04.12.2019

Valideynlər rus dilində təhsilə niyə üstünlük verir?

Valideynlər övladlarının rus dilində təhsil almasına üstünlük verirlər. Statistika da bunu təsdiq edir. Belə ki, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb.
Maraqlıdır, valideynləri buna məcbur edən səbəblər nələrdir?
Mövzuyla bağlı redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu bölmədə az balla prestijli ixtisasa qəbul olmaq mümkündür:
“2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1 sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir.
Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilindədir, onlardan 16-sında dərslər yalnız rus dilində keçir. Ümumi mənzərə də maraqlıdır. Ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir.
Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir.
Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır.
Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.
2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir.
Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənib. Bu, o deməkdir ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir.
Ailələri rus dilində təhsilə meylləndirən əsas səbəblərdin biri rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlıdır. Rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurrikulum və s. kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər.
Eyni zamanda, qəbul imtahanlarında Azərbaycan bölməsi ilə müqayisədə daha az balla prestijli ixtisasa qəbul olmaq mümkündür”.

Xəyalə Məmmədova

Комментариев нет:

Отправить комментарий