1. Rusiya kürdlərlə danışığa girir ki Afrin tamamilə Suriya hökumətinin nəzartinə keçsin. Əvəzində kürdlər bu zonada müəyən muxtariyyət alacaqdılar. Kürdlər (çox guman ki ABŞ-a güvənərək) razılaşmır.
2. Ruslar Afrində olan qüvvələrini çıxarır və bu Türkiyəyə imkan verir ki Afrin kürdlərinə qarşı əməliyyatlara başlasın. Ruslar bunu çox gözəl başa düşür və susaraq razılıq verir. Hətta məlumat var ki türk generalları əməliyyatdan öncə Moskvaya səfər edir.
3. ABŞ-dan ciddi dəstək almayan kürdlər getdikçə çətin vəziyyətə düşür. Siyasi meydanda Türkiyə ilə ABŞ baş-başa gəlir. ABŞ seçim qarşısında qalır.
4. Bu zaman Rusiya və Suriya hökuməti ("Bunu istəyirdiz?" deyib) yenidən oyuna girir və kürdlərə təkliflər irəli sürür. Eyni zamanda Suriya hökuməti Afrinə yardımlar üçün yolu açır. Ora humanitar yardım, kürdlərdən ibarət silahlı dəstələr gedir. Bununla Suriya hökuməti kürdlərə göstərir ki düşmənçilik etməyə firkirləri yoxdur, əksinə kürdlər sülhə və ittifaqa dəvət edir.
5. Kürdlər seçim qarşısında qalır. Bir tərəfdən onları etnik təmizlənmə, sürgün və böyük itkilər gözləyir, o biri tərəfdən isə Suriya hökümətinə tabeçilik, hərbi yardım və ittifaq. Nəhayət kürdlər Rusiyanın və Suriya hökumətinin təklifinə razılıq verirlər.
6. Suriyanın könüllü xalq qüvvələri, şiə dəstələri Afrinə girir, sonra isə Afrinin iri qəsəbələrində mövqelər tuturlar. Bundan başqa kürdlər Hələbin şimalında nəzarət etdikləri kvartalları Suriya hökumətinə təhvil verirlər. Orda olan kürdlərin silahlı dəstələri Afrinə yollanır.
Bu siyasi gedişlər nəticəsində qalib gələn Rusiya, İran və Suriya höküməti görünür.
1. Afrin Suriya hökümətnə tabe olmağa razılıq verir.
2. Hələb tamamilə nəzarət altında keçir (xəritəyə baxın). Orda artıq kürdlərin silahlı qüvvələri yoxdur.
3. ABŞ və Türkiyə arasında ayrılıq daha da böyüyür. NATO-nun iki üzvü arasında ciddi böhran yaranır.
4. Bundan başqa aydın olur ki, ABŞ Suriyada vəziyyətə tam nəzarət edə bilmir. Nəzarət bir az da zəyifləyir. Afrin kürdləri ABŞ-ın nəzarətindən çıxmaqdadır.
5. Türkiyənin Afrin üzərində tam nəzarəti mümkünsüz olur. Deməli bu ərazilər nə "Azad Suriya Ordusuna", nə də ki başqa "Nusra" kimi dəstələrin nəzarətinə keçməyəcək. Suriya daxilində böyük Türkiyəyönlü ərazinin yaranmasının qarşısı alınır.
ABŞ-ın bəzi təhqiqatçılarına görə Afrin şahmat partiyasını Rusiya prezidenti Vladimir Putinin qələbəsi kimi dəyərləndirmək olar.
Hələ ki belə görünür...
Комментариев нет:
Отправить комментарий