07.02.2018

Xalq artisti Eldar Mansurov:

-Mən köhnə Bakının adamıyam. İndiki mərmərli Bakı mənim şəhərim deyil. Yayın möhkəm isti günlərindən birində bulvara getmişdim. Fontanın yanında dayandım ki, su dəysin, bir az sərinlənim. Bir oğlan üstümə gəldi ki, burda dayanmayın, olmaz. Sən demə, bulvarın direktoru deyib, camaatı bura yaxın getməyə qoymayın. Dünyanın hər yerində yaşıllığın üstündə gəzirlər, bizdə fontanın yanında dayanmağa qoymurlar. Bunların hamısı yalançı gözəlliklərdir. Yaxın durmayın, uzaqdan baxın, gedin. Ona görə mənim Bakım başqa idi. Mənim şəhərimdə səmimi insanlar, kişi adamlar var idi... Əxlaq qaydaları, insanların münasibəti, mühit dəyişib. Mən içərişəhərli balası, hərdən yas yerinə gedirəm, şlaqbaumun arxasında dayanan adam girəndə də beş manat istəyir, çıxanda da. Üç-beş nəfər tanınmış içərişəhərli qalıb, onlara da belə münasibət göstərilir.

Комментариев нет:

Отправить комментарий