15.02.2018

Zərdüşt Əlizadə:
-Sizə sual verirəm, qırğızlar türkdürlər, eləmi? Bəs hansı dildə danışırlar? Qırğız. Özbəklər hansı dildə danışır? Türk, yoxsa özbək dilində? Əlbəttə, özbək. Türkmənlər də türkmən dilində danışır. Bəs Azərbaycan niyə türk dilində danışmalıdır? İyirmi bir ərəb dövləti var. Bir ədəbi dil, bir peyğəmbər, bir müqəddəs kitab. Bağdadda çıxan qəzetin dili ilə Mərakeşdə, Rabatda çıxan qəzetin dili arasında heç bir fərq yoxdur. Dialektlərdə fərq ola bilər, amma ədəbi dil eynidir. Universitetlər, orta məktəblərdə eyni dildən istifadə olunur. Amma itlə pişik kimi bir-biri ilə vuruşurlar. Suriyanı qırırlar, Liviya ayrı işlə məşğuldur. Niyə? Çünki etnik əsasda birlik mümkün deyil. Hamısı nağıldır.

Комментариев нет:

Отправить комментарий