Bilal ALARLI HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru
Ələddin Əzimlinin şeirləri bir qədər eksperimental, bir qədər də intellektual çalarları ilə seçilir. Yeddinci sinifdə oxuduğu vaxtlardan şeir yazır və maraqlıdır ki, onun ilk şeirinin deyim tərzi ilə altmış yaşı ərəfəsində yazdığı şeirlərin üslubu arasında elə bir fərq yoxdur. Ələddin Əzimlinin yeddinci sinifdə oxuyarkən yazdığı şeir həyat hadisələrinə münasibət baxımından elə altmış yaşlı Ələddin müəllimin dünyagörüşü ilə üst-üstə düşür. Adamı heyrətləndirən budur! Onun ilk şeirlər toplusu olan “Yarımçıq yuxular” kitabı haqqında yazmışam.
Müəllim kimi şərəfli bir peşə ilə əmək fəaliyyətinə başlayan, jurnalist kimi bölgələrimizin ağrılı problemlərinə işıq tutan Ələddin Əzimli çoxlu şair və alim dostlarının qınağına baxmayaraq, şeir yazmaqla şairlik azarının canından çəkilib getməsinə çalışıb. İçində dostları, şeirləri olan əl içi boyda dünyasına uzaqdan boylanmaq istəyib – bacarmayıb. Dostlarından birinin dediyi kimi, ev-eşik qayğılarından başı açılmayan Ələddinin şair Ələddinin üstündən qələm çəkməsi mümkün olmayıb. İlk ucu nağıl, son ucu yozulmamış yuxu ömrünü bir müddət kənddə müəllimliklə keçirən şair dağılmış düşüncələrinin gözlərini yuman kimi, qayıdıb gələcəyinə inanır.
Ötənlər dönəcəkmi?
Sənə çatası,
Ürəyini yumuşaldası səsimi
Küləklər qaytaracaqmı?
Söz ehtiyatını xəsisliklə xərcləyən şair Ələddin Əzimlinin şeirləri lakonikliyi ilə seçilir. Üç-dörd misrada böyük-böyük həqiqətləri verməyi bacarır. El arasında qırmızı geyinmək xoşbəxtlik, bəxtəvərlik nişanı sayılır. Ələddin müəllimin də laləsi ellərin dərdsiz-qəmsiz qızıdır. Buna görə qırmızı geyinib. Yaxud şairə görə, göz qapaqları gözlərin qapılarıdır. Sayca az olan şeirlərin içərisində bir-iki irihəcimli şeir də var. “Yarımçıq yuxular”, “Əllərim”, “Payız yağışları” və “Neyləyim” şeirlərinin hər biri təsvir etdiyi hadisəni o qədər obrazlı verir ki, heyran olmaya bilmirsən.
Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.
Şeirlərində Ələddin müəllim həyatda olduğu kimidir. Sabah dərs dediyi uşaqlara nə deyəcəyini düşünür. Dərdli adamlar kimi onu yağışlar ağladır. Şair yarpaqların ölümünə kədərlənir. Kədər də ki, daş deyil, çaya atasan, götürüb apara. Adətən, qış gecələrinin nağılları uzun olur. Şair isə belə gecələrdə qısa şeirlər yazır və bu qısa şeirlərin istisində uzun qış gecələri əriyir. Bəzən onun oxumağa nəğməsi, deməyə sözü olmur. Məhəbbət şeirlərində də Ələddin müəllim elə həyatda da olduğu kimi həyalıdır.
Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilimdən.
Kim görərsə Leyliyə bənzədər səni,
Neyləyim məcnunluq gəlmir əlimdən.
Gözəl-gözəl qızların mühazirə dəftərlərinə xatirə şeirləri yazan şairin epitetləri, metaforaları yaddaqalan obrazlar yaradır: “Ölü yarpaqlar”, “Bir əlim gecənin əlində”, “Torpağın açılı əlləri”, “Ağacın yaşıl nəğmələri”, “Yarpaqların ruhu”, “Tək əlin səsi”, “Yaşantıları sığallamaq” və sair. Ələddin müəllim sevdiyi qızın əllərini ağappaq nəğmə oxuyan alça çiçəklərinə bənzədir. Ümumiyyətlə, onun şeirlərində “Alça çiçəkləri”, “Yaşıl nəğmə”, “Yaşıl yuxu”, “Yaşıl ümid”, “Yağış”, “Külək”, “Yarpaq” və başqa poetik çalar yaradan ifadələr tez-tez xatırlanır.
Ürəklə yazmışam, çünki Ələddin müəllimi uşaq yaşlarımdan tanıyıram, elə uşaq yaşlarımdan onun istedadına yaxşı mənada həsəd aparmışam.
Yolçu qardaş, yolun hara?
Mən bələdəm bu yollara.
Gedirsənsə uzaqlara
Məni də özünlə apar.
Daşlar ayağını əzər,
Yollar damarını üzər.
Söylə, buna necə dözər
Arxanca düşən bu çapar?
Şair Ələddinin poetik hissləri olduqca kövrəkdir. Ancaq bu kövrəkliyin arxasında həyat həqiqətlərinə, həyat fəlsəfəsinə qeyri-adi yanaşmalar dayanır. Çağdaş Azərbaycan şeiri üç qrupa bölünür: emosional, intellektual və emosional-intellektual şeir. Ələddin müəllimin şeirlərində hissiyatın güclü olmasına baxmayaraq, onlarda düşündürücü tərəflər daha üstündür. Mən belə poetik nümunələri intellektual şeirlər adlandırıram.
Uzun qış gecələrində
Qısa şeirlər yazıram
Soyuqdan,
Pəncərəmin önündə
Əl-ayağı üşüyən
Alça ağacından.
Uzun şam kimi
Uzun qış gecəsi əriyir
Qısa şeirlərimin istisində.
Alça ağacının
Bahar həsrəti,
Mənim işə gecikmək qorxum
Qovuşur bir-birinə
Gecənin gözlərində...
Ötən yüzilliyin yetmiş-səksəninci illərində belə qələm təcrübələrini eksperimental şeirlər adlandırırdılar. Bu illərdə Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbraılzadənin şeirləri dəbdəydi və onların üslubu gəncləri daha çox çəkirdi. Ələddin Əzimli də bu auranın əhatə dairəsində idi.
Hədsiz kədərlənəndə,
Ürəkdən sevinəndə
Oxuyuram Vaqifi –
Səməd oğlu Vaqifi.
Oxuya-oxuya kiçilirəm,
Küçələr də kiçilir.
Keçirəm dolanbaclardan,
Bir də olub keçənlərdən –
Doğrulardan, yalanlardan.
Ağırlıqdan beli bükülü,
Şeirin çərçivəsindən çıxıram.
Hay verirəm qərib sədaya.
Bir bilet sifariş edirəm:
Gözlə görmədiyim,
Yolunu bilmədiyim
Uzaq yaşıl adaya.
Onun tələbəlik illəri Güneydə milli oyanışın Quzey təəssübü dövrünə düşür, həmin illərdə gənclər gizli intellekt dərnəklərinə gedir, qadağan olunmuş kitabları oxuyur, sovet rejiminin sevmədiyi, lakin cəmiyyətin bəyəndiyi şairləri mütaliə edirdilər. Ali məktəbi bitirəndən sonra Ələddin Əzimli təyinatına uyğun olaraq yaşadığı rayonda, Cəlilabadda Azərbaycan dili və ədəbiyyat müəllimi işləməyə başladı. İş elə gətirdi ki, bir müddət sonra mən onun müəllim işlədiyi məktəbə gəldim və biz birlikdə çalışdıq. Elə birlikdə də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan dissertant kimi elmi iş götürdük. Ələddin müəllimin İnstitutdakı dostları mənim də dostlarım oldular. O zaman Ədəbiyyat İnstitutunda Arif Acalov, Muxtar İmanov, Kamran Əliyev, Məhərrəm Qasımov, Arif Məmmədov və Şirindil Alışanova istedadlı gənc alimlər kimi böyük ümidlər bəsləyirdilər. Ələddin müəllim arzularının arxasınca axıradək gedə bilmədi. Bir müddət ixtisasına uyğun olmayan işdə çalışdı, sonra ANS telekanalında bölgə müxbiri kimi fəaliyyət göstərdi. Onun jurnalistlik fəaliyyəti şeirlərinə də ayaq açıb.
Özüm Salyanda –
Kür qırağında,
Əksim “ANS”də.
Bəlkə vaxtdır –
Yavaş-yavaş
Çəkilim “ANS”dən.
Bir qutunun içində
12 il qalmaq olar?
Şeirdə Salyanın və Kürün xatırlanması təsadüfi deyil. Ələddin Əzimli telekanalın bölgə müxbiri işlədiyi illərdə Kür çayının sahilyanı rayonlar üçün yaratdığı təhlükəni daim nəzarətdə saxlayırdı. İndi şair, müəllim və telemüxbir kimi tanınan Ələddin Əzimli pensiya yaşı çatmadığı halda işsizdir. Keçirdiyi ağır xəstəlik və ürəyində aparılan əməliyyat Ələddin Əzimlini öz sağlamlığı qayğısına qalmağa məcbur edib. O, bu “bekarçılıqdan” istifadə edərək, sayca ikinci kitabını – “Altmışa doğru” şeir və məqalələr toplusunu nəşr etdirib. Kitab Ələddin Əzimli haqqında yazılmış məqalələrlə açılır. AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) tələbəlik dostunun təkcə şeirlərini deyil, həm də bir insan kimi xarakterik xüsusiyyətlərini yüksək qiymətləndirir. Filoloq Hacı İlham Əsgərov bir zamanlar eyni məktəbdə müəllim yoldaşı olmuş Ələddin Əzimlinin şeirlərini öz ruhuna yaxın poeziya nümunələri sayır və onları “mənim üçün yazılmış şeirlər” adlandırır. Burada həmçinin “Sözün işığı” jurnalının baş redaktoru, şair Ədalət Salmanın Ələddin Əzimli ilə müsahbəsi çap olunub. Kitabda mənim “Əlindən Məcnunluq gəlməyən şair” adlı məqaləm də verilib. Bundan sonra kitabın ən maraqlı hissəsi – Ələddin Əzimlinin öz arxivindən toplaya bildiyi şeirlər gəlir. Onun çox-çox maraqlı şeirləri it-bata düşüb. Lakin əldə edilənlər o qədər qiymətlidir ki, azlığından-çoxluğundan asılı olmayaraq, bu şeirlər həqiqi və istedadlı bir şairin yaradıcılıq üfüqləri haqqında anlayış əldə etməyə imkan verir. Yuxarıda Ələddinin şeirləri haqqında verdiyimiz məlumata bir neçə əlavə edə bilərəm ki, o da birinci kitabda getməyən yazılar haqqındadır. Bunlar 1980-ci ildə Kislovodskda yazılan şeirlərdən və son poetik nümunələrdən ibarətdir. Son şeirlərin içərisində nəvəsinə yazdığı şeirlə “Altmışa doğru” mənzum parça arasında rakurs yaxınlığı mövcuddur. Bu, həyata, cəmiyyətə müdriklik zirvəsində olan bir insanın poetik yanaşmasıdır.
Ələddin Əzimlinin elmi araşdırmaları, ədəbi-publisistik düşüncələri və xatirələri də maraqlıdır. Elmi araşdırmaların mövzusu lirik silsilə ilə bağlıdır. Ələddin Əzimli lirik silsilənin janr xüsusiyyətlərini öyrənir, S. Rüstəm və R. Rza yaradıcılığında lirik silsilənin mövqeyini araşdırır. Onun yazıları içərisində lirik silsilənin tədrisi məsələləri ilə bağlı məqalə xüsusilə maraqlıdır. Ələddin Əzimliyə qədər lirik silsilə ədəbiyyatşünaslıqda işlənməmiş mövzu olaraq qalırdı. Nizami Gəncəvi, Məhəmməd Hadi, Mikayıl Müşfiq, Vaqif Bəhmənli, Tofiq Məmməd, Camal Yusifzadə, Vaqif Nəsib, Akif Cəlal, Abbasağa Azərtürk, Əlabbas Bağırov, Tofiq Nurəli, Sərvinaz Həsənli, Çingiz Əlioğlu və başqa şairlərin yaradıcılığı haqqında olan məqalələr elmi-tənqidi səviyyəsinə görə fərqlənir. Sevinirəm ki, həmin yazıların arasında mənim şeirlərim haqqında yazılmış “Abstraktdan reallığa” adlı məqalə də yer almışdır. Ələddin Əzimli tənqidçi Yaşar Qarayev haqqında məqalə yazmış, onun tənqidi yazılarının dəyərini verməyə çalışmışdır. Bu yazıların hər biri haqqında ayrıca söhbət açmağa dəyər.
Yazımın sonunda məni həmişə narahat edən bir məsələyə toxunmaq istəyirəm. Yaradıcı adamlar haqqında nəsə yazanda onlarla özüm arasında müqayisəli təhlil aparmağı xoşlayıram. Bu, özünəvurğunluqdan irəli gəlmir, sadəcə, aparılan tutuşdurma, yaxud edilən müqayisə haqqında söhbət açdığım insana ikiqat dəyər vermək istəyimlə bağlıdır. Məsələn, Ələddin Əzimlinin “Altmışa doğru” nəfis tərtibatlı kitabını varaqladıqca, buradakı yazıların yazıldığı zamanı və zamanın tələblərini göz önünə gətirdim. Biz bu yazıları Ələddin müəllimlə uzun-uzadı müzakirə edirdik. Hətta ədəbi silsilə ilə bağlı yazılardan birini yazı makinasında mən yazmışam. Ə.Əzimli ilə gənc filoloqların respublika konfransında birlikdə çıxış etdiyimiz məqamlar da olub. Bu konfranslarda edəcəyimiz çıxışların mətnini makina ilə yenə mən köçürmüşəm. Mənim kimi, Ələddin müəllimin də Rəsul Rza yaradıcılığına məhəbbəti var. O, R.Rzanın silsilə şeirlərini araşdırıb, mən isə “R.Rza yaradıcılığında novatorluğun folklor qaynaqları” adlı irihəcmli məqalə yazmışam. Mənim R.Rza haqqında iki şeirim var. Ələddin müəllim də R.Rzaya iki şeir həsr edib. Bu şeirlər ayrı-ayrı vaxtlarda yazılsa da, bir-birinə çox bənzəyir. Müqayisə edirəm:
Ələddin Əzimlidən:
Deyiləsi söz
Sənin idi,
Dedin, ustad.
Bəs mən nə deyim indi?
Yaşanılası günlərim,
Başı daşa dəyəsi günlərim
Hələ qabaqdadır.
Yəqin
Mən də
Bir söz tapıb deyəcəyəm
Ağrılı günlərin şərəfinə!..
Bilal Alarlıdan:
Buz bağlamış yaddaşımızı
əritmir
çiy sözlərin istisi.
Yamsılaya-yamsılaya
ağzı əyilir həqiqətin
eqosunu itirmiş cəmiyyətdə.
İməkləyə bilməyənlərin
sərbəst yerişi
ölçüyə-zada sığmır
qabırğası sınmış
köhnə yolda.
Keçdiyin cığırların üstündən
nə qədər yolsuzun
yol saldığını bilirsənmi?
Arxanca daş atanlar
hansı üzlə dırmaşır
zirvəsində dayandığın şeirə?
Aşağıda duranlar yaxşı bilir
yuxarı atılan daşlar
aşağı düşür.
Altmışa doğru... müdrikliyə doğru keçilən ömür yoludur. Dünənə qədər səliqəli şəkildə geyinən, saçını zövqlə darayıb səliqəyə salan və inamlı yerişi ilə yol yoldaşlarını geridə qoyan Ələddin Əzimli indi gündə iki kilometr yolu piyada gəzməsiylə öyünür. Nə tez ötdü təlatümlü, yerə-göyə sığmayan gənclik? Yaxşı ki, bu ötüb keçən gənclik hədər getməyib və əlimizin altında o illərin yaşantılarını canlandıran gözəl kitablar Ələddinsevərlərə yadigar qalır.

Комментариев нет:
Отправить комментарий