Hüsnünün simu-zəri hər nəzərin qismətidir,
Nəzərin amma nə simin, nə zərin qismətidir.
Tərki-dünya demə görsən məni divanə əyər,
Belə dünya elə divanəsərin qismətidir.
Surətin hansı baxan bəxti qaranın payıdır,
Dodağın hansı öpən bəxtəvərin qismətidir?..
Hüsnünə həsr olunubdur bu könül dastanım,
Belə şah surət elə şah əsərin qismətidir.
Məndə bir qismətə bax, gör kimi vəsf eyləmişəm,
Heyf ancaq xəbərim bixəbərin qismətidir...
Eşqini xalqına həsr eylə ölüncən, Tofiq,
Milli olsa əyər eşqin, bəşərin qismətidir.

Комментариев нет:
Отправить комментарий