15.02.2018

Zərdüşt Əlizadə:
-Bu dəqiqə sizin qarşınıza türk dilində bir mətn qoyaram, onun neçə faizini başa düşəcəksiniz? Tutalım, əlli faizini. Əgər türk və Azərbaycan dilləri eynidirsə, yüz faizini də başa düşməlisən axı. Yaxın dildir, doğrudur, amma fərqli dildir. Sadəcə, eyni dil ailəsinə mənsubdurlar. Azərbaycan və türk dillərinin başqa-başqa tarixi müqəddəratı var, başqa-başqa tarixi taleyi var və hətta başqa-başqa lüğət tərkibləri var. Elçibəy isə deyirdi ki, Azərbaycan dili Anadolu türkcəsinin ləhcəsidir. Axı elə deyil. Milliyyətçilərin qabiliyyəti ancaq dil məsələsini qabartmağa çatır. İqtisadiyyata, elmə gücləri çatmır. Türk dili məsələsi Azərbaycanda separatçılığa yaşıl işıq yandırmışdır.

Комментариев нет:

Отправить комментарий