Dekabrın 23-də Bakı şəhərində “Abşeron” mehmanxanasının “Qızıl” zalında keçirilən tədbirdə xeyriyyəçi iş adamı, şair Gülağa Tənhanın seçilmiş əsərlərindən ibarət 5 cildliyin təqdimat mərasimi keçirilmişdir.
7 saatdan artıq davam edən tədbirdə Gülağa Tənhanın həyat yolu ilə bağlı filmlər, süjetlər, bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Millət vəkili, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Nizammədin Məmmədov, filologiya elmləri doktoru İlham Rəhimli Gülağa Tənhanın yaradıcılıq yolundan söhbət açıblar.
Ölkənin tanınmış sənətkarları, “İstiqlal” ordenli Arif Babayev, Respublikanın Xalq Artistləri Mənsum İbayev, Gülyaqz və Gülyanaq Məmmədovalar. Mələkxanım Əyyəbova, Azər Zeynallı və başqaları Gülağa Tənhanın şeirlərinə bəstələnmiş mahnıları və onun şeirləri əsasında hazırlanmış muğamları ifa etmişlər. Tanınmış sənətkarlardan Nəriman Həsənzadə, Namiq Qaraxurlu, İlham Əsgərov və başqaları qonaqlar sırasında idi.
Tədbirdə çıxış edən Gülağa Tənha özünün həyat yolu barədə maraqlı epizodlar danışıb. O həmçinin bildirib ki, bu gün təqdimatı keçirilən 5 cildliyinin təqdimatı hələ son deyil, 2015-ci ilin aprel ayında 10 cildliyinin, ilin sonunda isə 15 cildlik külliyyatın təqdimatını keçirəcək.
Tədbirin sonunda iştirakçılar üçün geniş ziyafət məclisi təşkil olunub, konsert proqramı isə gecə yarısınadək davam edib. Bütün iştirakçılara Gülağa Tənhanın olduqca nəfis tərtibatla tərtib olunmuş 5 cildlilik əsərləri və onun şeirlərinə yazılmış və Avstriyada lentə alınmış mahnıların diskləri hədiyyə edilmişdir. Tədbir barədə yaxın vaxtlarda Azərbaycan televiziyalarında geniş veriliş təqdim olunacaq. /cenubxeberleri.com/
Комментариев нет:
Отправить комментарий