Hörmətli Ələddin Əzimli!
Sizi - tanınmış şair və telejurnalisti 60 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz - Əzimli Ələddin Qudi oğlu 1955-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmusunuz. 1978-ci ildə BDU-nin filologiya fakültəsini bitirmisiniz. 1978-2000-ci illərdə müəllim işləmisiniz, 2000-2013-cü illərdə ANS Müstəqil Mediya və Yayım şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri olmusunuz. Kiçik yaşlarınızdan şeir və publisistik yazılarla mətbuatda çıxış edirsiniz. 1969-cu ildə yeddinci sinifdə oxuyarkən “Bulaq” adlı ilk şeiriniz “Azərbaycan pioneri” qəzetində dərc edilib. 2004-cü ildə “Yarımçıq yuxular” adlı ilk şeirlər toplunuz işıq üzü görüb. 2013-cü ildə “Altmışa doğru” adlı şeirlərdən, elmi araşdırmalardan və ədəbi-publisistik yazılardan ibarət ikinci kitabınız nəşr olunub.
Sizin şeir üslubu özünəməxsus və bənzərsizdir. Yoxuşların içində “dumanlı” yetmişə üz tutan şair, öz eksperimental şeirlərinizlə oxucuların sevimlisinə çevrilmisiniz. Sizin şeirlərinizdə ruhu oxşayan bir rəvanlıq, axıcılıq vardır. Bu şeirlərdə hər şey təbii və adi görünür.
Hörmətli Ələddin müəllim! Sizi bir daha altmış illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və ədəbi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi

Комментариев нет:
Отправить комментарий