06.09.2021

Valeri Korovin:
Əfqanıstan timsalında həm Sovetin, həm də Qərbin qlobal layihələri iflasa uğradı. Qarşıda çoxqütblü, plüral dünya var ki, onun əsasında Sovet və ya Qərb sivilizasiyası deyil, bir neçə sivilizasiya durur. Bu cür nizamda ənənələrə, mədəniyyət, dil, din və məzhəb fərqlərinə hörmət olmalıdır. Burda özünəməxsusluq kimi bir kateqoriyanın nəzərə alınması və hörmət edilməsi olmalıdır ki, özünəməxsusluğun qorunub saxlanılması, hansısa qlobal layihənin içində biokütləyə çevrilməmək, kimliyini, özəlliyini saxlamaq uğrunda xalqlar, etnoslar, qəbilələr, sivilizasiyalar əllərində silah döyüşüblər. Bunları nəzərə alıb əməldə tətbiq edərək biz birgə səylərlə nəinki Qərbin Əfqanıstanda süni surətdə yaratdığı humanitar faciələrin, həm də qərblilərin “sivilizasion üstünlük” təkəbbürünün yaratdığı digər problemlərin də qarşısını ala bilərik.

Комментариев нет:

Отправить комментарий