09.04.2019

Şuşalı icra başçısı Abşeronda asfaltı satdı


Abşeron rayonu, Masazır qəsəbəsi, Həzi Aslanov küçəsində ikitərəfli avtomobil yolunun tam ortası icra başçısı İradə Gülməmmədova tərəfindən ayrı-ayrı adamlara satılıb.
antv.az xəbər verir ki, sakinlər qeyd ediblər ki, hal-hazırda ərazidə ağır texnikalar çalışır. “Dəhşətdir, bu ölkənin bir sahibi var ya yox? İcra başçısı onsuz da Abşeronda satılmadığı bir qarış boş torpaq sahəsi qoymayıb. Avtomobil yolunu satmaq nə deməkdir axı? Texnikanı və fəhlələri töküblər, qızğın tikinti işi gedir“– deyə sakinlər bildiriblər.
Onların sözlərinə görə, avtomobil yolunun üzərində tikinti işlərinin aparılması ilə bağlı yeni məlumatlar əldə ediblər. Belə ki, həmin küçə ilə paralel yaxın aylarda böyük yol çəkiləcək. Bu səbəbdən ətrafdakı bütün evlərin plana düşərək sökülməsi gözlənilir.
Ehtimal edilir ki, avtomobil yolunun üzərində tikinti işləri aparan adamların məqsədi də dövlətdən kompensasiya almaqdır.
Mövzu ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz heç cür alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.

cahan.info

Комментариев нет:

Отправить комментарий