“Təhsil Nazirliyinin xeyli vəsait ayırıb sifarişlə yazdırdığı və nəşr etdirdiyi dərsliklərin nöqsanlarla doludur. Bu dərsliklərdən uşaqlar çətinliklə istifadə edirlər”. Bu barədə açıqlama ilə filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı çıxış edib:
“Diqqətimi birinci siniflər üçün dərsliklər daha çox çəkdi. Belə ki, birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyinin son (2014) nəşrində xeyli qeyri-dəqiqliklərə yol verilmişdir. Dərsliyin müəllifləri Rafiq İsmayılov, Solmaz Abdullayeva, Gülşən Orucova və Dilrüba Cəfərovadır. Artıq bir neçə ildir ki, "Azərbaycan dili" dərsliyi bu müəlliflərin adı ilə çap olunur və bir neçə ildir, həmin səhvlər təkrarlanır. Halbuki, kitabda gedən səhvləri birinci sinif şagirdləri belə asanlıqla görə bilirlər. Belə olan halda təbii bir sual yaranır: Əcəba, müəlliflər kitabın təkrar nəşrində bu səhvləri niyə aradan qaldırmırlar? Təhsil Nazirliyi dərsliklərin monitorinqini niyə belə zəif şəkildə həyata keçirir?
Gəlin elementar səhvlərə diqqət yetirək. Birincisi, dərslikdə şagirdlər üçün anlaşıqlı olan ümumişlək sözlərə deyil, mürəkkəb terminlərə və alınma sözlərə (durbin, elektrik, kvadrat və s.) tez-tez müraciət olunur ki, bu da yeddi yaşlı şagirdlərin həmin sözləri höccələməsinə çətinlik yaradır. Daha sonra hər yeni hərf keçiləndən sonra oxu üçün verilmiş mətndə şagirdə tanış olmayan (daha doğrusu, keçmədiyi) hərflərin işləndiyi sözlər təqdim olunur. Məsələn, kitabın 63-cü səhifəsindəki "Üzümlükdə" mətnində c hərfinin olduğu söz verilmişdir. Şagird bu mətndə ü hərfi ilə tanış olur. Kitabdakı ardıcıllığa görə c sonra gəlir: ü, ö, g, q, x, ğ, c... Göründüyü kimi, böyük diqqətsizliyə yol verilmişdir. Kitabın 66-cı səhifəsində şagird g hərfi ilə tanış olur, lakin ona hələ keçmədiyi ç hərfinin işləndiyi "Göyərçin" sözünü höccələmək təklif olunur.
Birinci sinif şagirdləri üçün "Riyaziyyat" dərsliyinin (2014) də vəziyyəti olduqca bərbaddır. Dərslikdə verilən məsələ və misallarda şagirdlərin hələ keçmədiyi hərflərin olduğu sözlər çoxdur və şagird belə tapşırıqları valideynin müdaxiləsi olmadan yerinə yetirə bilmir. Çünki, o mətni oxuya bilmir və qoyulan şərti anlamır. 19-cu səhifədə şagirdə təklif olunur ki. "arxasında" sözündən istifadə etməklə cücələrin yerini və sayını toyuğa nəzərən söyləsin (Məsələ 4). Bu zaman şagird üçün x hərfi anlaşılmaz qalır və o, bu tapşırığı müstəqil şəkildə yerinə yetirə bilmir. 20-ci səhifədəki məsələ 2-də şagird "içində" sözündəki ç hərfini keçmədiyi üçün tapşırığın şərtini anlamır. 24-cü səhifədəki misalda AFAQ və ORXAN adlarından istifadə olunur ki, şagird bu şəxs adlarındakı f, q, x hərflərini keçmədiyinə görə başqasının köməyinə ehtiyac duyur. Halbuki, burada şagirdin keçdiyi hərflərlə işarələnmiş şəxs adları verilə bilərdi. Belə yanlışlıqlar yüzlərlədir. Unutmaq olmaz ki, dərslik şagirdin səviyyəsini nəzərə almalıdır və digər dərsliklərlə əlaqəli şəkildə yazılmalı, paralel mənimsəmələrə əsaslanmalıdır. Ümid edirik ki, növbəti tədris ilində dərsliklər belə nöqsanlı şəkildə nəşr olunmayacaq”. /azadinform.az/

Комментариев нет:
Отправить комментарий