Hardasa, 7 il əvvəlin söhbətidir. Naxçıvanla bağlı iki şeir yazmış və onların klipini düzəldib paylaşmışdım. Hər kəs məni bu qədər böyük risk aldığıma görə qınayırdı. Talesizlikdən bir də həmin ərəfədə bibim dünyasını dəyişmişdi və mən Naxçıvana getməli idim. Dostlar-tanışlar heç olmasa bu ərəfədə oralara ayaq basmamağı məsləhət görürdülər. Mən isə qərarlı idim. Açığını desəm, Naxçıvanın deyildiyi kimi də Azərbaycanın Şimali Koreyası olduğuna inanmırdım. Mənə görə, insanlarımız bir az da məsələni böyüdürdülər.
Nə başınızı ağrıdım, sonunda təyyarəyə minib Naxçıvana getdim. Təyyarədən enib aeroport binasına daxil olarkən çöldə polis paltarında bir xeyli adamın dayanıb məni süzdüyünü gördüm. Qorxmadım desəm, yalan olar. Hətta alnımı soyuq tər də basdı. Ürəyimdə məni ehtiyatlı olmağa və Naxçıvana getməməyə səsləyən dostlarıma haqq verərək, “Doğrudanmı bu qədər?” deyə düşündüm. Amma daha qaçacaq yerim yox idi. Özümü sındırmadan, gözəlim Naxçıvanın halına acıya-acıya çıxış qapısına tərəf yollandım. Qapının hardasa 10 metr qarşısında sıra ilə düzülmüş “polislər” məni xeyli nəzakətli şəkildə öz yanlarına çağırırdılar. İçimdəki qorxu hissi bir anda təəccübə çevrildi. Onların “hara gedirsiniz, gəlin, mən aparım” sözlərindən anladım ki, bu adamlar polis yox, taksi sürücüləri imiş. Bu dəfə içimdəki təəccüb hissi sevinclə əvəz olundu.
Qısa zaman ərzində qorxudan təəccübə, təəccübdən sevincə çevrilən bu duyğularımla bibimin yasını yola verib Bakıya qayıtdım. Yanılmamışdım. Naxçıvan deyildiyi qədər də Şimali Koreya deyildi.
Bununla belə, Naxçıvanda məni ilk qarşılayan polis geyimli taksiçilər diqqətimi cəlb etmişdi. İlk baxışdan xeyli səliqəli və nizamlı görünən bu mənzərənin arxasında insan azadlığının məhdudlaşdırılması həqiqəti yatırdı. Aeroportdan hardasa 15 km aralıda yerləşən Cəhriyə gedərkən yayın cırhacırında qalstuk bağlamış taksiçiyə niyə qalstukunu çıxarmadığını soruşanda kədərli-kədərli üzümə baxdığını və ah çəkərək “deyəsən, qonaqsınız” dediyini xatırlayanda indi də ətim ürpəşir. “Bəli” desəm də, taksi sürücüsü yol boyu mənə niyə ah çəkdiyinin səbəbini danışmadı. Bütün suallarımdan açıq-aydın yayınaraq, danışmaqdan çəkindiyini belə gizlətmədi.
Bibimin yasında və daha sonra Bakıda Naxçıvan taksiçilərinin yaşadığı əzablı həyat barədə eşitdiklərim məni heyrətləndirdi. Sən demə, Bakıda bir çoxlarının dar ayaqda sığınacağı alternativ iş yeri kimi baxdığı taksiçilik Naxçıvanda əməlli-başlı “milyoner işi” imiş. Baxmayaraq ki, onlar yeri gələndə Bakı taksiçiləri kimi qazana da bilmirlər. Məgər ki, Muxtar Respublikanın hər rayonun özünəməxsus taksiləri varmış və onlar ancaq öz rayonlarından müştəri qəbul edə bilərmişlər. Məsələn, məni Cəhriyə gətirən taksi Naxçıvana boş qayıtmalı imiş. Çünki Cəhri Babək rayonuna aid olduğundan bu kənddə müştərini ancaq Babək taksiləri götürməliymiş.
Naxçıvanda taksi sürücüsü olmaq da sizə asan gəlməsin. Bakıda bir taksi nişanı alıb istənilən markalı maşınının üzərinə yapışdırmaqla və hər ay dövlətə müəyyən miqdarda lisensiya pulu ödəməklə bu işə başladığın halda, Naxçıvanda eyni peşəyə sahib olmaq xeyli bahaya başa gəlirmiş. Naxçıvan taksiçiləri bunun üçün ilk növbədə əllərini ciblərinə salmalı və Muxtar Respublika istehsalı olan “Lifan” almalıdırlar. "Lifan”ın qiyməti isə 14 mindən 22 min manat arasında dəyişir. Hətta ölkə başçısı İlham Əliyevin dövlət məmurlarına tapşırdığı halda, heç kimin göstərişlə belə “tamah” salmadığı “Lifan”, belə görünür ki, yalnız Naxçıvan taksiçilərinə zorla sırınırmış. Əgər belə olmasaydı, 2017-ci ilin ilk 3 ayı ərzində bu zavod cəmi 3 maşın satmazdı.
Məsələ bununla da bitmir. Muxtar Respublikada taksiçilik etmək üçün həm də gərək Naxçıvan Dövlət Yol Polisini “görəsən”. Bunun üçün əvvəl göy rəngli nömrə nişanı almalısan. Naxçıvan taksiçilərinin bir neçə il əvvəl Azadlıq radiosuna verdiyi açıqlamaya görə, “göy nömrə” 4-5 min manata satılır. Bundan əlavə, digər dövlət məmurlarını da taksiçilik edə bilməyin üçün razı salmalısan. Qısası, Naxçıvanda taksi sürücüsü olmaq üçün 20-30 min manatını gözdən çıxarmalısan.
Amma bu da hələ başlanğıcdır. Ailənin boğazından kəsib 20-30 min kiməsə yedizdirdikdən sonra bir də uniforma problemi var. Hansı ki, mən 7 il bundan əvvəl həmin uniformanın xofundan az qala odünyalıq olmuşdum. Məgər, mən yaxşı qurtarmışam, uniforma Naxçıvan taksiçilərinin də həftə səkkiz, mən doqquz qarşılaşdıqları əsl başağrısı imiş. İnanmırsınızsa, gəlin, bir də bunu onların dilindən eşidək. Taksi sürücüsü Mirabbas Fətullayevin 2013-cü ildə “Azadlıq” radiosuna açıqlamasından: “Təxminən, bir ay öncə isə dedilər ki, uniformanızı dəyişib yeni stildə tikiləni almalısız. Almayanı «QAİ» saxlayıb cərimələməyə başladı. Pulum yox idi almağa. Bir gün yolda saxladılar, müştəriləri maşından düşürüb, sürdülər Naxçıvan MR DYPİ-nin cərimə meydançasına. Apardılar taksi sürücülərinin işi ilə məşğul olan Cavad müəllimin yanına. Cavad müəllim dedi ki, formanı al, cəriməni də ödə, çıxar maşını. Mən dedim ki, özüm tikdirmək istəyirəm, bir az ucuz başa gəlsin. Dedi ki, yox, gedib filan dükandan almalısan. Getdim borc aldım, 55 manat verdim formaya, 50 manat da cərimə ödədim, buraxdılar maşını”.
Mirabbas Fətullayev deyir ki, bu formalar yüksək vəzifəli şəxslərdən birinə məxsus olan tikiş fabrikində istehsal olunur.
Üstəlik, Lifan kimi zorla taksi sürücülərinə sırınan uniformaların da keyfiyyəti qənaətbəxş olmur. Səbəbi təkcə keyfiyyətsiz maldan daha çox pul qazanmaq hərisliyi də deyil. Həm də uniformaların tez sıradan çıxması lazımdır ki, Naxçıvanın hansısa iri məmurunun heç bir işə yaramayan fabrikasının istehsal dövriyyəsi olsun. Baxmayaraq ki, Naxçıvan DYP həmin keyfiyyətsiz uniformaların sıradan çıxmasını belə gözləmir. Tez-tez yeni geyim qaydaları çıxararaq, taksiçiləri həm cərimələyib, həm də uniforma sataraq pul qazanır. Halbuki, qanunvericilikdə belə bir qayda nəzərdə tutulmayıb. Hər halda bunu tanınmış hüquqşünas Müzəffər Baxışov deyir: «Taksi sürücülərinin uniformada olması ilə bağlı qanun yoxdur. Taksi sürücülərinin uniforma almağa məcbur edilməsi, onların buna görə məsuliyyətə cəlb olunması qanunsuzluqdur. Bu işin DYP əməkdaşları tərəfindən aparılması isə ikiqat qanunsuzluqdur... İnzibati məsuliyyəti yalnız Milli Məclis inzibati xətalara görə müəyyən edə bilər. DYP əməkdaşları belə bir addım atırlarsa, məqsədləri hansısa məmurun iqtisadi maraqlarını həyata keçirməkdir».
Müzəffər Baxışovun bu sözləri də təsdiqləyir ki, Naxçıvan taksiçiləri üçün nəzərdə tutulan maşın markasından tutmuş uniforma qaydalarına qədər bütün qeyri-qanuni tələblər Naxçıvanın olmayan iqtisadiyyatını zorla işlətmək cəhdidir. Təbii ki, inzibati qaydalarla indiyədək heç bir iqtisadiyyat inkişaf etməyib, etməyəcək də. İqtisadiyyatın dirçəlməsi üçün hər kəs nəsə istehsal etməli və bir-birindən alıb, biri digərinə satmalıdırlar. Əks halda toplumun alıcılıq qabiliyyəti ortadan qalxar və doymuş bazar reallıqları iqtisadiyyatın durmasına gətirib çıxarar. Bütün inzibati resursların işə salınmasına baxmayaraq, Naxçıvan Avtomobil Zavodunun taksiçilər hesabına ayda bir ədəd maşın satması və daha sonra istehsalı tamamilə dayandırması da bunun ən bariz sübutudur.
Maraqlıdır ki, Naxçıvan Muxtar Respublikasında taksi sürücülərinə təkcə NAZ-ın və hansısa trikotaj fabrikinin məcburi alıcıları kimi baxmırlar. Onların həm də mədəniyyət evlərini və muzeyləri məcburi ziyarət ermək öhdəlikləri də var. Muxtar Respublikanın yarırəsmi mətbu orqanı olan NUHÇIXAN-ın məlumatına görə, ötən il uyun ayının 7-də taksi sürücüləri “könüllü” şəkildə Xan Sarayını ziyarət ediblər. “Burada ekskursiya iştirakçılarına muzeyin tikildiyi tarix, onun ilk sahibi olan 1-ci Kalbalı xan haqqında ətraflı məlumat verilib... Taksi sürücüləri həmçinin Cəmşid Naxçıvanskinin ev muzeyində də olublar. Cəmşid Naxçıvanskiyə və ailəsinə məxsus fotoalbomlar və şəxsi əşyalara baxıblar. Məqsəd taksi sürücülərinin muzey və tarixi abidələrimizlə bağlı biliklərini artırmaq olub”. Etiraf edək ki, şəkillərdə taksiçilərin gözlərindən muzeyləri həqiqətən “könüllü” şəkildə ziyarət etmələri yağır.
Söz düşmüşkən, Naxçıvan MR yaşlı sakinlərinin də tarixi biliklərini artırmaq qayğısına qalan nadir diyarlardandır. Təsadüfi deyil ki, bu il 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində Ahıllar Evi sakinlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ziyarətləri təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. “Sosial könüllülərin də iştirak etdiyi tədbirdə ahıllara muzeydə olan eksponatlar haqqında ətraflı məlumatlar verilib”.
Bir sözlə, Naxçıvan ayrı aləmdir. Burda heç bir şey insanı təəccübləndirməz. Zira yuxarıda haqqında danışdığım şeirdə deyildiyi kimi, burda yalnız bir məntiq işləyir və o klassik Aristotel məntiqindən tamamilə fərqlənir: “Məntiqmi gəzirsən, Xandandır fərman:/ Gözəllik naminə acdır Naxçıvan!” /ovqat.com/

Комментариев нет:
Отправить комментарий