07.07.2018

Elçibəyin iç üzü

Nadir Ağayev

I hissə: Xalq milli azadlıq uğrunda mübarizə aparırdı, AXC üzvləri isə yeni təlimatlar almaq üçün Moskvaya Heydərin yanına uçurdu

 Hazırda xalq arasında və hətta mətbuatda da bəzən məlumatlar yayılır ki, guya Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı Əbülfəz Əliyev olmuşdur. Axı, belə deyil. AXC-ni ərsəyə gətirənlər Zərdüşt Əlizadə, Leyla Yunus, Tofiq Qasımov, Canbaxış Ümidov, Hikmət Hacızadə, Mirbaba Babayev və başqaları olmuşlar. AXC-nin proqram və nizamnaməsinin ilk layihəsini də Z.Əlizadə ilə L.Yunus yazmışlar. Sonralar isə AXC-yə Əbülfəz Əliyevin rəhbərlik etdiyi “Varlıq” cəmiyyəti birləşmişdi. “Varlıq” təşkilatının mənşəyi barədə şübhəli məqamlar vardır və müxtəlif versiyalar söylənilir.
 AXC-nin təsis konfransı 16 iyul 1989-cu ildə keçirildi. Hökumət adamları konfransın keçirilməsinə mane olmaq istədilər. Elə bir vəziyyət yarandı ki, hətta qardaş qanı da tökülə bilərdi. Ona görə də konfransın gündəliyində duran əsas məsələni- idarə heyəti və sədr seçilməsi məsələsini tezləşdirmək lazım idi. Sədr üçün birinci rəhmətlik Yusif Səmədoğlunun namizədliyi verildi. Bu vaxt Əbülfəz Əliyevin ətrafında oturan cavanlar hay-küy salıb, ikinci namizədin verilməsi məsələsini qaldırdılar. İkinci Ə.Əliyevin namizədliyi verilən kimi həmin adamlar və zalda oturan ermənistanlı və naxçıvanlılar hay-küylə sürəkli əl çaldılar. Belə hərəkət mədəni bir adam olan rəhmətlik Yusif Səmədoğluna toxundu. O dedi ki, mən namizədliyimi geri götürürəm. Qarışıqlıq düşdü. Kimsə yerindən dedi: “Ay kişilər, sədr bir il müddətinə seçilir. Onun öz adından danışmaq səlahiyyəti yoxdur. Bu adam əlaqəçi rolunu oynamayacaq. Cəbhənin çıxardığı qərarları lazımi instansiyalara çatdıracaq və oradan da bizə cavab gətirəcək. Ona görə də 1-ci bu əlaqəçinin xarici görünüşü, 2-ci danışıq qabiliyyəti, 3-cü isə öz başında bir şey olmalıdır. Bunların heç biri bu adamda (O, Əbülfəz Əliyevə işarə etdi) yoxdur”. Bu sözdən sonra hay-küy, qarma-qarışıqlıq bir qədər də artdı. Aranı sakitləşdirmək üçün qərara gəlindi ki, təcili səsvermə keçirilsin. Belə bir şəraitdə Əbülfəz Əliyev AXC-yə sədr seçildi.
 Əbülfəz Əliyevin AXC-yə qeyri-demokratik yolla, zoraklılıqla sədr seçildiyi, o vaxtkı Xalq Hərakatının fəallarının öz etirafları ilə də təsdiqlənir. Belə ki o vaxt “Meydan” hərakatı dövründə Müdafiə Komitəsinin sədri olmuş, hazırda respublikada cırtdan partiyalardan biri- Demokratik Azərbaycan Dünyası Partiyasının sədri olan Məmməd Əlizadə “Xural” qəzetinin redaksiyasında keçirilən dəyirmi masada o vaxtkı AXC İdarə Heyətinin üzvü Pənah Hüseynovla debatda etiraf edib demişdir: “Azərbaycan Xal Cəbhəsinin ilk konfransı- Təsis Konfransı hazırlananda, yəni iyulun 16-da mən, Nurəddin, Məhyəddin və digər 10-15 nəfər danışdıq ki, AXC-nin artıq konfransı keçirilir, bülletenlər paylanıb. Məlumat aldıq ki, Əbülfəz Elçibəy deyil, müəyyən adamların marağı çərçivəsində Yusif Səmədoğlu Xalq Cəbhəsinin sədri vəzifəsinə seçiləcək. Mən Müdafiə Komitəsinin müavinlərinə (Sonradan M.Əlizadə bildirir ki, Nurəddin İsmayılova, Məhyəddinə və digərlərinə) dedim ki, 100 nəfərə yaxın yoldaşlardan götürürsünüz. Nə edirsinizsə edin, elə edin ki, Əbülfəz Elçibəy sədr seçilsin” (“Xural”, 8-14 noyabr 2009-cu il, № 42).
 Ə.Əliyev AXC-yə sədr seçiləndən sonra öz şəxsi karyerasına görə, özünə münəsib siyasətdən uzaq, qaraguruhçu adamları öz ətrafında toplayıb, onların köməyilə ziyalıları AXC-dən uzaqlaşdırmağa başladı və AXC-ni yuxarıdan regionçuluq prinsipinə əsasən, Heydər Əliyevi təkrarən hakimiyyətə gətirmək məqsədilə parçaladı. Elə bir vəziyyət yarandı ki, hətta Azadlıq meydanında keçirilən mitinqlər zamanı idarə heyətinin bir dəstəsi o birilərini tribunaya buraxmamaq üçün yumruq davasına çıxırdı. Həmin vaxt məlumatlandım ki, Ə.Əliyev ardıcıl olaraq Heydər Əliyevlə əlaqə saxlayır. Bu işdə AXC nəzarət komissiyasının sədri Becan Fərzəliyev əlaqəçi kimi iştirak edir. O, ardıcıl olaraq təyyarə ilə Moskvaya uçur. Azərbaycanda baş verən prosesləri Heydər Əliyevə çatdırır və Ə.Əliyevə çatdırmaq üçün ondan lazımi təlimat alır. Artıq AXC-ni Moskvadan Heydər Əliyev idarə edir. Aydın oldu ki, xalq milli azadlıq uğrunda mübarizə aparır, AXC rəhbərliyi isə Heydər Əliyevi hakimiyyətə gətirmək üçün çalışır. Bu arada Naxçıvanda əksəriyyəti cəbhəçilərdən ibarət bir qrup adam küçələrə çıxıb, Muxtar Respubliklanın KP və Ali Sovetinə gedib, hay-küylə “Qaytarın bizə Əliyevi!” şüarı səsləndirməyə başladılar. Sonra 1990-cı ilin əvvəlində Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Naxçıvana gedib partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edərkən, naxçıvanlılar ona “Heydər Əliyevin XXVlll qurultaya nümayəndə seçilməsinə münasdibətiniz necədir?” sualı ilə müracviət edirlər. A.Mütəllibov da müsbət cavab verir. Şübhəsiz ki, Heydər Əliyevi tələb edən adamların damağından 70-80-ci illərin şirəsi getməmişdi. Onlar yaxşı bilirdi ki, Əliyevi qaytarmaq, “əliyevçiliyi”- Əliyev tayfabazlığını, Əliyev yerlipərəstliyini, Əliyev özbaşınalığını, Əliyev qorxu xofunu qaytarmaqdır.
 Azərbaycan Respublikası prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzərində nəzarət şöbəsinin rəisi A.Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməllərilə bağlı Azərbaycan KP MK-nın o vaxtkı 2-ci katibi V.P.Polyaniçkonun adına yazdığı arayışda (27.01.1990 il. № 138136) göstərir:

 “Yanvar faciəsindən sonra briqada öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısındadır. Çünki yaranmış mürəkkəb şəraitdə, hökumətlə cəmiyyətin sinifləşmiş elementlərinin maraqlarının çulğalaşdığı, respublikanı faktiki olaraq bəzi həmsərhəd ölkələrin xüsusi xidmət orqanlarının idarə etdiyi və Heydər Əliyevin azadlıqda gəzdiyi məqamda onun vəzifədən cinayətkar sui-istifadə hallarını araşdırmaq mümkünsüzdür. Daha bir neçə səbəbdən.
 Birincisi, istintaq briqadası yanvar faciəsilə bağlı müəyyən edib ki, Heydər Əliyev 70-80-ci illərdə törətdiyi cinayət əməlləri ilə bağlı fakt qarşısında qaldığından, briqadanın diqqətini yayındırmaq üçün AXC-dəki həmyerliləri və əlaltıları vasitəsilə Bakıda qanlı hadisələr törədib. Məqsəd həmçinin ictimai-siyasi durumu qarışdırmaqla Naxçıvan klanının lideri Heydər Əliyevi cinayət məsuliyyətindən yayındırmaq olub. Eyni məqsədlə Heydər Əliyev Kommunist Partiyasının DQMV Vilayət Komitəsinin sabiq birinci katibi Boris Gevorkovla cinayətkar sövdələşməyə gedərək, əvvəlcə DQMV-də, ardınca isə Sumqayıtda milli ədavəti qızışdırıb. Beləliklə, müəyyən edilib ki, AXC-nin əsas məqsədi qanlı hadisələr törətməklə Heydər Əliyevin hakimiyyətə gəlişini hazırlamaq olub.
 İkinci, Əliyevlə Gevorkovun cinayətkar sövdələşməsini SSRİ-nin və DIN-in istintaq briqadasının aşkar etdiyi, onların ana xətti ilə qohumluq əlaqələrinin olması faktı, habelə Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması sübut edir: Heydər Əliyevin anası milliyyətcə ermənidir.
 Üçüncü, SSRİ və DİN-in istintaq briqadası müəyyən edib ki, SSRİ Prokurorluğunun zona prokurorları olan Stepanyants və Mirzoyan Azərbaycan SSR Prokurorluğunun sabiq əməkdaşlarıdır və onların da Heydər Əliyevlə qohumluq əlaqələri bağlayır. Bu adamları məhz Heydər Əliyev özünün növbəti şəxsi maraqları naminə SSRİ Prokurorluğunda yerləşdirib. Bu marağın məntiqi davamı kimi, Heydər Əliyevin qohumları olan Şahnazaryan, Nikodozyan, Arakelov və Avakyanın cinayət işləri qanunsuz olaraq xətm edilib.
 Azərbaycan SSR prokuroru və onun müavini M.Babayevin istintaq briqadasının işinə mane olmaq, onu respublikadan çıxarmaq üçün əllərindən gələni etmələri, kütləvi informasiya vasitələrində bu yöndə təbliğat aparmaları bir daha onların Heydər Əliyevlə əlbir olduqlarını və Azərbaycanda “əliyevşina”nın kök saldığını təsdiqləyir. 70-80-ci illərdə baş verən cinayətlərin “əliyevşina” olduğunu sübut edir. “Əliyevşina”nın maraqları indi də etibarlı şəkildə onun apoligeyləri və əlaltıları tərəfindən respublikanın yeni rəhbərliyində qorunmaqdadır. Bəzən pərdə arxasında, bəzən açıq şəkildə istənilən məsələlərin həllinə təsir göstərir. Çünki dövlət idarəetmə bağlarının çoxu onların əlindədir. Onlar faktiki siyasi ekstremizm yolu tutaraq, hakimiyyəti ələ almaq və patriarxal “əliyevşina”lığı bərpa etmək niyyətindədirlər.
 Milli faciəyə çevrilən 20 Yanvar hadisələrini də “əliyevşina” planlaşdırmışdı. Məqsəd hakimiyyəti ictimaiyyətin gözündən salmaq və cinayət məsuliyyətindən yayınmaq olub. Yanvar hadisələrinin Heydər Əliyevin əlaltıları tərəfindən stimullaşdırıldığını hadisələr ərəfəsində həbs edilən Ohanovun ifadəsindən də görmək olar. Saxlanılan zaman o, nəinki istintaq briqadasının əməkdaşlarına, eləcə də təsadüfən bu hadisənin üstünə çıxan AXC nümayəndələrinə odlu silahla müqavimət göstərib. Ohanyanın evində avtomat silahdan əlavə, kəşfiyyat-agentura fəaliyyəti üçün zəruri olan texniki vasitələr aşkar edilib. Təəssüflər olsun ki, kifayət qədər dəlil-sübut olmasına baxmayaraq, Ohanyan Heydər Əliyevin iqtidardakı əlaltıları vasitəsilə azadlığa buraxılıb.
 Heydər Əliyevi hakimiyyətə qaytarmaq məqsədilə həmçinin Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyev Azərbaycan SSR Elmlər Akademiyasında “ziyalılar”dan, əslində isə Naxçıvan klanından ibarət “beyin mərkəzi” yaradıb. Mərkəz Heydər Əliyevə rəsmi müraciət ünvanlayaraq, guya indiki böhran vəziyyətində respublikaya rəhbərlik etməyi xahiş edib. Qeyd etmək lazımdır ki, R.Mehdiyevin arvadı Heydər Əliyevin anasının xətti ilə bacısıqızı (“Plemyannitsa”) sayılır.
 İkinci belə “beyin mərkəzi”ni Azərbaycan SSR Ali Sovetinin işlər müdiri Axundov yaradıb. O, “əliyevşina”nın sifarişilə deputatlar arasında analoоi iş aparır və Ali Sovetin növbədənkənar iclasının təşkilinə, orada isə cəmi bir məsələnin (“Ziyalıların Heydər Əliyevə müraciəti”nin) müzakirəsinə çalışır. Nəzərə alaq ki, Axundovun bacısı- Olya Axundova ana tərəfdən Heydər Əliyevə qohum olan Zori Balayanın qardaşı arvadıdır.
 Hökumətin bəzi üzvləri şəxsi məqsədlər və başqa siyasi maraqlardan çıxış edərək, Azərbaycanın Moskvadakı nümayəndəliyində Heydər Əliyev üçün mətbuat konfransı düzənləyiblər. Ona görə və nəzərə alsaq ki, Əliyevlə Gevorkov insanları milli, dini mənsubiyyətlərinə və demokratik inanclarına görə təqib etməklə bəşəriyyətə qarşı cinayət törədiblər və bütün bunlar iki xalq arasında hərbi qarşıdurmaya gətirib, onlar əməllərinə görə Beynəlxalq Hərbi Tribunal qarşısında durmalıdırlar. Bu, həmçinin, DQMV-də ğuya milli-azadlıq hərəkatının getməsi barədə beynəlxalq birlikdə yaranmış yalançı rəyi dağıtmaq üçün yeganə çıxış yolu olardı.
 Yanvar faciəsinin istintaqı haqqında Sizə əlavə məlumat veriləcək”.

II hissə: Elçibəy Azərbaycan torpaqlarının itirilməsi və Azərbaycan xalqının bu günə qalmasının birinci səbəbidir

 Vətən torpaqlarının erməni təcavüzündən qorunması üçün özü-özlüyündə yaranmış Xalq Cəbhəsinə Əbülfəz Əliyev sədrlik etməyə başlayandan sonra xalqımızın qarşısında həll edilməsi qaçılmaz və çox ağır olan heç bir problem həll olunmadı. Əksinə, Ə.Əliyev AXC-nin qüvvəsini, yəni Azərbaycan xalqının qüvvəsini xalqdan xəbərsiz Heydər Əliyevin təkrarən hakimiyyətə gətirilməsi üçün istifadə etdi. Ə.Əliyev AXC-nin funksiyasını xalqımızın qarşısında duran ağır problemləri həll etmədən başa vurdu. Ə.Əliyevin nəzərdə tutduğu Heydər Əliyevin rəhbərliyi ilə yaranan AXC-dən də böyük Yeni Azərbaycan Partiyası isə nəinki bu problemləri tez həll edə bildi, əksinə, respublikanı daha ağır fəlakətlərə sürüklədi. Həmçinin, Ə.Əliyev özü rəhbərlik etdiyi AXC-ni rus imperiyasına, Kommunust Partiyasına bənzədib, partiyalara parçalamaq istiqamətində fəaliyyət göstərdi. Ə.Əliyev bu əməlini 21 aprel 1990-cı ildə Bakı Dövlət Universitetində “Yurd” cəmiyyəti ilə keçirdiyi görüşdə belə əsaslandırır: “Xalq Cəbhəsi vahid güclə qalanda ağır bir mexanizm olur. Olur rus imperiyası kimi bir mexanizm, idarə etmək olmur, olur Kommunist Partiyası, hər şeyi əzir. Belə olmaz, olmaz; fərdi təşəbbüslər boğulur. Xalq Cəbhəsi ona görə yaranmamışdır ki, fərdin azad təşəbbüsünü boğsun, yaranmışdır ki, hər bir adamın təşəbbüsünü həyata keçirməyə imkan versin, kim istəyir partiya yaratsın... Xalq Cəbhəsi kömək etməlidir ki, partiyalar yaransın”.
 İndi Ə.Əliyevin 1990-cü ilin mayın 1-də Göyçay məscidində, 30 sentyabr 1989-cu ildə “Elm” qəzetinə müsahibəsində və 21 aprel 1990-cı ildə “Yurd” cəmiyyəti ilə keçirdiyi görüşdə söylədiklərini müqayisə edib nəticə çıxarmağı oxucuların öhdəsinə buraxıram. 5 nəfər işçisi olan bir kontora rəhbərlik etməyən, heç bir rəhbərçilik və idarəetmə qabiliyyəti olmayan və Heydər Əliyev tərəfindən məqsədyönlü idarə olunan Əbülfəz Əliyevdən, görəsən başqa nə gözləmək olardı?
 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 3 sentyabr 1993-cü ildə Milli Məclisin iclasında AXC-yə qarşı çıxış etməyimlə bağlı hələ də bir çox adamlar mənimlə söhbət etdikdə deyirlər ki, guya məni öyrədib, hazırlayıb Milli Məclisin iclasına çıxarmışlar. Bildirirəm ki, əksinə, o vaxt cəbhəçilərə sözümü demək üçün yüksək tribunadan çıxış etməyi mən özüm xahiş etdim və buna müəyyən çətinlikdən sonra nail oldum. Həmin vaxt Milli Məclisdə MDB-yə girmə məsələsi müzakirə olunurdu. Ayaz Mütəllibovun respublikaya rəhbərliyi dövründə bu məsələ gündəmə gələndə Heydər Əliyevin komandası ilə cəbhəçilər birləşərək, bu məsələnin əleyhinə çıxdılar. Mən isə o vaxt A.Mütəllibovun bu addımını çox düzgün addım hesab edib, bu səpkidə təbliğat aparmağa başladım. Bunu görən cəbhəçilər məni Rusiyanın agenti adlandırmaqla bərabər, eyni zamanda da məni nüfuzdan salmaq üçün şayiə yaydılar ki, guya mən SSRI-nin bərpası üçün çalışıram. Mən onları heç cür başa sala bilmədim ki, MDB heç də SSRİ-nin bərpası deyil və SSRİ bir də heç vaxt bərpa oluna bilməyəcək. SSRİ-ni sizlər dağıtmadı, SSRİ uzun illər ərzində gedən inkişaf etmiş kapitalist ölkələrinin apardığı soyuq müharibənin nəticəsi olaraq dağıldı. Və nəinki SSRİ bundan sonra bərpa olunacaq, hətta tədricən Rusiyanın özündə də parçalanma davam edəcəkdir. İndi MDB üzvü olmaq lazımdır ki, bu qurumda respublikanın maraqları müdafiə olunsun.
 Heydər Əliyev təkrarən hakimiyyətə gələndən sonra isə, bu dəfə o özü MDB-yə girmək məsələsini gündəmə gətirdi. Cəbhəçilər isə buna qarşı çıxış etməyə başladılar. Həmin vaxt mən Əli Nağıyevdən xahiş etdim ki, mənim də Milli Məclisdə çıxış etməyimə köməklik etsin. O dedi ki, bu barədə Murtuz Ələsgərova desəm yaxşı olar. Sonra M.Ələsgərova müraciət etdim. Bir-iki saatdan sonra o telefonla mənə bildirdi ki, Heydər Əliyevin köməkçisi Tariyel Ağayevlə əlaqə saxlayım. T.Ağayev də dedi ki, pasportumla gəlim, girişdə adım olacaq. Zalda oturanda mən Heydər Əliyevə kiçik bir məktub göndərib, xahiş etdim ki, cəbhəçi deputatların çıxışından sonra mənə də soz versin. O da mənim xahişimi təmin etdi. Mən cəbhəçilərə qarşı kəskin çıxış etdim. Çıxışa başlayanda isə Heydər Əliyev mənim sözümü kəsib, məni respublika ictimaiyyətinə təqdim edərək dedi: “Azərbaycanda bir siyasi məhbus olub, bir dissident olub. O da bu Nadir Ağayevdir. O biriləri isə özlərinə xal yığmaq üçün, özləri özlərinə siyasi məhbus adı qoyanlardır”.
 İstər DTK və hüquq-mühafizə orqanları əməkdaşlarına və istərsə də cinayət aləminin adamlarına yaxşı məlumdur ki, keçmiş sovet quruluşu dövründə siyasətlə məşğul olan ziyalılar həbs olunduqdan sonra dövlət orqanları çalışırdı ki, onları “verbovat” edib, öz maraqları üçün istifadə etsinlər. Əqidəli və iradəli ziyalılar bunun nə olduğunu dərk edib, gələcəyini nəzərə alaraq, hər cür əziyyətlərə dözüb, heç vaxt belə təkliflərlə razılaşmırdılar. Əqidəsiz və iradəsizlər isə çox asanlıqla təslim olurdular və bəzən də elələri olurdu ki, özləri bunu xahiş edirdilər. Bağlı yerlərdə də həbsxana və kalon rəhbərləri belə adamlardan öz maraqları üçün bir agent kimi, yəni işverən kimi istifadə edirdilər. Əbülfəz Əliyev də belə əqidəsiz və iradəsiz adamlardan biri olmuşdur. Həbs yerində məhbuslar Ə.Əliyevin iradəsiz, işverən adam olduğundan xəbər tuturlar. Bununla əlaqədar məhbuslar onun dərsini verib, möhkəm döyürlər, Astara rayonun Şahağacı kəndindən olan məhbus Gülağa Quliyev isə onun ağızını cırır.
 Ə.Əliyevin əqidəsiz və iradəsiz bir adam olduğunu sübuta yetirmək üçün “Bu gün” qəzeti (20 iyun 1999-cu il) onun 1975-ci ildə DTK-ya yazdığı “qələt eləmişəm” ərizəsini dərc etmişdir. O yazır: “Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü düzəlmək üçün mənə güzəştə gedib, imkan yaradasınız. Söz verirəm ki, bundan sonra hər yerdə dövlət və partiyanın leninçi xəttini ardıcıl müdafiə edib, onun həyata keçirilməsində ardıcıl səylə çalışım”.
 Heydər Əliyev isə dəfələrlə demişdir: “Əbülfəz Əliyevin həbs olunmağından mənim xəbərim olmayıb, amma buraxılmasından xəbərim var”. Buradan da tam aydın olur ki, Ə.Əliyev Heydər Əliyev tərəfindən verbovat olunaraq DTK agenti olub. DTK tərəfindən xüsusi proqramla AXC-yə üzv olub və qaragÜruhçu adamların hay-küyü altında, zorakılıqla AXC sədri seçildikdən sonra fəaliyyətini öz ağasının, yəni Heydər Əliyevin təkrarən hakimiyyətə gətirilməsi istiqamətində davam etdirərək, ağasına sadiq çıxır. O, Heydər Əliyevin pərəstişkarı olduğunu etiraf edərək “Şərq” qəzetinə verdiyi müsahibəsində (14-16 sentyabr 1999-cu il) deyir: “Açığını deyirəm, Heydər Əliyev Siyassi Büronun üzvü seçiləndə şəklini yaymışam, müdafiə etmişəm. Danmıram ki…” Qabil Abbasoğlu isə “Yeni Müsavat” qəzetində (16 sentyabr 1999-cu il) yazır: “Kələkidən gəlişinin təmtəraqı səngiməmiş qəzetlərə “Mən evimdə Əliyevin portretini saxlayıram” söyləyən Elçibəy bununla tərəfdarlarını, illərlə müdafiəsində dayanan insanları bilərəkdən çətinə saldı. Onu 4 il 4 ay təcriddə saxlamış bir rejimin rəhbərinə Elçibəyin belə bir münasibət göstərməsi təbii ki, milli qüvvələri təmsil edən insanlarda xeyli suallar yaratdı və həmin sualların böyük bir hissəsi, hələ bu gün də cavablandırılmamış qalır”.
 Əbülfəz Əliyev - Heydər Əliyev birliyilə bağlı AXC Ali Şurasının üzvü olub, AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olmuş, hazırda isə Vəhdət Partiyasının sədri olan Tahir Kərimli də “Vəhdət” qəzetinə verdiyi müsahibəsində (12 noyabr 2004-cü il) açıqlama vermişdir: “15 nəfərin içində olan söhbətdir: Mən Əbülfəz Elçibəydən başının üstündən Heydər Əliyevin şəklini niyə asdığını soruşanda dedi ki, bilirsiz, Heydər Əliyev böyük şəxsiyyətdir, Siyasi Büronun üzvü olub, generaldır və biz onunla fəxr edirik. Deyirdim ki, Stalin nəinki general, generalissimus olub. Bəşəriyyətin ən böyük siyasi xadimlərindən biridir. Bəs balaca gürcü xalqı necə oldu ki, ondan imtina etdi, hətta “Tövbə” (Pokayanie) fimini çəkdi? Necə olur biz əl çəkə bilmirik? Mən ağlıma gətirə bilməzdim ki, Əbülfəz Əliyev hakimiyyəti yerliçilik prinsipi əsasında Heydər Əliyevə ötürsün. Həyat bunu sübut elədi. Onda necə bu müxalifətin birliyi alınsın? Xalqın məğlubiyyətinin kökləri, bəlkə də bu acı həqiqətin etiraf olunması ilə bağlıdır. Niyə bu tayfaya və regiona bağlı olmayan partiyaların heç biri inkişaf edə bilmir? Kim onlarla bağlıdır ki, bu partiyalar hər cür inkişaf edir? Ona görə də bu yol bizim üçün qəbuledilməzdir”.
 Həmçinin müxbirin “Son vaxtlar ictimaiyyətdə “Rəsulzadə-Elçibəy” yoluna çağırış səsləndirilir. Rəsulzadə yolu məlumdur, bəs Elçibəy yolu hansıdır?” sualına T.Kərimli belə cavab verir: “Bəli, belə çağırışlar səsləndirilir. Burada Rəsulzadənin adını Heydər Əliyevin adı ilə dəyişmək lazımdır. Yəni “Heydər Əliyev-Elçibəy yolu”. Biz Elçibəy yolunu milli tənəzzül yolu hesab edirik. Bu yol millətin 10 illərlə toplanmış və milli dövlət quruculuğuna həsr edilmiş enerjisinin KQB generalının ayaqları altına atılması, sülalə rejiminin qurulması yoludur.
 Əbülfəzin adı Rəsulzadənin adı ilə bir yerdə necə çəkilə bilər ki, XX əsrin əvvəllərində Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsi məsələsi müzakirə edilərkən parlamentdə çıxış edərək bildirdi ki, rus ordusunun başında türkün gəlməsinə inanmayın, sizi aldadırlar, “millətin verdiyi haqqı, kürsünü kimsənin kimsəyə verməyə haqqı yoxdur”. Bu millətin haqqıdır. Bəs nə üçün Əbülfəz bəy millətin ona verdiyi kürsünü, millətdən soruşmadan Heydər Əliyevə verdi? Heç kim olmasa da, buna mən şahidəm ki, Əbülfəz hakimiyyəti bilərəkdən Heydər Əliyevə verdi. Haqsız olaraq deyirlər ki, Rəsulzadə də, Elçibəy də hakimiyyəti qoyub qaçdılar. Amma Rəsulzadə hakimiyyəti vermək istəmirdi və o heç yerə qaçmamışdı. Lahıcda idi. Ona görə də mən Rəsulzadə-Elçibəy adının birgə çəkilməsinə bir azərbaycanlı kimi etiraz edirəm”.
 Tahir Kərimli “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində (16-17 mart 2000-ci il) Milli Azadlıq hərəkatını xatırlayaraq deyir: “Milli Azadlıq hərəkatı zamanı aşağılar milli azadlıq uğrunda mübarizə aparırdı, AXC rəhbərliyi isə Heydər Əliyevin hakimiyyətə gəlməsinə çalışırdı. Və istədiklərinə də nail oldular”.
 Tahir Kərimli “İmpuls” qəzetinə (28 avqust 2001-ci il) verdiyi müsahibədə deyir: “Əbülfəz Elçibəy KQB-nin ən böyük liderini, generalını Azərbaycana gətirib. Əbülfəz Elçibəy Azərbaycan torpaqlarının itirilməsi və Azərbaycan xalqının bu günə qalmasının birinci səbəbi kimi göstərilə bilər”.

III hissə: Qarabağın ətrafında olan hadisələr baş verməsə idi, hakimiyyət də bu cür tez-tez dəyişməzdi

 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə bərabər respublika prezidenti səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov “Azərbaycan övladı” qəzetinə verdiyi müsahibədə (30 mart-03 aprel 2003-cü il) 1988-1993-cü illərdə Azərbaycanda baş vermiş olayların həqiqi reallığına toxunmaqla, respublikanın acınacaqlı vəziyyətə düşməsinin səbəbini regionçuluqda və 1992-1993-cü illərdə hakimiyyətin ələ keçirilməsində Dağlıq Qarabağ kartından istifadə olunmasını göstərməklə, bu işdə xarici qüvvələrin də iştirakını qeyd edir: “Aldanmışıq ona görə ki, ölkədə ötən 10 il ərzində çox işlər görmək olardı. Dağlıq Qarabağ probleminin həll olunmasında, əhalinin təhlükəsizliyinin təmin olunmasında, qayda-qanunun bərqərar olunmasında, elmin inkişafında və başqa bu kimi sahələrdə də çox müsbət işlər görmək olardı. Lakin bu və buna bənzər bir çox sahələrdə çoxlu problemlər yaranıb ki, onların aradan qaldırılması sosial bəlaya çevrilib. Burada ən böyük problem milləti parçalamaq oldu. Regionçuluq, doğma-ögeyçilik, vəzifələrdə olan məmurların özbaşınalıqları, layiqli adamların işdən uzaqlaşdırılması, dövlət idarəçiliyinə yaxın buraxılmaması və s. Bunun özü gələcəkdə daha böyük problemlər yaradacaq.
 1988-1993-cü illərdə Azərbaycanda baş vermiş olayların həqiqi reallığı açılıb respublika ictimaiyyətinə çatdırılmayıb. Heç nə açılmayıb. Keçmişdə və sonradan respublikada baş verən hadisələr saxtalaşdırılıb ki, bu da siyasi rəqiblərin aradan götürülməsi üçün mühüm rol oynayır. Olmuş hadisələrin- istər 20 Yanvar, istər Şuşa, istər Xocalı, istərsə də digərlərinin heç biri obyektiv açılıb indiyə qədər xalqa çatdırılmayıb.
 Qarabağın ətrafında olan hadisələr baş verməsə idi, hakimiyyət də bu cür tez-tez dəyişməzdi. İstər 1992-ci ildə, istərsə də 1993-cü ildə baş verən proseslərin hamısı Dağlıq Qarabağ kartından istifadə etməklə baş verib.
 Torpaqlarımızın işğalının səbəbkarları həm xaricdədir, həm də daxildə. Daxildə hakimiyyət uğrunda gedən mübarizə və o mübarizədə iştirak edən adamlar. Xaricdə isə öz coğrafi mövqeyini, iqtisadi, siyasi və strateоi məqamlarını təmin edən dövlətlər. Hansı ki onların burada böyük maraqları var və bunun üçün də özlərinə yaxın olan adamların hakimiyyətə gətirilməsi üçün onlar hər şey edirlər”.
 Heydər Əliyev öz siyasi, çirkin, məkrli oyununu oynadı. Surət Hüseynov cəmiyyətdən təcrid edildi. Ə.Əliyevin Bakıya qayıtması üçün real, təhlükəsiz şərait yarandı. Ə.Əliyev 4 ildən artıq Kələkidə oturub, hər gün tut arağı vurub keflənib-məst olduqdan sonra Bakıya qayıtdı və “Şərq” qəzetinə verdiyi müsahibədə (14-16 sentyabr 1999-cu il) dedi: “Heydər Əliyevin hakimiyyəti ələ keçirməsində İranın, Rusiyanın da müstəsna xidməti oldu. Eyni zamanda içərimizdə olan ayrı-ayrı şəxslərin- Rəsul Quliyevin, indi həbsdə olmalarına baxmayaraq, Ələkrəm Hümbətovun, Surət Hüseynovun, Rəhim Qazıyevin- hamısının xidmətləri gözümün qabağında oldu”.
 Əbülfəz Əliyev “Yeni Müsavat” qəzetinə verdiyi aşağıdakı müsahibəsində isə (“Yeni Müsavat”, 10 mart 2000-ci il) hakimiyyəti Heydər Əliyevə ötürməyini və eyni zamanda da “səhv” etdiyini etiraf edir:
“-Niyə hakimiyyəti məhz Heydər Əliyevə verdiniz?
-Bu işin arxasında Rusiya dayanmışdı. Moskva hakimiyyətə iddialı olan bütün qüvvələri dişinə vurandan sonra Heydər Əliyevin üzərində dayandı. Keçmiş təhlükəsizlik sistemi hərəkətə qətirildi. Əsas məsələ Rusiyanın Azərbaycan üçün hazırladığı vətəndaş müharibəsinin qarşısını almaq idi. Qiyamdan əvvəl belə söhbətlərin birinə İsa bəyi də dəvət etmişdim. O dedi ki, bəlkə silahlanaq? Ruslar qayıda bilərlər. Dedim bu iş elə qurulmayıb ki, ruslar geriyə dönə bilsinlər. Bu işi necə yoluna qoymağımı hələ heç kim bilmir. (Bir Heydər Əliyevdən başqa. Çünki bütün bu oyunların başında Heydər Əliyev dayanırdı. – N.A.) Bu sirri açsam gərək siyasətdən gedim.
- Heydər Əliyevi hakimiyyətə gətirəndə ona ümidiniz vardımı?
- Vardı. Hesab edirdim ki, o, Rusiya ilə yaxın olduğundan bir çox məsələləri, o cümlədən Qarabağ problemini bizdən min dəfə yaxşı həll edə bilər. Bilirdim o bizi qıracaq, həbsxanalara dolduracaq. Ancaq ümid edirdim ki, Kəlbəcəri də qaytaracaq. Və biz ona belə işlərinə görə “çox sağ ol” deyəcik.
- Nə vaxt hiss etdiniz ki, ümidlərinizdə yanılmısınız?
- Rayonlar bir-bir əldən gedəndə başa düşdüm ki, səhv etmişəm. 32 batalyonu ləğv edəndə çox şey aydın oldu”.
 Göründüyü kimi, Heydər Əliyevlə Əbülfəz Əliyev arasında gedən çirkli siyasi oyunda onların hər ikisi uddu, uduzan isə Azərbaycan xalqı oldu.
 Ə.Əliyevin qardaşı Almurad isə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə (07 oktyabr 2000-ci il) “-Ümumiyyətlə, Əbülfəz bəyin hakimiyyətdən getməyini nədə görürsünüz?” Sualına “-Çünki yoldaşları xain çıxdılar”(?), “-Sizcə Heydər Əliyevi hakimiyyətə gətirməkdə düz elədi?” sualına isə “- Bəs neyləməli idi?” cavabını verdi.
 “Xural” qəzeti bir neçə sayında Əbülfəz Əliyevin qardaşı Almurad Əliyevdən götürdüyü geniş müsahibəni dərc etmişdir. Qəzetin 05-11 avqust 2007-ci il sayında (№ 28) A.Əliyevin müsahibəsində Əbülfəz Əliyevin Heydər Əliyevə münasibətinin detallarıyla bağlı dedikləri maraq doğurur. A.Əliyev heç şübhəsiz ki, Əbülfəz Əliyev hakimiyyəti dövründə baş verənlərdən məlumatlı şəxslərdən hesab olunur. Məhz bu səbəbdən də maraq doğuran hissəni oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirəm.
 A.Əliyev Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri seçilməsi xəbərini belə xatırlayır: “Bəy sevindiyindən keçdi öz otağına, nə var idi ortaya tökdü. Yedik, içdik... Heydər Əliyev Əbülfəz bəy prezident seçiləndən əvvəl Ali Məclisin sədri olmuşdu. 1991-ci ilin sentyabr ayı idi. Qonaqlığını da verdi. Gələnə də deyirdi ki, “Almuradın dostudur, onun qonaqlığını verirəm…”
 A.Əliyev deyib ki, özü də H.Əliyevin şəxsən qəbuluna gedib və bu münasibətlə onu təbrik edib: “O heç vaxt yerindən durub qapıyadək yola salmırdı heç kimi. Heç Bəyi də… O da mənə bir neçə şey dedi. Onların bəzilərini Bəyə dedim. Amma Heydər Əliyevə özümdən dedim ki, “Bəy deyir hazırlaşsın, seçkidə namizədliyini versin…” Sonra bəyə dedim ki, Heydər Əliyevə namizədliyini (Söhbət prezidentliyə namizədlikdən gedir – N.A.) verməsi haqqında özümdən belə bir söz dedim. Dedi “yaxşı eləmisən, dostundur, deməlisən”… Onsuz da Bəy prezidentliyə namizədliyini vermək istəmirdi. 1993-cü ildə Heydər Əliyev gələndə Bəyin yanında mən güldüm. Dedi ki, “nəyə gülürsən, sənin dostundur da. Elə bərkdə qoyub qaçırsınız”. Yenə də dilim dinc durmur… Bəlkə bunları yazmayasan?..”
 Eks-prezident Əbülfəz Əliyevin qardaşı A.Əliyev hakimiyyəti tərifləməyi də unutmayıb: “Bu hökumətin dağılmasını istəmirəm. Çünki bu hökumət dağılsa, Azərbaycan dağılar. Mən ömrümdə bu hakimiyyətin pisinə getməmişəm…”
 Ə.Əliyevlə qardaşı Almuradın cavablarından tam sübut olunur ki, Ə.Əliyev həqiqətən də M.Axundovun “Aldanmış kəvakib”indəki Yusif Sərrac rolunu oynayıb. Almurad Əliyevin dediyi kimi, dostları Əbülfəz Əliyevə deyil, Əbülfəz Əliyev bütün Azərbaycan xalqına, o cümlədən öz dostlarına də xəyanət etdi. Heydər Əliyevin təkrarən respublika rəhbərliyinə gəlməsi məqsədilə respublikada sabitliyin pozulması üçün Surət Hüseynov oyununun, Əlikram Hümbətov oyununun və digər oyunların hamısı şəxsən Əbülfəz Əliyevlə Heydər Əliyevin məkrli məqsədilə çirkin və siyasi oyunlarının nəticəsidir. Şəxsən Əbülfəz Əliyevin xəyanəti nəticəsində respublikada sabitlik pozuldu, vətənin torpaqları getdi, xalqın vətənpərvər övladları şəhid oldu, onun dostları da həbsxanalara düşdü. Bunun üçün faktlara diqqət yetirək. 1992-ci ilin may ayına kimi bütün Dağlıq Qarabağ, Göranboy rayonunun bir hissəsi, “Laçın koridoru” erməni tərəfinin əlinə keçir. Bununla əlaqədar 1992-ci ilin may ayından respublikada fəal və təcili surətdə hərbi birləşmələr yaranmağa başlayır. Müdafiə Nazirliyinin analitik informasiya şöbəsi bu işdə Ali Sovetin deputatı Surət Hüseynovun xidmətini xüsusi qeyd edir. S.Hüseynov Rusiyanın hərbi hissələrindən silahlar əldə edir və onun komandanlığı ilə itirilmiş torpaqların bir hissəsi geri alınır və o, erməni tərəfin müdafiəsini yararaq Ağdərəyə yol açır. Bu vaxt, 2 iyul 1992-ci il tarixdə S.Hüseynov Ə.Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Prezident Ə.Əliyevin 2 iyul 1992-ci il tarixli digər fərmanı ilə S.Hüseynov respublika Baş nazirinin müavini təyin olunur. Sonra müharibədə göstərdiyi şücaətlərə görə 8 avqust 1992-ci il tarixdə 2-ci ordu korpusunun rəhbəri təyin edilir. 1 sentyabr 1992-ci ildə prezidentin fərmanı ilə S.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Bütün bunların hamısına S.Hüseynov müharibədə göstərdiyi xidmətlərinə görə layiq bilinmişdir. Həmçinin də 21 iyun 1993-cü ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən Milli Məclisin sessiyasında S.Hüseynovun xidmətləri qeyd olunmaqla ona xüsusi müraciət qəbul olunmuşdur.
 Bu mərhələdə Əbülfəz Əliyevlə Heydər Əliyev arasında sövdələşmə vaxtı çatdığından, yəni bir ilin tamam olmasına az qaldığından, Əbülfəz Əliyevin müvəqqəti oturduğu Azərbaycan Respublikası Prezidentui kürsüsünü sahibinə- Heydər Əliyevə təhvil vermək üçün respublikada sabitliyin pozulması gündəmə gəlir ki, xalq tələb etsin, ölkədə sabitliyin yaranması üçün təcrübəli siyasətçi olan Heydər Əliyev təkrarən respublika rəhbərliyinə gəlsin. Sabitliyin pozulması üçün hədəfə müharibə gedən bölgədə Surət Hüseynov, respublikanın Cənub bölgəsində isə Ələkrəm Hümbətov götürülür. Bunun üçün də süni surətdə aranı qızışdırmaq lazım idi. 1993-cü il yanvarın 28-də AXC İcraiyyə Komitəsi bəyanat dərc etdirərək, Surət Hüseynovu xəyanətdə və hərbi cinayətlərdə təqsirləndirir. 10 fevral 1993-cü ildə Ə.Əliyevin fərmanı ilə S.Hüseynov prezidentin Qarabağ üzrə nümayəndəsi və 17 fevral 1993-cü il fərmanı ilə Baş nazirin müavini vəzifələrindən azad edilir. 22 fevral 1993-cü ildə 2-ci korpusun komandanlığından kənarlaşdırılır.
 Sonra bir tərəfdən Heydər Əliyev Naxçıvandan Gəncəyə Surət Hüseynova təyyaralərlə prezident Ə.Əliyevi devirmək üçün qeyri-rəsmi silahlar göndərir, o biri tərəfdən də Ə.Əliyevin göstərişi ilə milli təhlükəsizlik naziri f.Təhməzov və daxili işlər naziri A.Allahverdiyev təxribatlar törədib, S.Hüseynovu qıcıqlandırıb, qırğına başlamağa sövq edirlər. Nəticədə Heydər Əliyev öz müqəddəs arzusuna çatıb Azərbaycan Respublikası Prezidentinin kürsüsündə oturur, Ə.Əliyev doğma kəndi olan Kələkidə. Azərbaycan xalqının vətənpərvər, qəhrəman, qeyrətli oğlu Surət Hüseynov isə qurbanlıq olub, həbsxanada mənəvi əziyyətlər çəkməklə fiziki sağlamlığını, cavanlığını itirməklə bərabər repressiyalara məruz qalmaqdadır.

IV hissə: Əbülfəz Əliyevin əsli-nəcabətində çox şübhəli və tədqiq olunmalı məqamlar vardır

 4 iyun 2003-cü il qiyamı Azərbaycan tarixində çox dərin iz buraxıb. Bu səbəbdən də üstündən illər keçsə də, həmin təqvimdə və ondan sonra baş verən bir sıra hadisələr hələ də aktuallığını itirməyib. Belə olaylardan biri də Əbülfəz Əliyevin prezident postunu qoyaraq Kələkiyə getməsidir. Bu olayla bağlı Azər AYXAN “Yeni Müsavat” qəzetində (18.06.2007-ci il) həmin tarixə aid çox obyektiv köşə yazısı dərc etmişdir. Onu aşağıda verirəm:
 “Əbülfəz bəyin bu gedişinə hələ o vaxtlar münasibət birmənalı deyildi. Onu qınayan da vardı, haqq qazandıran da. Lakin obyektivlik naminə demək lazımdır ki, xalqın böyük əksəriyyəti bu hərəkətə qəti şəkildə haqq qazandırmadı. Milli hakimiyyətə, hərəkata, onun liderlərinə, xüsusilə də Elçibəyə münasibətin kəskin şəkildə pisləşməsinə bu olay ciddi təsir göstərdi. Və indiyədək demokratik düşərgədə bu səhv və yanlış addımın altını çəkir, həmin ləkəni heç cür üstündən silib ata bilmir. Mümkün də deyil. Hansı xalq səs verib seçdiyi, ümid kimi baxdığı prezidentin və Ali Baş Komandanın belə davranışını bağışlayar?
 Əbülfəz Elçibəyin silahdaşları, ona rəğbət bəsləyən insanlar, içində də bizim qəzet olmaqla, illər uzunu bu gedişi əsaslandırmaqla məşğul oldular. “Bəy getməsəydi daha pis olardı”, “Bakıda qan tökülərdi, vətəndaş müharibəsi olacaqdı” və sair bu kimi sözlərlə camaatı inandırmağa çalışdılar. Elə eks-prezidentin özü də “mən Bakını tərk etməsəydim qardaş qırğını qaçılmaz idi” deməklə gedişinə haqq qazandırırdı. Lakin üstündən zaman keçdikcə, vaxt ötdükcə görürsən ki, bütün bu sözlər sadəcə bəhanədir.
 İyun qiyamından sonra Azərbaycanın bütün sahələrdə verdiyi itkilər qardaş qırğınından betərdir. Fikrimizcə, həmin vaxt nə vətəndaş müharibəsi olacaqdı, nə də qan töküləcəkdi. Sadəcə, qətiyyətli dövlət rəhbəri lazımiydi ki, hamını yerində oturtsun.
 Ümumiyyətlə, 4 iyun hadisələri vaxtı AXC hakimiyyətinin davranışları, tutduğu mövqe, yürütdüyü siyasət bugünkü reallıqdan baxanda adamı heyrətə salır. Vəziyyətdən çıxmaq, qiyamı beşiyindəcə boğmaq, dövlətə silah qaldıranları layiqincə cəzalandırmaq əvəzinə, keçmiş iqtidarın aparıcı nümayəndələri tez-tələsik istefa ərizəsi yazdılar. Bu azmış kimi hərə bir tərəfə dağıldı, gizli fəaliyyətə keçdilər, ortadan qeyb oldular. İndi həmin adamlar nədənsə özlərini milli qəhrəman kimi aparırlar. Normal cəmiyyətlərdə belələrinin bir daha siyasətlə məşğul olması nonsens sayılır. Ona görə ki, bütöv bir ölkəni, kütbeyin, heç bir siyasi təcrübəsi, hərbi gücü, cəmiyyətdə nüfuzu, dəstəyi olmayan birisinin qabağından qaçdılar.
 Bütün bunları ona görə yazırıq ki, gələcək nəsillər bizi qınamasın, tarixi saxtalaşdırmaqda ittiham etməsin. Yeri düşdükcə Əliyev rejimini müasir tariximizi saxtalaşdırmaqda, təhrif etməkdə suçlayırıq. Nə yazıqlar ki, bu meyil müxalifət düşərgəsində də sezilir. İllərdir ki, birilərinin aradan çıxıb ölkəni fəlakətə soxması qəhrəmanlıq kimi qələmə verilir.
 AXC hakimiyyəti, bu iqtidara rəhbərlik edən kişilər Azərbaycan üçün böyük işlər görüb. Millətin azadlığı naminə həyatlarını riskə atıblar, tarix yaradıblar, çox ciddi proyektlərə imza atıblar. Amma 14 il öncə atdıqları yanlış, səhv addım bütün bunların üzərinə kölgə salır. Hələ də millət və ölkə olaraq həmin yanlışın, səhvin bədəlini ödəyirik. Ən dəhşətlisi isə budur ki, bu cərimənin nə vaxt bitəcəyi bəlli deyil”.
 Əbülfəz Əliyev respublikanın Cənub bölgəsində sabitliyi pozmaq və eyni zamanda da şəxsiyyətinin alçaldılmasının qarşısını almaq məqsədilə həbs yerlərində iradəsiz adam olduğu üçün onun ağzını cıran Astara rayonunun Şahağacı kəndinin sakini Gülağa Quliyevin aradan göçtürülməsində İsgəndər Həmidovdan istifadə edir. Ə.Əliyevin tapşırığına əsasən, daxili işlər naziri İsgəndər Həmidov 16 iyul 1992-ci ildə respublikanın Cənub bölgəsində “Subtropik əməliyyat” adı altında Masallı, Lənkəran və Astara rayonlarında əməliyyat keçirir. Bu əməliyyatda talış millətinə mənsub olan onlarla imkanlı ailənin əmlakını quldurcasına talan edir. Masallı rayonunda bir azyaşlı uşaq ölür, Astara rayonunun Şahağacı kəndində dəhşətli faciə baş verir. Gecə yarısı daxili qoşunlarının əsgərlərilə dolu 6 “RAf” maşını Gülağa Quliyevin evinə yaxınlaşır. Dörd tərəfdən evi güllə-barana tuturlar. Ev sahibi Gülağanı, arvadı Səmayəni, ailənin yeganə oğlu- 12 yaşlı Sadiqi və evin qonağı İran İslam Respublikasının bir vətəndaşını qətlə yetirirlər. Evdə qarət işləri apardıqdan sonra qumbaraatanla vurub evi darmadağın edirlər və od vurub yandırırlar. Ev tamamilə yanıb, kül olduqdan sonra gedirlər. Bu vəhşiliklə bağlı Astara rayonunun ağsaqqal və ziyalılarından ibarət 60 nəfər Bakıya gəlib, respublika prezidenti Ə.Əliyevlə görüşüb, lazımi tədbir görülməsi üçün ona məlumat vermək istəyirlər. Lakin xahiş və təkidlərinə baxmayaraq, Ə.Əliyev onları qəbul etmir. Prezidentin hüquq işlətri üzrə müşabviri İxtiyar Şirinov (sonradan respublikanın Baş prokuroru oldu) onları qəbul edib deyir ki, bu işlə məşğul olmaq səlahiyyətimdən kənardır. Bütün bunlar da respublikada yaşayan talışları, xüsusən də döyüş bölgəsində olan talışları həddən artıq qıcılandırır. Ələkrəm Hümbətov da bəyan edir: “Mən bütün varlığınla söz verirəm ki, İsgəndər və onun quldur dəstəsi cinayət məsuliyyətinə cəlb olunmayınca rahat olmayacağam”.
 Daxili işlər naziri İ.Həmidovun rəhbərliyilə keçirilən bu “əməliyyat” şəxsən respublika prezidenti Ə.Əliyevin xüsusi göstərişi ilə keçirildiyi üçün, bu dəhşətli facviəyə görə heç bir adam cəzalandırılmır. Nəticədə döyüş bölgələrində olan talışlar öz postlarını atıb, əllərində silah öz rayonlarına qayıdırlar. Sonda məsələ böyüyür, Azərbaycan Respublikasının tərkibində Talış Muğan Muxtar Respublikasının təsis olunması məsələsi gündəmə gəlir. Ələkrəm Hümbətovla İsgəndər Həmidov sonradan həbsxanada çürüyürlər.
 Heydər Əliyevin əsli-nəcabəti kimi, Əbülfəz Əliyevin də əsli-nəcabətində çox şübhəli və tədqiq olunmalı məqamlar vardır. Belə ki, 1992-ci ildə prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd Nizami Süleymanovun adına Ə.Əliyevin atası barədə bir sənəd daxil oldu. Sənəddə göstərilirdi ki, 1984-cü ilin avqust ayında Naxçıvanın Ordubad rayon rəhbərliyi ilə razılaşdırılmadan Böyük Vətən Müharibəsi dövründə həlak olmuş və itkin düşmüş 36 nəfərin adı həkk olunmuş qranitdən böyük bir möhtəşəm abidə Yerevanda düzəldilib, gətirilib Ordubad rayonunun Rumis kəndində qoyulmuşdur. Bu 36 nəfərin 35-i ermənidir, biri isə azərbaycanlı (?!). O da Ə.Əliyevin atası, 1896-cı ildə doğulub, 1944-cü ildə müharibədə itkin düşmüş Əliyev Qədirqulu Mərdan oğludur. Ordubad Rayon Hərbi Komissarlığında aparılan yoxlamanın nəticəsi göstərmişdir ki, onlardan 13 nəfəri həqiqətən Ordubad rayonunun sakini olmuş və Ordubad Rayon Hərbi Komissarlığı tərəfindən müharibəyə göndərilmişdir. 23 nəfərin isə Ordubad rayonuna heç bir aidiyyəti yoxdur. Lakin həmin dövrdə Rumis kəndindən 7 nəfər müharibəyə göndərilib və onların müharibədə həlak olmalarına baxmayaraq, heç birinin adı bu möhtəşəm abidədə yoxdur.
 Bu sənədə öz münasibətini bildirmək üçün N.Süleymanov iki naxçıvanlını: Arif Əliyevlə Vüqar Haqverdiyevi Naxçıvana Heydər Əliyevin yanına göndərdi. Heydər Əliyev də bu sənədin düzgünlüyünü təsdiqlədi.
 Azərbaycan hökumətindən xəbərsiz, 1984-cü ildə Eçmiədzində Vazgen tərəfindən ucaldılmış və erməni Qriqoryan kilsəsinin bütün dini ayinləri ilə xeyir-dua verilmiş, xaç suyu ilə isladılmış möhtəşəm abidədə həkk olunmuş adlar “Axtarış” qəzetində (4 aprel 1997-ci il) dərc olunmuşdur. Bu adlar aşağıdakılardır:

1.Akopyan Ammayak Akopoviç – 1919-cu
2.Əliyev Qədirqulu Mərdan oğlu – 1896-cı il
3.Baqdasaryan Karapet Xaçaturoviç – 1898-ci il
4.Koskandaryan Qayk Mirzoyeviç – 1898-ci il
5.Zaxaryan Nikoqos Zaxaroviç – 1903-cü il
6.Kokandelyan Levon Tiqranoviç – 1922-ci il .
7.Oqanesyan Stepan Xaçaturoviç – 1924-cü il
8.Mesropyan Mkrıtç Karapetoviç – 1914-cü il
9.Minosyan Sarkis Karapetoviç – 1926-cı il
10.Meksolyan Romamanas Zaxaroviç – 1897-ci il k
11.Baqdasaryn Vardan Xaçaturoviç – 1897-ci il
12.Arutunyan Sarkis Karapetoviç – 1924-cü il
13.Melkaelyan Ovik Romanoviç – 1922-ci il
14.Avakyan Vaqan Baqdasaroviç – 1902-ci il
15.Qriqoryan Suren Ovanesoviç – 1909-cu il
16.Tevisyan Karapet Mkrıtçeviç – 1906-cı il
17.Kakadelyan Lendroş Qaykoviç – 1924-cü il
18.Akopyan Ayrapet Anstakoviç – 1924-cü il
19.Arutunyan Artusen Karapetoviç – 1924-cü il
20.Arutunyan Norik Mkrıtçeviç – 1924-cü il
21.Arutunyan Ivan Karapetoviç – 1914-cü il
22.Arutunyan Xaçik Tiqranoviç – 1924-cü il
23.Arutunyan Andronik Qriqoryeviç – 1917-ci il
24.Oqanesyan Suren Aleksandroviç – 1915-ci il
25.Qukasyan Ayaol Ayrapetoviç – 1918-ci il
26.Kazaryan Qnişa Aleksandroviç – 1922-ci il
27.Melokopyan Avetis Karapetoviç – 1906-cı il
28.Mesropyan Sereоa Amayakoviç – 1924-cü il
29.Minosyan Xaçik Kmrapetoviç – 1923-cü il
30.Mikaelyan Mkrıtç Tedevosoviç – 1905-ci il
31.Mikaelyan Sarkis Tedesoviç – 1924-cü il
32.Mikaelyan Eqişe Mkrtıçoviç – 1914-cü il
33.Mikaelyan Martiros Tadevosoviç – 1926-cı il
34.Mikaelyan Qaraqen Apetoviç – 1914-cü il
35.Petrosyan Qafik Arakeloviç – 1916-cı il
36.Sarkisyan Kasler Karapetoviç – 1924-cü il

 Bu hadisənin bir tərəfdən Kamran Bağırovun respublikaya rəhbərliyi dövründə ermənilərin Qazax rayonu ərazisindən torpaq qoparmaq iddiasında olduğu vaxta təsadüf etməsi, o biri tərəfdən də o dövrdə Ordubad rayonundan müharibəyə yüzlərlə, minlərlə azərbaycanlıların göndərildiyi və Vətənin müdafiəsi uğrunda şəhid olduğu halda, 35 erməninin içinə bir Əbülfəz Əliyevin atasının adının salınıb, Ermənistanda belə bir möhtəşəm abidənin düzəldilməsi şübhə doğurmaya bilmir. Ordubad rayonunun ictimaiyyətinin və o cümlədən Ə.Əliyevin qardaşı Almuradın da bu abidədən çox yaxşı xəbəri vardı.

V hissə: Elçibəyin hakimiyyət başına keçməsi, bir başqasının iqtidar sahibi olmasına hesablanmış xüsusi bir planın növbəti mərhələsi idi

 Abidənin qoyulmasının və sökülməsinin canlı şahidlərindən biri olan, Ordubad rayonunun Kələki kəndində yerləşən Geoloji Kəşfiyyat İdarəsində uzun müddət çalışmış, Əbülfəz Əliyevin qardaşı Almuradın rəhbəri olmuş, adının qəzetdə hallanmasını istəməyən, respublikanın əməkdar mühəndisinin “Axtarış” qəzetinə (4 aprel 1997-ci il) verdiyi müsahibənin bir parçasını aşağıda verirəm:
 “Hər yay Rumisə Raçik Baqdasaryan adlı bir Yerevan ermənisi gəlirdi və qış düşənə kimi orada yaşayırdı. Amma buna baxmayaraq, Raçik orada 2 mərtəbəli bir ev tikdirmişdir. Sonradan məlum oldu ki, o bu evdə bir radiostansiya da quraşdırıb, gecələr efirə çıxır. Sonra da onun fəal iştlrakı ilə Rumisdə üzərində ermənilərin adı yazılmış, qranitdən böyük, möhtəşəm bir abidə kompleksi gətirib quraşdırdılar. Sonralar ara qırışanda, ermənilərlə münaqişə qızışanda, bizim işçilərdən biri, traktorçu Mirzəyev Xeyrulla bu abidəni qalın bir trosa bağlayıb uzaq məsafədə yerləşən bir azərbaycanlı kəndinə çəkib gətirdi və mənim gözümün qabağında dərədə üstünü torpaqla örtdü. Mən bilən həmin abidə indi də oradadır.
 Almurad mənim rəhbərlik etdiyim idarədə dağ kəşfiyat işçisi idi və orada kəşfiyat işləri aparırdı. İşçilərimizin iş müddəti sona çatanda onlara istirahət verilirdi. İşçilər geriyə, öz evlərinə qayıdırdı. Lakin Almurad isə geri dönmürdü, Rumisdə qalırdı.
-Deyilənə görə, orada bir kilsə var idi və bu kilsədə Vazgendən məvacib alan ermənilər gözətçilik edirdilər. Almurad da onlarla bir yerdə qalırdı, bir yerdə yeyib- içirdilər?
-Bunu mən də bilirəm. Raçikdən savayı orada Arkeş adlı bir erməni də var idi. Onlarla da yeyib-içirdilər.
-İstər-istəməz belə bir sual çıxır. Nə üçün Almurad ancaq ermənilərlə yaxınlıq edirdi?
-Bilirsiniz, Almuradgil içkini çox sevirdilər. Ermənilər də ora gəlib tut arağı çəkirdilər. Bəlkə də o, içkini bəhanə edərək ermənilarlə başqa məqsədlərlə görüşürdü. Bunu ondan da görmək olar ki, ermənilərin əksinə bir söhbət olan kimi Almurad onları möhkəm müdafiə edirdi.
-Siz Raçik Baqdasaryanla Almuradın əlaqəsi barədə nə deyə bilərsiniz?
-Almurad Raçiklə çox yaxın idi. Onlar bir yerdə oturub yeyib-içir, söhbət edirdilər. Raçik çox şübhəli adam idi. Görünür ki, erməni daşnaqlarının xüsusi agenti idi və burada iş aparmağa gəlirmiş. Almuradla Raçikin söhbəti yaxşı tuturdu. Arada mən ora gedəndə onların bir yerdə olmasının, bir yerdə Yerevana gedib-gəlmələrinin şahidi olmuşam. Bir dəfə obyektləri yoxlamağa çıxanda məni də evinə dəvət etdi. Almurad da orada idi. Biz orada çörək də yedik və mən öz gözlərimin şahidi oldum ki, Raçiklə Almurad çox yaxındırlar.
-Bu abidədə Almuradın atasının adı 2-ci yerdə idi. Almuradın özünün bundan xəbəri var idimi? Buna onun münasibəti necə idi.
-Almuradın bu abidədən xəbəri var idi. Ətraf kəndlərdə bunu hamı danışırdı. Özünə də bu çox xoş gəlirdi. Buna münasibəti çox yaxşı idi. Görünür ki, Raçik Almuraddan bir vasitəçi kimi öz təxribatçılıq fəaliyyətində hər sahəli istifadə edirmiş”.
 20 Yanvar 1990-cı il faciəsinin müvəqqiyyətlə həyata keçirilməsindən sonra Əbülfəz Əliyev özünə Elçibəy titulu götürdü. Nizami Süleymanov T.Avetisyanın “Erməni soyadları” kitabına istinadən “Axtarış” qəzetinə (4 aprel 1997-ci il) verdiyi müsahibəsində deyir: “Tiqran Avetisyanın 1987-ci ildə Yerevanda nəşr olunmuş “Erməni soyadları” kitabının 134, 143, və 144-cü səhifələrində göstərir ki, Elçibek, Elçibekyan, Elçi, Elçiyan soyadları 600 ildir ki, Mkrtıç, Sarkis, Lendroş, Yekişet, Andronik adları kimi zamanın, məkanın heç bir deformasiyasına uğramadan sırf erməni soyadlarıdır. Müsəlman aləmində Elçi, Elçibəy adları olmayıb. Bu tam təsdiq və sübut olunub. Bu tip adlar erməni adlarıdır”.
 Nizami Süleymanovla razılaşmaq olmaz. Ona görə ki, “elçi” təmiz türk sözüdür. Ermənilər “elçi” sözünü türklərdən götürüblər və buna uyğun olaraq 600 ildir ki, özlərinə Eliçi, Elçibek, Elçiyan və Elçibekyan soyadları qoyurlar.
 Müsəlman aləmində Allahın yeganə elçisi Həzrət Məhəmməd peyğəmbər (s) olmuşdur. Ona görə də müsəlman aləmində Elçi və Elçibəy adları qoyulmur. Özünü gah şaman, gah da sufi adlandırıb, spirtli içkidən məst olub, biabırçılıqlar törədən bir adamdan nə Allahın və nə də xalqın elçisi ola bilər. Əbülfəz Əliyev bu adı özünə ləqəb götürməklə böyük qəbahətə yol vermişdir.
 1986-cı ildə “Azərnəşr” tərəfindən akademik Ziya Bünyadovun, professorlar Ələsgər Məmmədov və Rüstəm Əliyevin rəylərinə əsasən Osman Mirzəyevin “Adlarımız” kitabı nəşr olunmuşdur. Bi kitabdan da tam aydın görünür ki, Elçi, Elçibəy adları nəinki Azərbaycan türklərinə, hətta bütün müsəlman aləminə yaddır. Bütün bunları nəzərə alaraq belə hesab edirəm ki, Əbülfəz Əliyevin əsli və kökünün araşdırılması bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilər.
 Eyni zamanda da bildirirəm ki, “Fəlakətlərimizin baiskarı” kitabımın 1-ci nəşrində Əbülfəz Əliyevin Heydər Əliyevlə bağlılığını oxuyanların demək olar kı hamısı, bu yazıdan çox razı qaldıqlarını və Əbülfəz Əliyevin Azərbaycan dövlətçiliyinə və xalqına qarşı cinayətdə Heydər Əliyevlə bərabər tutulduqlarını söyləyirlər. Tanınmış jurnalist Nicat Dağlar isə Əbülfəz Əliyevə qarşı münasibətini “Yeni Gündəm» qəzetində (17.05.2007-ci il) “İdeal olmayan Elçibəy” başlıqlı yazısında aşağıdakı kimi bildirir.
 “Bu yazıdan sonra dostlarımın mənə münasibətinin hansı şəkil alacağını bilirəm, amma əminəm ki, indi oxuyacaqlarınız artıq çoxlarının qəti qənaətidir ki, var.
 Eliçibəydən- cəmi bir il Azərbaycan dövlətinin başında durmuş, Milli Azadlıq Hərəkatının lideri kimi qəbul olunan Əbülfəz Əliyevdən danışmaq niyyətindəyəm. Onu da yəqin bilirəm ki, Elçibəy mövzusu onun sağlığında olduğu kimi, indi də, həssas mövzulardan hesab olunur və bu şəxs barədə ortaya qoyulan istənilən tənqidi fikir, Elçibəysevərlər tərəfindən həmişə kəskin reaksiya ilə qarşılanıb. Bütün bunların fərqinə varam da, düşüncələrimi sizinlə bölüşməkdən vaz keçə bilmərəm. Üstəlik onu da xüsusən qeyd etməliyəm ki, mənim özüm də Elçibəyə, onun ideyalarına sidq ürəkdən inananlardan olmuşam. Fəqət illərin ortaya çıxardığı bir çox gerçəkliklər, asta-asta üzə çıxan tarixi reallıqlar pərəstiş etdiyim şəxsiyyətlərə münasibət, ideallaşdırdığın şəxsin addımlarına yanaşma baxımından fikirlərdə kardinal dəyişikliklərə səbəb olur ki, indi mənim də Elçibəy barədə düşüncələrim “acı Taleyini” yaşamaq zorundadır.
 Bu gün də bir çoxları Elçibəyi Azərbaycanı səadətə qovuşdurmaq amacı ilə çarpışmış bir qəhraman hesab edir. Belə “göz qamaşdırıcı” təqdimatı qəbul etməsəm də, Elçibəyin bu bədbəxt millətin qarşısındakı xidmətlərini də danmaq niyyətində deyiləm. Amma Elçibəyin xalq tərəfindən hakimiyyətə gətirildiyini iddia edib, onu “günahsız mələk” qismində təqdim edənlərlə indi heç cür razılaşa bilmirəm. Bu gün Azərbaycanın yaşadığı, millətin düçar olduğu bəlaların kökündə həm də Elçibəy, daha doğrusu onun atdığı addımlar dayanır.
 “Hər şeyin zamana ehtiyacı var” kimi əslində acizlikdən irəli gələn fikirlərə müəlliflik etmiş bir şəxsin xarakterinin əsas konturlarını da, elə hər şeyin zamanın öhdəsinə buraxılması barədə düşüncələrdə axtarmaq olar. Elçibəy üzərinə düşən funksiyaları yerinə yetirə biləcək qədər qabiliyyətə sahiblik etməyib və elə ona görə də özünün görməli olduğu işləri, həll etməli olduğu məsələləri zamanın öhdəsinə buraxmaq çarəsizliyini bir qədər romantik şəkildə etiraf etməli olub: “Hər şeyin zamana ehtiyacı var”. Bu fikir mahiyyətcə “pişik və ət” məsəlindən o qədər də fərqlənmir. Odur ki, hər şeyi zamanın ümidinə buraxan Elçibəy, günlərin bir günü də xalqını taleyin ümidinə buraxmalı idi. Azərbaycanı Kələki dağlarından idarə etmək “eşqilə”…
 Elçibəy siyasət adamı deyildi. Hamını nağılların bir gün gerçəkləşəcəyinə inandırmağa çalışan, reallıqların ortaya atdığı tələblərlə barışmayıb, xəyallarla yaşayan, ətrafında olanları “Böyük Turan” dövlətinin az qala formalaşma prosesinin başlandığına əmin edən, özü ilə birgə çoxlarını xülyaların ağuşuna atan bir adamdan sözsüz ki, böyük siyasi kombinasiyalar gözləməyə dəyməzdi.
 Artıq hər hansı araşdırmaya-filana ehtiyac olmadan birmənalı şəkildə söyləmək olar ki, Elçibəyin hakimiyyətə gəlməsindən tutmuş, onun qısa zaman kəsiyindən sonra kürsüsünü təhvil verib, Bakını tərk etməsinə qədər bütün proseslər tamam başqa qüvvələrin maraqlarını təmin etmək məqsədi daşıyıb ki, Elçibəyin özü də bu maraqların reallaşması istiqamətində fəaliyyət göstərən əsas fiqurlardan biri olub. Başqa sözlə desəm, Elçibəy dövlət başçısı postuna hakimiyyətdə qalmaq üçün sahib çıxmamışdı. Onun hakimiyyət başına keçməsi, bir başqasının iqtidar sahibi olmasına hesablanmış xüsusi bir planın növbəti mərhələsi idi. Bu planın sonuncu mərhələsi isə Elçibəyin Kələkiyə üz tutması oldu… O, bir vaxtlar fotosunu başının üzərindən asdığı şəxsə sona qədər sadiqlik nümayiş etdirib də, getdi.
 Elçibəyin demokratik seçkilər yolu ilə dövlət başına keçməsilə bağlı iddiaların da heç bir əsası yoxdur. Azərbaycanda heç vaxt gerçək mənada ədalətli seçkilər keçirilməyib. 1992-ci il prezident seçkiləri də, ondan sonrakı seçkilər kimi saxtalaşdırılıb. Nizami Süleymanovun “Mənə verilən səslər oğurlandı” kimi o vaxtkı bəyanatları heç də əsassız olmayıb… Hər halda, “bp” təmsilçisinin bu günlərdə mətbuatda yer alan açıqlamaları Elçibəyi hakimiyyətə daşıyan faktorların üzərinə bir daha işıq salmış oldu.
 Odur ki, bildiklərim və ruhuna hörmət mənasında yazmağa lüzum görmədiyim bir çox gerçəkliklər var ki, mənə Elçibəyi əvvəlkitək ideal hesab etməyə, onu bu millətin halına acıyıb, yalnız Azərbaycanın maraqlarından çıxış etmək niyyətində olan birisi kimi qəbul etməyə imkan vermir. Elçibəy mənim üçün artıq bütün mənalarda ölüb. Ona qəlbimdə qurduğum abidə də param-parçadır.

nadir.info.az

Комментариев нет:

Отправить комментарий