22.01.2015

20 Yanvar şəhidlərini təhqir edənlər cəzasız qalacaq?

Mahir Şəkərov

Azərbaycan Respublikasının ərazi bütövlüyünə, dövlətçiliyinə və eləcə də bu dövlətin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə xəyanət...
Bəli, Azərbaycanda ciddi və xüsusi təhlükə - VƏHHABİ TƏHLÜKƏSİ...
Bu təhlükəni dövlət də görür və bilir və dəfələrlə səlahiyyətli şəxslər də, bunu rəsmi şəkildə qeyd ediblər. Görəsən bunların qarşısını almaq üçün hansısa ciddi tədbirlər görülübmü?
20 Yanvar şəhidlərinin  açıq-aşkar sosial şəbəkədə (facebookda) aşağılayıcı sözlərlə sələfi-vəhhabilər tərəfindən təhqir edilməsi, bu tədbirlərin daha da ciddi olmasına ehtiyac olduğunu bir daha göstərdi. 20 Yanvara kafirlərin matəmi deyən, Azərbaycanı  "Darul-küfr ölkəsi" adlandıran, 20 Yanvar şəhidlərini "leş", "avara", "alkaş", "pozğun", "fahişə", "xristian", "yəhudi", "ateist", "üzdəniraq" və s kimi sözlərlə təhqir edib alçaldan, məzhəb və əqidələri bilinməyən bu vətən və din düşmənlərini heç kim görmür?
Bunlara gözün üstə qaşın var deyən olmayacaq? Şəhidlərimizə qarşı olunan bu təhqirlər qarşısında lal olub oturaq? Şəhidlərimizin qanı hesabına müstəqilliyini əldə edən, müstəqil Azərbaycan Respublikasını "Darul-küfr" ölkəsi adlanlandıranlara qarşı heç bir ciddi tədbir görülməyəcək? Şəhidlərimizin qanı bu qədərmi ucuzlaşıb ki, Quran ifadəsi ilə desək, əsfələ-safilin - aşağıların ən aşağısı (Tin sürəsi - 5),heyvandan da aşağı olanlar (Furqan sürəsi -44), kitab yüklü eşşəklər (Cümə sürəsi - 5) onları təhqir etsin? 
Dövlətimiz o qədər zəifləyib ki, İŞID-ın bayrağını profilinə qoyan,dövləti,milləti və şəhidləri təhqir edən, Abu Omar kimi saxta adların arxasında gizlənən bu nadanlara bir qulaq burması da verə bilmir? Kim zəmanət verə bilər ki, 26 Fevralda, 31 Martda və digər günlərdə bu hadisə təkrarlanmayacaq?
Məsələyə dini baxımdan da yanaşdıqda görürük ki,bu cür dırnaqarası şəxslər həm Quran və həm də hədislərdə çox ciddi şəkildə məzəmmət olunur. Sözümə yalnız Qurandan dəlil gətirəcəyəm. Çünki bu azğınlar "Quran bizə kifayət edər"  deyərək, azğınlığın bünövrəsini qoyan cənab (lar)ın ardıcıllarıdır. Proqram elə həmin proqramdır. Zaman və şəraitə uyğun olaraq  icraçılar əvəz olunur.
Quran baxımından bu azğınların bəzi sifətlərini xülasə şəklində qeyd edirəm.
1)Allah və Rəsuluna (s) asi olmaq. (Nisa  sürəsi 14)
2) Allahın ayələrini yalanlamaq və onlardan üz çevirmək. (Əraf sürəsi 36)
3.İnsanları Allah yolundan döndərmək. (Əraf sürəsi 45)
4.Həddi aşmaq (Bəqərə sürəsi 190)
5.Batil və boş işlərin arxasınca  olmaq. (Muddəssir sürəsi 45)
6.Azğınlıq (Sad sürəsi 55)
7.Xainlik. (Nisa sürəsi 107)
8.Zalımlıq. (Ali-İmran sürəsi 57)
8.Öyüd və nəsihəti dinləməmək. - Uca Allah buyurur: "Onlara nə olub ki, öyüd nəsihətdən üz döndərirlər?! Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər! (Müddəssir sürəsi  49-50)

Комментариев нет:

Отправить комментарий