16.02.2018

Trotskizmin mahiyyəti haqqında

L.Sokolski

Dünya inqilab hərəkatında opportunizmin və revizionizmin ən təhlükəli istiqamətlərindən biri trotskizmdir. Trotskizm bu gün dünyada geniş yayılmışdır. Təkcə bizim ölkəmizdə həmin cərəyanın onlarla sol qrupları vardır, keçmiş SSRİ ölkələrində, ilk növbədə Ukraynada, də belə qruplar az deyil. Sayları az olsa da, kommunist və işçi hərəkatına artıq indi hiss olunacaq dərəcədə zərər vururlar.
Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları Sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, Sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla- burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər; axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər.
Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı; yeganə düzgün inqilab nəzəriyyəsinə - marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin “inqilabiliyinə” inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü.
Hazırda trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar. Onlardan ən böyüyü 4 birlikdir, onlardan ilk üçü “Avropa antikapitalist solu” təşkilatında birlikdə iştirak edir:
1. Birləşmiş Dördüncü İnternasional- ən böyük seksiyaları Fransada (Yeni Antikapitalist partiyası), İsveçdə (Sosialist partiyası), İtaliyada (“Kritik sol” Assosiasiyası), Danimarkada (Qırmızı-yaşıl koalisiya), Portuqaliyada (Sol blok), Şri-Lankada (Yeni ictimai bərabərlik partiyası), Filippində (Mindanao inqilabi işçi partiyası) və Braziliyada (“Sosializm və azadlıq”) yerləşir. Liderləri- Alen Krivin, Olivye Bezansno, Erik Tussen, Alan Tornett, Fransişku Lousa və digərlər.
2. Beynəlxalq sosializm tendensiyası- Sovet İttifaqının təbiəti haqda Toni Kliffin baxışlarına tərəfdar olan beynəlxalq birlik. Ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist işçi partiyası), Yunanıstanda (Sosialist işçi partiyası) və İrlandiyada (Sosialist işçi partiyası) yerləşir. Liderləri- Aleks Kallinikos, Kris Xarman və digərləri.
3. İşçi internasionalı komiteti - ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist partiyası), İrlandiyada (Sosialist partiyası) və Almaniyada (“Sosialist alternativ” təşkilatı). Liderləri- Ted Qrant (1991-ci ilə kimi), Piter Taaf.
4. Beynəlxalq marksist tendensiya (BMT)- Pakistanda Pakistan xalq partiyasında böyük seksiyaya malikdir. Onlar BMT seksiyalarının fəaliyyət göstərdiyi bütün ölkələrdə neytallaşdırmaq, dağıtmaq və ya “trotskizm” mövqeyinə keçirmək məqsədilə sol kütlələrə və proqressiv partiyalara soxulmaq taktikasını istifadə edirlər. Liderləri- Ted Qrant, Alan Vuds.
Trotskistlər işçi və kommunist təşkilatlarının provokasiyası və məhvi metodlarını yaxşı mənimsəyərək bu təşkilatlara daxil olub, orada möhkəmlənib inqilabi qüvvələrə möhkəmlənmək və effektiv hərəkət etmək imkanı verməyərək istənilən inqilabi hərəkatı neytrallaşdırmağı bacarırlar. Buna görə də istənilən ölkədəki inqilabi hərəkat üçün “trotskizmi” tanımağı və onunla mübarizə aparmağı bacarmaq olduqca vacibdir.
Bu mübarizə opportunizmin dediyimiz müxtəlifliyinin tarixi vətəni, həm də Sovet İttifaqının məhvində çox təqsiri olan trotskiçilərin fəaliyyətindən ən çox zərər çəkmiş müasir Rusiyada xüsusi məna kəsb edir.
Baxmayaraq ki, əvvəlki tək trotskiçilər işçi hərəkatına rəhbərlik etməyi bacarmırlar, -çünki işçilər öz sinfi duyğu qabiliyyətləri ilə intuitiv olaraq trotskizm ideologiyasının çürüklüyünü anlayırlar və ondan uzaq durmağa çalışırlar-, amma trotskiçilər ciddi nəzəri marksist bazası olmayan xırda burjua düşüncəsi arasında asanlıqla tərəfdar tapırlar.
Trotskizm onlar üçün niyə bu qədər cəlbedicidir? Birincisi, trotskiçilər özlərini həqiqi kommunistlər, bolşeviklər, internasionalistlər, marksist-leninçilər adlandırırlar. Onlar Trotskini Oktyabr inqilabının başçısı, Qızıl Ordunun yaradıcısı və rəhbəri, SSRİ-də sosializmin qurulması konsepsiyasının müəllifi, Marksın, Engelsin və Leninin həqiqi ardıcılı və guya opportunizmin növlərindən biri olan stalinizmə qarşı mübariz sayırlar. Trotskiçilər Trotskini SSRİ-də bürokratizmə qarşı qatı mübariz, kapitalizmin, opportunizmin, revizionizmin, millətçiliyin və şovinizmin ən məntiqli və barışmaz düşməni kimi təqdim edirlər. Siyasi cəhətdən inkişaf etməmiş ictimai təbəqələr onun real mahiyyətinə dərindən varmayaraq bu atributu trotskizmin mahiyyətinin ifadəsi kimi qəbul edirlər.
İkincisi, trotskiçilər “sol” aktivistlərin və inqilabi hərəkatın iştirakçilarının böyük hissəsi üçün xarakterik olan inqilabi dözümsüzlük təzahürlərindən öz xeyirlərinə istifadə edirlər. Onlar özlərini xalq kütlələrinə kapitalizmin bütün ölkələrdə “dərhal” devriləcəyini söz verən daha “sol” radikal köklənmiş inqilabçılar kimi göstərirlər. Üçüncüsü,  trotskizm digər bir çox opportunist cərəyanlardan fərqli olaraq olduqca dərin və ziddiyyətli tarixə malikdir, hansı ki bəzi nüanslarda hətta mütəxəssis-tarixçilər belə baş çıxarmır. Trotski, məsələn, həm Çar despotizminə qarşı mübarizə aparan, həm də mütləqiyyətə və Rusiya imperiyasında inkişaf edən kapitalizmə uyğunlaşmaq yolları axtaran insan idi. O, Oktyabr inqilabının aktiv iştirakçısı idi və eyni zamanda da onun gedişini tormozlayırdı. Leninin başçılığı ilə Kommunist Partiyasının rəhbər orqanına daxil idi və eyni zamanda da ona qarşı çıxırdı, partiyanın birliyini sarsıdırdı- fraksiyalar yaradırdı, gənc Sovet respublikasının həyatı ipdən asılı olan zaman daim partiya mübahisələri yaradırdı və s. Möhkəm əqidəli opportunistlərdən heç kim marksizm-leninizm mövqeyinə bu qədər yaxınlaşa bilməmişdi və heç kim trotskiçi manevrlərin leninçi ardıcıllarda cavab doğurmadığını gördükdə bu qədər qəzəblə onun əleyhinə çıxmamışdı. Bu ikili xüsusiyyət bu gün də kifayət qədərdir və müasir trotskizm platformasında rast gəlinir- gah kapitalizm çox sərt tənqid edilir və az sayda qalmış sosialist ölkələrinin və dünyada aktiv fəaliyyət göstərən inqilabi təşkilatların ünvanına təriflər yağdırılır, gah da kommunistlərin hərəkətlərində trotskiçilərin psevdo-inqilabi göstərişləri ilə uyğun gəlməyən bir şey olduqda onların ünvanına qəzəbli söyüşlər yağdırılır. Dördüncüsü, trotskizm çoxdan dünya burjuaziyasının qanadı altındadır, və o trotskizm ideyalarının və faktiki olaraq müasir antikommunizmin əsasını təşkil edən Sovet tarixinin versiyalarının təbliğatına və yayılmasına böyük vəsaitlər xərcləyir. Bütün bunlar sol və inqilabi təşkilatlara və formanı məzmun kimi qəbul edən müxtəlif kateqoriyadan olan vətəndaşların düşüncəsinə trotskizm haqda yanlış təsəvvürlərin daxil olmasına səbəb olur.
Oktyabr inqilabına qədər rus bə beynəlxalq işçi hərəkatında trotskizmin təsiri o qədər cüzi idi ki, Lenin trotskizmi bir şəxsin- Trotskinin özünün və ya onun yaxın tərəfdaşlarının kiçik qrupunun ideologiyası sayırdı: “Rusiyada o – 0”. Leninin qiymətləndirməsinə görə, Trotski inqilaba qədərki dövrdə “yalnız öz şəxsi şübhələrini, başqa heç nə” ifadə edirdi. “Onun bütün siyasi və nəzəri mövqeyi eklektik, təqlidçi idi. Onun heç vaxt heç bir üzü olmayıb və yoxdur, ancaq liberallardan marksistlərə və geriyə uçuşları, rəqib tərəfə keçmələri, ora-bura dartılmış sözcükləri və gurultulu laqqırtısı var”.
Trotski öz bioqrafik əsərlərində trotskizmin əsasına çevrilən “original” nəzəriyyələrin yaranma tarixini 1905-1907-ci illər kimi göstərir. Amma o həmin dövrə qədər də bolşevik partiyasına qarşı mübarizədə aktiv iştirak edirdi.
Marksistlərə qatılana qədər (19-cu əsrin 90-cı illərində) Trotski liberal xalqçılığın təsiri altında idi, anarxistlərin bəzi fikirlərini qəbul edirdi, sonralar öz nəzəri baqajını Lassalın, Sorelin, Laqardelin və digər antimarksistlərin konsepsiyaları ilə doldurdu. Sosial-demokrat olduqdan sonra ekonomizmə və leqal marksizmə yaxın olan baxışları bölüşürdü. Mühacirətdə olarkən “İskra” ilə əməkdaşlıq edərək Akselrodun tələbəsi olmuşdu, menşevizmin digər gələcək liderləri ilə yaxınlıq edirdi. RSDFP-nin (Rusiya Sosial-Demokrat Fəhlə Partiyası) 2-ci qurultayında onlarla birlikdə Leninin və qatı iskraçıların əleyhinə çıxışlar edirdi və bolşeviklərlə mübarizə aparmaq üçün yaradılmış menşevik partiyasının mərkəz tərkibinə daxil idi. 1917-ci ilə kimi menşevik mövqeyində qalmışdı, baxmayaraq ki ara-sıra istisna məsələlərdə özünü fraksiyadan kənar sosial-demokrat kimi göstərərək menşeviklərdən uzaqlaşırdı.
Trotskizmin özəyi “permanent inqilab nəzəriyyəsi” oldu, hansını ki Trotski özünün marksizmə əsas qiymətli hədiyyəsi sayırdı. Ona əsasən proletariatın diktaturası inqilabın demokratik mərhələsində də qurula bilər. O isə azlığın hakimiyyəti olacağı üçün, onu yalnız proletariatın artıq demokratik çevriliş mərhələsini keçmiş daha inkişaf etmiş ölkələrdəki qələbəsi möhkəmləndirə bilər. Ona görə inkişafca geridə qalmış ölkədə vaxtından əvvəl hakimiyyətə gəlmiş “işçi hökumətinin” hədəfi daha inkişaf etmiş ölkələrdə inqilabı “itələməkdən”, həmçinin də onların daxili işlərinə hərbi müdaxilə etməklə, ibarətdir. “Rədd olsun sərhədlər”, “Müharibə inqilabın anasıdır”, “Proletariatın diktaturası - bugün və bütün ölkələrdə” – trotskiçilərin bu və digər lovğa şüarları ondan ötrü istifadə olunublar və olunurlar ki, özlərini həqiqi sol, sosializm uğrunda mübarizə aparanların inqilabi cinahı kimi göstərsinlər, öz rəqiblərini isə burjuaziyanın köməkçiləri kimi təsvir etsinlər.
Trotski kapitala qarşı mübarizədə getdikcə daha yeni geniş təbəqələri cəlb etməklə inqilab məsələlərini mərhələli həll etmək vacibliyindən irəli gələn Leninin inqilab nəzəriyyəsini işçi sinfin gözündə məhz bu yolla nüfuzdan salırdı. Lenin dəfələrlə “permanent inqilab nəzəriyyəsini” sadəcə geniş xalq kütlələrini işçi sinfin partiyasından uzaqlaşdırmağa hesablanmış avanturist nəzəriyyə kimi tənqid edirdi. O bu nəzəriyyəni “məntiqsiz-sol” nəzəriyyə adlandırırdı, onun marksizmə münasibətini karikaturanın originala münasibəti kimi qəbul edirdi. Trotski isə Lenini proletariatın “özünüməhdudlaşdırma” nəzəriyyəsini inqilaba sırımağa cəhd etməkdə ittiham edirdi.
Bolşeviklər Oktyabra qədər menşevizmin növ müxtəlifliklərindən biri kimi çıxış edən trotskizmlə sərt ideoloji-siyasi mübarizə aparırdılar. Məhz bu mübarizə ilə əlaqədar olaraq Lenin Trotskini “İkiüzlü İuduşka” (Şedrinin qəhrəmanı İuduşka Qolovlevə oxşar), öz təfriqəçi hərəkətlərini partiyanın birliyi haqda riyakar yalanları ilə gizlədən murdar intriqaçı kimi xarakterizə edirdi. Trotski “xüsusi gurultulu ifadələrlə gizlənərək menşeviklərin arxasınca sürünür”- Lenin yazırdı. 
Menşevizm öz təsirini itirdikdən, Trotskinin isə özünün opportunist partiyasını yaratmaq cəhdləri iflasa uğradıqdan sonra o digər bir çox menşevik xadimləri ilə birlikdə bolşevik bayrağı altında bolşevizmə qarşı mübarizə aparmağa davam etmək üçün bolşeviklərə qoşulmağa qərar verir. 1917-ci ildə uzun müddət bolşeviklər və menşeviklər arasında tərəddüd edən Rayonlararası Sosial-Demokratiya Təşkilatının tərkibində RSDFP-nin 4-cü qurultayında iştirak etmədən bu qurultay vasitəsilə bolşevik partiyasına qəbul olunur. Bununla belə, Trotski Leninə qarşı çoxillik mübarizədə öz səhvini etiraf edəcək hər hansı bəyanat vermir. Düzdür, sonralar o qeyd edirdi ki, Lenin partiyanın təşkilatı quruluş məsələlərində menşeviklərlə (həmçinin də onunla- Trotski ilə!) mübahisə etməkdə haqlı idi. Amma trotskizmin “permanent inqilab nəzəriyyəsini” Trotski yenə də marksizm-leninizmə qarşı qoyurdu. Bundan əlavə o iddia edirdi ki, 1914-1917-ci illərdə Lenin “fikirlərini dəyişdi”, trotskiçi mövqeyinə keçdi və bu “nəzəriyyəni” qəbul etdi, hansı ki guya 1917-ci ildə bolşeviklərin strategiyasının əsası oldu.
Lenin, partiya Trotskinin bu uydurmalarının yalançılığını aydın göstərdi. 1917-ci ildə öz məruzələrinin birində o deyirdi: “"Trotskizm – çarsız, hökumət isə fəhlə hökuməti". Bu yanlışdır. Xırda burjuaziya mövcuddur, onu atmaq olmaz. Amma o iki hissədən ibarətdir. Kasıb hissə fəhlə sinfiylə birgə addımlayır”. Trotski tez-tez qeyd edirdi ki, partiya ilə mübarizədə o əsas zərbələri Leninə qarşı yönəldir. “Möhtəşəm döyüş olacaq, və Lenin bu döyüşdə öləcək”- Trotski 1910-cu ildə öz məsləkdaşlarına lovğalıqla yazırdı. O menşevikləri “leninizmin əsaslarını” məhv etməyə səsləyirdi. O 1913-cü ildə yazırdı ki, bolşevizm binası “yalan və böhtan” üzərində qurulub. 1917-ci ilin mayında isə elan etdi: “Bolşeviklər azaldılar... Bizdən bolşevizmi qəbul etməyi tələb etmək olmaz”.
Gördüyümüz kimi, bolşevik partiyasının trotskizmə qarşı mübarizəsi hələ oktyabrdan əvvəlki dövrlərdə də aktiv idi, Böyük Oktyabr İnqilabından sonra isə o daha da gərginləşdi. Kapitalizmdən sosializmə keçid dövründə bolşeviklərə qarşı çıxış edən bütün opportunist cərəyanlardan məhz trotskizm daha təhlükəli idi.
Birincisi, onun opportunizmi gizli və maskalanmış idi, “sol” ifadəsi isə xırda burjua “inqilabçılığı” əhval-ruhiyyəsinin təsiri altına düşmüş xadimləri cəlb etmək bacarığında idi. İkincisi, trotskizm uzun müddət təkcə Rusiya menşevizminin növ müxtəlifliyi kimi deyil, həm də daha çox kautskiançılıqla sıx bağlanaraq beynəlxalq opportunuzmin növ müxtəlifliyi kimi mövcud oldu. Bu ona Qərb burjua dairələrində dəstəyi olan Qərbi Avropanın sosial-demokrat partiyasının mərkəzi xadimləri simasında xarici himayədarların köməyinə arxalanmaq imkanı verirdi. Üçüncüsü, trotskizm məntiqli antileninizm və antibolşevizm ilə seçilirdi ki, bu da bolşeviklərin siyasətindən narazı olan və onun dəyişməsini arzulayan insanların diqqətini cəlb edirdi.
Bolşevik partiyasının trotskizmə qarşı mübarizəsinin Oktyabr inqilabından sonrakı dövrdə əsas mərhələləri bunlardır:
1917-ci il – partiya Trotskinin silahlı üsyanın müddətini uzatmaq və onu Sovetlərin qurultayı ilə əvəz etmək cəhdlərini aradan qaldırdı.
1918-ci il – V.İ.Leninin ölkənin imperializm müharibəsindən inqilabi çıxışının əksinə olan N.İ.Buxarinin başçılığı ilə “sol” kommunistlər fraksiyası ilə mübarizəsi. Bu “ultra-inqilabçılar” fraksiyasının mütəffiqi və ilhamvericisi Trotski idi.
1919-cu il – partiyanın 8-ci  qurultayı hərbi quruculuqda Trotski tərəfindən tətbiq edilən metodları pislədi.
1920-ci il – RKP-nin 9-cu qurultayı Trotskinin əməyin ümumi hərbiləşdirilməsi, ölkədə “kazarma kommunizminin” tətbiq edilməsi təklifini rədd etdi.
1920-1921-ci illər – ümumpartiya müzakirələri zamanı həmkarlar ittifaqları barəsində vətəndaş müharibəsinin başa çatması şəraitində kütləvi zəhmətkeşlər təşkilatlarının demokratikləşdirilməsi siyasətinə, Lenin tərəfindən irəli sürülmüş və əsaslandırılmış kommunist partiyasının proletariat diktaturası sistemində və sosializm quruculuğunda rəhbər rolu haqda tezisə qarşı Trotskinin, onun mütəffiqi Buxarinin, digər opportunistlərin hücumları dəf edildi. Trotskinin aktiv olaraq qarşı çıxdığı partiyanın ideoloji birliyi saxlanıldı.
1922-1923-cü illər – partiya trotskiçilərin ayrı-ayrı yerli partiya təşkilatlarında fraksiyaçı çıxışlarını pisləyir, Trotskinin və onun mütəffiqlərinin bir sıra siyasi və nəzəri məsələlərdə qaydalarını rədd edir.
1923-cü il – RKP MK XII qurultay ərəfəsində Trotskinin kənd təsərrüfatı üzərində “sənaye diktaturasının” qurulmasına yönəlmiş təklifini pislədi, hansı ki fəhlə siniflə kəndlilərin ittifaqının dağılmasına gətirib-çıxara bilərdi.
1923-1924-cü illər – Trotski tərəfindən başladılmış yeni ümmumpartiya müzakirəsi beynəlxalq, iqtisadi siyasət və partiya quruculuğu məsələləri üzrə trotskiçi mövqeyin məğlubiyyəti ilə yekunlaşdı. Avropa inqilabının Qızıl Ordunun Polşaya və Almaniyaya hərbi müdaxiləsi vasitəsilə “hərəkətə gətirilməsi”, kəndçiliyin sosializm sənayesinin “müstəmləkəsinə” çevrilməsi, partiya apparatının “çırpılıb təmizlənməsi”- guya termidorçu məsləkdən dönmə yolunda dayanan Lenin qvardiyası nümayəndələrinin işçilər və tələbələr arasında bolşevizm ənənələri ilə zəif tanış olan daha gənc kommunistlərlə əvəz edilməsi haqda trotskiçi təkliflər rədd edildi.
1924-cü il – Trotskinin “Oktyabr dərsləri” adlı antileninçi məqaləsinin səbəb olduğu müzakirənin gedişi zamanı partiya trotskizmin ideoloji-nəzəri platformasını, partiya və Böyük Oktyabr Sosialist İnqilabı tarixinin trotskiçi saxtalaşdırmasını ifşa etdi.
1925-ci il – Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının 14-cü qurultayı trotskizmə oxşar mövqedən çıxış edən “yeni opozisiyanı” pislədi.
1926-1927-ci illər – partiyanın trotskiçi-zinovyevçi opozisiya blokuna qarşı sərt mübarizəsi.
1927-ci il - Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının 15-ci qurultayı blok liderlərini partiyadan çıxardı və partiyaya aid olmaqlarını partiya sıralarında dayanmaqları ilə bir araya sığmadığını qəbul etdi.
1928-1929-cu illər – antisovet mübarizəsi yolunu seçmiş gizli trotskizm qruplarının birdəfəlik ləğvi. Trotski ölkə xaricinə mühacir edilmişdi və 1932-ci ildə sovet vətəndaşlığından çıxarılmışdı.
Trotskiçi oppozisiyanın ideyalarının mahiyyəti nədədir?
1. Oktyabr inqilabının və onun doğurduğu proletar diktaturasının məntiqi-sosialist xarakteri inkar edilirdi.
2. SSRİ daxilində sosializmin qələbəsi üçün lazımi şəraitin olmaması söylənilirdi, bununla əlaqədar olaraq inqilabın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrə “eksportu” haqda avanturist istiqamət səsləndirilirdi. Digər ölkələrdə inqilabi hərəkatlara dəstək olmaq üçün öz ölkəsində maksimum mümkün olanı həyata keçirmək haqda Lenin siyasətini trotskiçilər böhtancasına milli-məhdudlaşdırılmış kimi təsvir edirdilər. Lenin partiyasının guya Rusiya mütləqiyyətinin xarici siyasi kursunun davamı olan milli-konservativ kursu haqda iftira da məhz trotskiçilərə məxsusdur. Bu yalan hələ də bütün antikommunistlər tərəfindən geniş istifadə olunur.
3. İqtisadiyyatda kapitalizm elementlərinin rolu və təsiri, xırda burjuaziya təhlükəsi və dünya kapitalizminin SSRİ-yə təsir dərəcəsi istənilən vasitə ilə artdı. Müasir trotskiçilər həmçinin iddia edirlər ki, dünya proletar inqilabı qalib gəlmədən dünyanını heç bir yerində əsl sosialist iqtisadiyyat yaradıla bilməz.
4. Dünya inqilabının “qələbəsinə” kimi kapitalizm quruluşunun bərqərar olduğu dövrdə burjuaziyanın tətbiq etdiyi metodlara uyğun metodlardan istifadə edilməsi təklif edilirdi. Bununla əlaqədar olaraq partiyann sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni inqilab, işçi sinfin və kəndlilərin ittifaqının möhkəmləndirilməsi, Sovet xalqlarının dostluğu ilə bağlı məqsədləri rədd edilirdi və ya təhrif edilirdi. Zorakılıq sosializm quruculuğunun əsas metodu elan olunurdu, amma istismarçılara qarşı yox, işçilərə, xüsusilə kəndlilərə qarşı zorakılıq.
Burjuaziya propaqandası Sovet quruluşunun demokratikləşdirilməsi təşəbbüsünü trotskiçilərin ayağına yazır. Müasir trotskiçilər eyni nəzər nöqtəsini öz sələflərinin hərəkətlərində də müdafiə edirlər. Həqiqətdə isə trotskizm oppozisiyası SSRİ-də demokratikləşdirməni partiyanı və Sovet dövlətini idarə etməkdə işçilərə daha geniş hüquqların verilməsi mənasında müdafiə etmirdi, əməyin hərbiləşdirilməsi, “qaykaların bərkidilməsi”, dövlət və partiya apparatının fəaliyyətinə nəzarətdə sovet xalqının iştirakının məhdudlaşdırılması və s. mənada müdafiə edirdi. Belə siyasətin nə ilə nəticələndiyini Stalinin ölümündən sonra Sov.İKP-yə rəhbərlik edən qatı trotskizm tərəfdarı N.S.Xruşşovun idarəçiliyi aydın göstərdi. Sovet İttifaqının iqtisadiyyatında və siyasətində həmin “sağ dönüş”, hansı ki qanuna uyğun olaraq SSRİ-də Qorbaçovun yenidənqurması zamanı kapitalizmin tam qələbəsi ilə yekunlaşdı, məhz onun dövründə başlandı.
1. Beynəlxalq siyasət sahəsində trotskiçilər partiyanı təriqətçilik və fırıldaq yoluna itələyirdilər. Onlar kapitalizmin müharibədən sonrakı stabilliyi faktını inkar edirdilər; digər ölkələrdə təcili inqilablara səsləyirdilər; vahid cəbhə taktikasını guya reformist taktika kimi lağa qoyurdular; burjua hərəkatları kimi milli-azadlıq hərəkatlarının müdafiəsinə və artan hərbi və faşizm təhlükələri ilə mübarizədə bütün demokratik qüvvələrin birliyinə qarşı çıxırdılar.
2. Trotskiçilər Leninin partiya haqqında nəzəriyyələrinin üstünə xüsusi qəzəblə düşürdülər. Onlar partiya apparatını nüfuzdan salmaq, partiyada nizam-intizamı zəiflətmək, onun birliyini dağıtmaq, fraksiyaların və qruplaşmaların azadlığına nail olmaq istəyirdilər. Onların ölkənin ən çətın vaxtlarında partiyada yaratdıqları sonsuz mübahisələr partiya qüvvələrini mühüm dövlət məsələlərinin həllindən yayındırırdı, partiya sıralarında nizamsızlıq və sarsılmalar yaratmaqla sıravi partiyaçıları çaşdırırdı.
Partiyada Trotskinin tərəfdarları çox idimi? Brest sülhü uğrunda mübarizə dövründə trotskiçilərin və “sol” kommunistlərin xəttini partiyanın təxminən 1/4, ya 1/3 hissəsi dəstəkləyirdi. Həmkarlar ittifaqları haqqında müzakirələrdə trotskiçilər və digər opportunistlər öz platformalarına kommunistlərin 20%-ni tərəfdar tutmağa nail oldular. 1923-cü ildə partiya üzvlərinin təxminən 11%-i trotskiçilərə səs verdilər. 15-ci qurultay ərəfəsindəki müzakirələrdə- 0,5%-dən az. 15-ci qurultayın qərarlarına uyğun olaraq müxalifətçi fəaliyyətinə görə kommunistlərin 0,3%-i partiyadan çıxarıldı, onlardan çoxu sonradan öz səhvlərini qəbul etdilər və yenidən partiyaya bərpa olundular.
Trotski əhalinin hansı təbəqələrinə arxalanırdı? Trotskiçilər kommunistlər arasında deyil, partiyasızlar arasında, hər şeydən əvvəl bürokratlaşmış işçi nümayəndələri, şəhərin xırda burjuaziyası, burjua ziyalıları, tələbələrin qeyri-proletar hissəsi, həmçinin aşağı şəhər və kənd təbəqələrinin sinifsizləşmiş elementləri arasında dayaq axtarırdılar və tapırdılar.
İşçi sinif və zəhmətkeş kəndlilər, bir qayda olaraq trotskizmi pisləyərək bolşevik-leninçilərin xəttini dəstəkləyirdilər.
Troskiçilər qardaş kompartiyalar tərəfindən də sərt tənqid edilirdilər. Onların bütün o vaxtkı görkəmli xadimləri Trotskini və onun tərəfdarlarını tənqid edirdilər. 30-cu illərdə Trotski ölkə xaricində olarkən, beynəlxalq kommunist və işçi hərəkatına nifaq salaraq öz kapitulyant baxışlarını aktiv təbliğ edirdi. Dünya burjuaziyasının xeyrinə SSRİ-nin birinci beşillik planını, sənayeləşmə siyasətini və kənd təsrrüfatının kollektivləşdirilməsini pisləyərək SSRİ-nin tənqidi ilə çıxış edirdi. Öz tərəfdarları ilə birlikdə imperialist işğalçılarla müharibədə SSRİ-nin məğlubiyyətinin qaçılmaz olduğunu söyləyərək, bununla da faktiki olaraq faşizmlə birləşərək dünyada geniş antifaşist cəbhəsinin yaradılmasına qarşı aktiv mübarizə aparırdı.
İspaniyada vətəndaş müharibəsi zamanı trotskiçilər faşistləri hər vasitə ilə təmizə çıxarırdılar, respublikaçı hökumətin devrilməsinə çaılışırdılar; onlar Xalq Cəbhəsi hökumətini devirmiş hərbi qiyamın təşkilində aktiv iştirak etmişdilər. Onlar Sovet İttifaqının respublikaçılara yoldaşlıq köməyini “Sovetlərin imperialist kimi Pireney yarımadasında möhkəmlənməyə can atması” kimi təqdim edirdilər. İnqilabın məğlubiyyətindən sonra ispaniyalı respublikaçılar haqlı olaraq, faşizmin köməkçisi hesab etdikləri Trotskidən qisas almağa and içmişdilər. Məhz onlardan biri Trotskini 1940-cı ildə Mexiko yaxınlığında öldürdü.
İkinci Dünya müharibəsi illərində isə trotskiçilər antihitler koalisiyasına, Müqavimət hərəkatına qarşı çıxırdılar, Almaniya ərazisinin mütəffiq qoşunları tərəfindən bombardman edilməsini pislədilər. Onlar müharibəni hər iki tərəf üçün imperialist müharibə hesab edərək Sovet İttifaqını imperialist İngiltərə, Fransa və ABŞ-ı “dəstəkləmək” mövqeyinə keçməkdə ittiham etdilər.
Əsas faşist hərbi cinayətkarlar üzərində Nürnberq prosesi keçirilərkən onlar Gerinqi, Ribbentropu və digərlərini azad etməyi və müttəhimlər skamyasında antihitler koalisiyası ölkələrinin rəhbərlərinin guya İkinci Dünya Müharibəsinin əsas səbəbkarları kimi əyləşdirilmələrini tələb etdilər.
Bu tələb və ittihamlar liberallardan- qatı antisovetçilərdən eşitdiklərimizi olduqca xatırladır, düz deyil? Bu heç də təəccüblü deyil. Dünya imperializmi öz məqsədləri üçün çoxdan solçu ideya və şüarlardan istifadə edir. Bu ideya və şüarlar onun üçün heç bir təhlükə daşımır, amma dünya inqilab hərəkatına ciddi zərər vurur. Burjuaziya zəhmətkeşlərə SSRİ-nin məhvini misal göstərməklə və sosializm ölkələrinin sosializmdən kapitalizmə keçməsinin qaçılmaz olduğunu sübut etməklə sosializm inqilabı uğrunda mübarizənin tamamilə perspektivsiz olmasını göstərmək üçün trotskiçilərin antikommunist və antisovet şablonlarından geniş yararlanır.
Trotskiçilər imperialistləri təkcə “arqumentlərlə” təmin etmirdilər və etmirlər, həm də burjua təbliğatı üçün kadrlarla təmin edirlər. Hələ keçən əsrin 40-50-ci illərdə burjua “sovetoloqları” arasında trotskizmin tanınmış ideoloqları S.Xuk, C.Kennon, İ.Doyçer və başqaları xüsusi yer tuturdular. Trotskizmin və imperialistlərin belə həmrəyliyi qanunauyğundur, axı onların sinfi mahiyyəti eynidir. Trotskizmin dayağı əhalinin xırda burjua təbəqəsidir, hansılar ki cəmiyyətdə müəyyən müddət tutduqları yerdən və siyasi kallıqları ucbatından nəinki solçu mövqedən immunitetə malik deyillər, həm də sanki ona meyl edirlər. Xırda burjuaziya öz sosial təbiətinə uyğun olaraq təmkinlik, təşkilatçılıq, nizamlıq, dözümlülük bacarığı göstərə bilmir və o saat vəziyyətdən uzaq yollarla, “dəli” inqilabçılıqla çıxış axtarır. “Siz öz obyektiv rolunuza görə imperializm provokasiyasının alətisiz. Sizin subyektiv “psixologiyanız” isə hirslənmiş xırda burjua psixologiyasıdır”- Lenin trotskiçi ideologiyasının sinfi köklərini aydın və dəqiq göstərərək onlara yazırdı.
1924-cü ilin yanvar ayında baş tutmuş RKP-nin 13-cü konfransında qeyd olunurdu ki, trotskizm “təkcə bolşevizmin təftiş edilməsi cəhdi, təkcə leninizmdən birbaşa kənarlaşmaq deyil, həm də aydın ifadə olunan xırda burjua meylliyidir. Heç bir şübhə yoxdur ki, bu müxalifət xırda burjuaziyanın proletar partiyasının mövqeyinə və onun siyasətinə təzyiqini obyektiv ifadə edir”.
Elə həmin zaman trotskizmin digər başlıca xüsusiyyəti də ifşa edildi- öz tezislərinin və məqsədlərinin sağ müxalifətçi məzmununu solçu frazeologiya ilə maskalamaq. “Hiyləgərlik edir, fırıldaq işlədir, özünü sol kimi göstərir, sağlara kömək edir, hələlik icazə veririk”- Lenin Trotskinin söz ekvilibristikasının mahiyyətini belə qiymətləndirirdi. O dəfələrlə qeyd edib ki, sağ və “sol” müxalifət arasında birbaşa əlaqə var. “Sol” təmayül işçi hərəkatında sosial-demokratiyanın uğursuzluğuna reaksiya kimi meydana çıxırdı, və əksinə, solçu sıçrayışlar həmişə sağ müxalifətçi baxışlar və sosial-reformist əhval-ruhiyyə bəsləyiblər. “Sağ” və “sol” təmayüllər bir-birini doğurur. Bu bir medalın iki üzü kimidir. Üzdəki ziddiyyət arxasında hər iki cərəyanın dərin ümumiliyi gizlənir. Antikommunizm, antisovetizm və antipartiyaçılıq- müxalifətin hər iki növ müxtəlifliyinin ideologiyasının və siyasətinin özəyi budur.
“Ultrasolçuluğa” gənc qruplar- tələbələr və təhsil alan gənclər xüsusi yüksək həssaslıq nümayiş etdirir. Müasir kapitalizmin ədalətsizliklərinə sərt reaksiya göstərərək, onlar çox vaxt anlamırlar ki, ədalətsizliyə yalnız işçi siniflə birgə fəaliyyət yolu ilə son qoymaq olar və dünya imperializmi kimi təcrübəli, mahir və qəddar rəqiblə mübarizə bilik, həmrəylik və yüksək təşkilatlanma tələb edir.
Trotskiçilər özlərinin müasir inqilab hərəkatında avanqard rolları haqda fikirləri siyasi düşüncəsi tam inkişaf etməmiş tələbəçilik təbəqələrinə yeritməklə, məhz tələbə gənclərlə daha aktiv işləyirlər. Onlar öz mövqelərini guya işçi sinfin dəyişməsi, onun mənəvi cılızlaşması və məntiqi nəticə kimi müasir kapitalizm şəraitində müstəqil mübarizə aparmaq bacarıqsızlığı ilə sübut edirlər. Bununla da işçi sinfin bəzi təbəqələrində olan mənfi hallar trotskiçilər tərəfindən qabardılır, müsbət hallar haqda isə susurlar və ya inkar edirlər.
Bu şəkildə tələbə gəncliyi işçi sinfə qarşı yönəltməklə trotskiçilər geniş antikapitalist cəbhəsinin yaranmasına mane olurlar, irtica qüvvələrinin yalnız sosializm uğrunda mübarizədə başda əhalinin digər istismar olunan təbəqələrinin -kəndlilər, tələbələr, ziyalılar və digərləri- dəstəklədiyi işçi sinfinin getdiyi dünya inqilabı təcrübəsini inkar edirlər.
Trotskizm üçün xarakterik elementlər siyasi prinsipsizlik, boş, “solçu” sözbazlıq, eklektisizm, bir tərəfdən o biri tərəfə məfkurəvi sıçrayışlar, məsuliyyətsiz avantürizmdir. Təxminən yüzillik mövcudluğu ərzində trotskizm az da olsa ardıcıl və düzgün ideologiya yetişdirməyi bacarmadı. Onun əsasını təşkil edən tezislər tez-tez biri digərinə zidd olan, orda-burdan götürülmüş utopik və yalançı ideyalardan parçalardır.
Əgər istənilən trotskist üçün olduqca xarakterik bir xüsusiyyəti -antistalinizmi qeyd etməsək, trotskizm haqda söhbət natamam olar. Bu məsələdə trotskiçilər dünya burjuaziyasının qabağına hətta doxsan doqquzluq da çıxarırlar. Trotskiçilər Stalinin adı ilə bağlı olan hər şeyə- onun özünə, siyasətinə nifrətlə yanaşırlar, Stalin və ya onun dövrü haqda yaxşı danışanlar isə onlar üçün 1 nömrəli düşmənə çevrilir. Stalinin özünə  trotskiçilər burjua təbliğatçılarından və ideoloqlarından daha çox qara yaxırlar. SSRİ-də mövcud olmuş bütün mənfi hallar onun adına yazılır, onu Sovet ölkəsində 20-50-ci illərdə yaşanmış bütün pisliklərin və bədbəxtliklərin səbəbkarı kimi göstərirlər. Stalin dövründə SSRİ-nin aşkar tarixi uğurlarını inkar etmək mümkünsüz olduğu halda, trotskiçilər tez-tez öz inadkarlıqlarında axmaqlıq səviyyəsinə çataraq onun liderinin hər hansı xidmətlərini qəbul etməkdən imtina edirlər.
Özlərini həqiqi marksist-leninçi kimi təqdim edən trotskiçilər hakimiyyəti zamanı Sovet sosializminin məhv edildiyi Qorbaçov haqda pis heç nə söyləmirlər, amma Sovet İttifaqını dünyada ən böyük derjavaya çevirən Stalin onlarda vəhşi qəzəb tutması yaradır. Bundan sonra trotskiçiləri kommunist, marksist, leninçi və ümumiyyətlə- həqiqi sosializm mübarizləri hesab etmək olarmı? Əlbəttə ki yox!
Trotskiçilər- məqsədləri inqilabi hərəkatı daxildən pozmaqla onu neytrallaşdırmaq, onun birləşməsini, təşkilatlanmasını əngəlləmək olan, bütün insanlığı istismardan və zülmdən birdəfəlik azad etmək üçün zəhmətkeşlərin bütün qüvvələrini bir yumruqda toplamağa imkan verməyən burjuaziyanın seçmə dəstələridir. Trotskiçilər Stalinə və onun siyasətinə niyə nifrət edirlər? Çünki Stalin siyasəti özünün ən aydın ifadəsində burjuaziyanın yaşaya bilməyəcəyi proletariatın diktaturasıdır! Trotskiçilər kimi burjuaziya əlbirlərinə onun yanında yer yoxdur! Sosializm və kommunizm yolunda həqiqi mübariz olan kəs Stalinə və onun siyasətinə nifrət edə bilməz, çünki bu məhz kommunizmə aparan yolun keçdiyi siyasətdir. İstənilən həqiqi kommunist bunu başa düşür. Başa düşmək istəməyən isə təyinatına görə kommunist deyil.
Trotskizm vaxtilə darmadağın edilmişdi. Bu Leninin, Stalinin, bolşeviklər partiyasının və Kominternin kommunist partiyalarının böyük xidməti idi. SSRİ-nin və sosializm ölkələrinin məhvindən sonra başqa formalarda və başqa variantlarda yenidən meydana gəlmək üçün trotskizm yenidən başını qaldırıb, amma onun mahiyyəti dəyişməz olaraq qalır. Onun məqsədləri yenə eynidir- dünya inqilab hərəkatını dağıtmaq, onu tərksilah etmək, sosializm uğrunda yeganə doğru yoldan döndərmək. Ona görə də hər bir kommunistin və solçu partiyanın vəzifəsi mövcud cəmiyyətin inqilabi dəyişməsinə can atan zəhmətkeşlər və zülmə məruz qalanlar qarşısında trotskizmin alçaq provakator mahiyyətini ifşa etməklə trotskizmlə barışmaz mübarizə aparmaqdır.

eco-socialistsofazerbaijan.blogspot.com

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий