15.02.2018

Zərdüşt Əlizadə:
-Elçibəy bilmədi ki, münaqişəni dərinləşdirmək lazım deyil. Bilmədi ki, on minlərlə insan həlak olmamış qüdrətli sülhün yollarını axtarıb tapmaq lazımdır. Elçibəyin o qədər siyasi savadı yox idi ki, Helsinkidə Levon Ter-Petrosyan ona dedi ki, gəl danışaq. Elçibəy cavab verdi ki, mən sənlə danışmaq istəmirəm. Bu nə deməkdir? Sən dövlət başçısısan. Böyük dövlətlər səni barmağına dolayıb. Sən də Ermənistan prezidentinə deyirsən ki, mən sənlə danışmaq istəmirəm. Bu hansı siyasi savadın, hansı qabiliyyətin təzahürüdür? Məhz bu cəhətlərinə, savadsızlıqlarına görə deyirəm ki, Elçibəy və Ayaz Mütəllibov Azərbaycanın yarıtmaz prezidenti olublar. Və bu xüsusiyyət onları birləşdirir.

Комментариев нет:

Отправить комментарий