30.01.2015

Cəmil İmanov - Səmərəsiz səylər

1993-cü ilə qədər Talışlar Azərbaycanda istədiklərini istədikləri vaxt, istədikləri yerdə edə bilirdilər. Çünki onların Ələkram Hümmətov kimi arxası var idi. Ələkram Hümmətov həbs olunandan sonra Talışları basdırdılar. 
O vaxtdan bu günə kimi Talışlar gorlarını Novruzəli Məmmədov ilə eşib çıxmağa çalışırdı. Gorda bir deşik açmağa çalışırdılar ki, nəfəs ala bilsinlər. 
Sonra o deşiyi də bağladılar. Bir müddətdən sonra Hilal Məmmədov gorda həyat mübarizəsi aparan talışların gorunda yenidən nəfəs almaq üçün bir deşik aşmağa çalışdı. Hilal bu deşiyi açmağa bacardı. Hilal məllimin açdığı deşik sayəsində Talış hərəkatı gücləndi. Gənc talış balalarında özünüdərk formalaşmağa başladı. Bununla da deşik get-gedə böyüməyə başladı. 
Artıq basdırılmış talışlar məhz o oğulları sayəsində yavaş-yavaş qəbirdən çıxmağa başlayırlar. Amma yenədən bu qəbirdən çıxan gəncləri də o qəbirə qoyub gorbagor eləməyə çalışırlar.
Bir müddət öncə ANS kanalında yayaımlanan "Adam içində" verilişində bir Astaralı gənc öz ifa bacarığını göstərdikdən sonra Xalidə Əhmədova "get ağzındakı Talış ləhçəvi təmizlə, sonra gəl" deyərək Talış ləhçəsini alçaltdı. Xalidə Əhmadovaya görə sosial şəbəkələrdə söz-söhbətlər çoxaldı. 
Bu hadisədən 2 gün sonra "Adam içində" verilişinin aparaıcısı Elgiz Əkbər Xalidə xanımın dediyi sözlərin böyük səs-küy yaratdığını dedi. Və Xalidə Əhmədova utanmadan "it hürər, karvan keçər" deməklə buraxdığı ifadələrə etiraz edənlərə it demiş oldu.
Yanvar ayının 22-də RTMM (Respublika Talış Mədəniyyət mərkəzi) olaraq 2 dəfə Sovet ittifaqı qəhrəmanı, Azərbaycanın igid oğullarından biri Həzi Aslanovun anadan olmasının 105 illiyini qeyd eləmək üçün onun şəhidlər xiyabanın da olan abidəsini ziyarət eləməyə getdik. Orada da RTTM-ə qarşı polislər tərəfindən qanunlara sığmayan hərəkətlər oldu. Türklər demişkən "bunuda atlatdık".
4-5 gün bundan qabaq isə "Ruslan Məmmədzadə" adı ilə "Facebook"-da qeydiyyatdan keçmiş biri talışlara qarşı təhqiredici və alçaldıcı ifadələr işlətdi. Ona öz etirazını bildirən Talışlara ağzına gələni dedi. Öz əməlinin səhv olduğunu bilə-bilə yenə dən utanmadan "türklər və talışlar qardaş" dedi. Yazdıqları xalqlar arası "qardaşlığı" o belə izhar etdi.
Gələk Yaqub Mahmudov məsələsinə. Söz-söhbətlər "Milli Şura"nın sədri Cəmil Həsənlinin şəxsi "facebook" səhifəsinfə yazmağı ilə başladı.C əmil məllim nəvəsindən tarix dərsində hansı paraqrafda olduğunu soruşub. Nəvəsi "Lənkəran xanlığı mövzusundayıq" deyə cavab verib. Cəmil məllim nəvəsinə tarixdə Lənkəran xanlığının olmadığını, Talış xanlığı olduğunu başa salıb. Sonra nəvəsi ilə olan söhbəti facebook səhifəsində yazıb. 
Cəmil məllimin yazdığı statusa AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) Tarix Fakultəsinin sədri, "professor" Yaqub Mahmudovdan dərhal cavab gəldi. Demək, Azərbaycan tarixinin "polojenni"sinə baxan bu avar yoldaş bildirir ki, Azərbaycan tarixində Talış Xanlığı deyə bir dövlət qurumu olmayıb. Cənub bölgəsində "Lənkəran xanlığı olub və Lənkəran xanlarının əslən türk soyludur" sözləri ilə cavab verdi. Xəzər Tv-yə müsahibəsində belə bir ifadə də işlətdi ki, Lənkəran xanlığının adını Talış xanlığı adlandırmaq vətən xainliyidir. Nə az, nə çox.
Xalidə Əhmədovanın "get ağzınnan talış ləhçəvi təmizlə" deməsi, sonra RTMM-ə qarşı qanuna sığmayan hərəkətlər, "Ruslan Məmmədzadə" adlı birinin talışları məsxərəyə qoyması, Mahmudun assimilasiya yönümlü davranışları bir daha sübut edir ki, yaşadığımız dövlətdə 1993-cü ildən bəri anti-Talış siyasəti aparılır. Həm tariximiz, həm mədəniyyətimiz, həm dilimiz və dinimizi assimilasiyaya uğratmağa çalışılır. Amma həm Xalidə Əhmədova, həm avar Mahmud, həm talışlara qarşı assimilasiya aparmaq istəyən digərləri bunu anlasın ki, biz öz tariximizi öyrənib, hər bir kəsə faktlarla sübut edirik. Əlinizdən gələni lap beş qaba çəkin, amma assimilasiya alınmayacaq. Artıq Talışlar Hilal Məmmədovun timsalında basdırılmış olduqları goru deşib çölə çıxıblar...

Комментариев нет:

Отправить комментарий