü. Köhnə kitabları oxuya bilmirlər. Yerazların pantürk kitablarını oxuyub jizofrenik olurlar.
Famil Əhədi: Yaşadığı ölkənin sərvətini talan edənlərə bir söz deyə bilmir, burdan durub Sistani ağaya dil uzadır ki, xümsü Azərbaycana niyə xərcləmir...
Əli Şərif: Mənim fikrimcə bizim bölgədə özgə millət yoxdu, hamının taleyi bir-birinə bağlıdı bu zəmanədə... Özəlliklə Azərbaycanın tarixi ərazisindəki millətlər! Güneydə talışlar və türklər ən yaxın dostlardır.
Elçin Məmmədov: 20 yanvarı bizimkilər elədilər. Xocalını bizimkilər ediblər! Qarabağı bizimkilər satdılar.
Rauf Qubadov: Dünyanın heç bir yerində heç kim çox da razı yaşamır. Hamı irəli getmək üçün çalışır. Rusiyada bir mağazası olan iki etmək istəyir, bir ticarət mərkəzi olan iki etmək istəyir, firması olan firmanın fəaliyyətini artırmaq istəyir. Azərbaycanda isə xalq aclıqdan qurtarmaq istəyir. Bu boyda fərqi görməyən ya kordu, ya yaltaq, ya da nəsə var o adamda...
Vüsal HəsənƏli: Bu gün ölkədə istedadlı və bacarığlı gənclər təhsil haqqını ödəyə bilmir. Bu günün gənci gərək həm cüzi maaş müqabilində ən ağır işlərdə çalışsın və həm də təhsil haqqını ödəsin. Bu dövlətə ağıllı, savadlı, iti düşüncəli və müasir fikirli gənclər lazım deyil. Qorxurlar ki gələn yeni gənc nəsil qocaların yerini zəbt edər hakimiyyətləri əllərindən sürüşər. Bir cəmiyyəti ovcunda nə qədər sıxırsan sıx, yenə də barmaqların arasından süzülüb axacaq.
Ceyhun Mirzəyev: Mən Azərbaycanın qurtuluşunu Avrasiya Birliyinin tərkibində görürəm. Mövcud rejimi heç bir müxalifət devirə bilməz. Avrasiya Birliyi Azərbaycan üçün ən azı korrupsiya, monopoliya və digər iyrənc amillərin məhvi deməkdir.
Rasim Hüseynov: Nə təhər vız atıb inkişaf eləmişiksə, bazara girirsən kartofu bioloq satır, pomidor-xiyarı tətbiqi riyaziyyat professoru, kələmi ədəbiyyat-az dili müəllimi. Yaşıl bazara gələn turistlərin ağızları açılı qalıb. Deyirlər bu bunların bazar alverçiləridi, gör indi bunların alimi, mühəndisi nə oyun çıxardır?!)
Ramin Qardaşxanov: Bu son illərdəki prosesləri izləsəniz, görərsiniz ki Rusiya niyə Krımı işğal yox, niyə geri qaytardı və niyə Donbası guya ki işğal etdi. Dünyada gedən proseslərə AzTV-nin, CNN-nin, BBS-nin gözüylə deyil, başqa mənbələrdən baxın. Gürcüstanı da Amerika tirkalayıb Rusiyanın üstünə saldı və Rusiya da başa saldı ki kim kimdir. Rusiya Krıma 2 gün də gec girsəydi NATO-nun və Amerikanın qoşunları Krıma girəcəkdilər. Bir az dünyada gedən prosesləri diqqətlə izləyin
Müşfiq Heybətov: 1740 nüvə başlığına sahib ABŞ, İranın uranı zənginləşdirməsini bəşəriyyət üçün təhlükə sayır))) Ləhlü lülü.
Hikmət Babayev: Bilge Tonyukuk, yəqin hələ də siyasətdəki oyunlardan, Elçibəyin həm kürd, həm türkçü, həm ərəb, həm KQB-şnik, həm Əliyevçi olmasından xəbərin yoxdur. Çoxları hələ cavandı, uşaqdı, beyinləri o eyforiyalı pafoslarla doludur. Yaşlandıqca insanlarımız anlayırlar bu hoqqaları. Bax onda seçimlərini tam edirlər: Ya həqiqəti demək, ya da bizim fırıldaqçı-əclaf-şarlatanlardan olmaq...
Aftandil Babayev: Səhər-səhər ATV-də gedən Turanın verlişinə baxın. Hər verilişdə İranı söyürlər. Politoloq kimi də həmişə o satqın nurçu deputatdan müsahibə götürürlər.
İlqar Bədəlov: Rusun əleyhinə indiki məmurların süfrəsindəki qalıqlarla dolanan adamlar danışır. Çünki onlar bu 25 ildə yala öyrəşmiş yaltaqlardır. Onlarin xəstəliyinin müalicəsi yoxdur. Qorbatoqo moqila ispravit.
Mənsur Həqiqətpur: Biz Azərbaycanı qurtardıq, əks təqdirdə Ermənistan Bakını da alardı. Bakı Qarabağ müharibəsi dövründə aldığı silahlara görə hələ də İrana borcludur! Bu saat Bakının İrana 30 milyon dollar borcu var. Lakin İran çox təvazökardır və heç vaxt bu məsələni bəyan etmir. Əgər İranın yerinə Türkiyə olsaydı, indiyə qədər pulun özünü, yaxud da həmin borcun on qat dəyərindən çox bir imtiyaz almışdı. Qarabağ müharibəsi dövründə iranlı olan hərbi məsləhətçilərin rolundan bəhs edən “Azərbaycan sərkərdəsi” adlı iki dəqiqəlik bir video yazı yaydım. 2000 saat olduğunu, ancaq bunun sadəcə 2 dəqiqəsini yaymağımı bildirdim. Bakıda oturub əzəmətli İran dövlətinə qarşı mənfi təbliğat aparanların nə özü, nə də ailə üzvlərindən heç biri müharibədə iştirak etməmişdir. Lakin Qarabağ müharibəsində mənim maşınım mina üstünə çıxaraq, param-parça oldu. Biz Bakıda 6500 nəfərə hərbi təlim keçdik. O vaxtlar əsgərləri Bakı küçələrində sıralayırdıq və Bakı sakinləri də bunun şahidi olmuşlar. Bu gün də Naxçıvanın Bakı ilə əlaqəsi kimi Azərbaycan respublikasının həyati məsələlərinin bir çoxu İran ərazisi vasitəsilə həll edilir. Əcəba, Bakı hakimiyyəti onun “siyasi həyatında” İranın əsas rola malik olmasını həqiqətən başa düşmürmü? Məncə bunlar başa düşmürlər. Ona görə də iqtisadi, siyasi və mədəniyyət sahələrində bizimlə ciddi əməkdaşlıq etməyəcəklər. Bunlar İsrailə bel bağlayıblar və elə zənn edirlər ki, Qərb Qarabağı onlara qaytara bilər. Halbuki bu bir səhv hesablamadır və Qərb Bakı üçün belə bir iş görməyəcəkdir.
Комментариев нет:
Отправить комментарий