05.12.2019

Kürdlər rus hərbçilərinə hücum etdilər

18 noyabr 2019-cu ildə Suriyanın şimalında yerli kürd əhalisi Rusiya hərbçilərinə hücum etmişlər. Kadrlardan görünür ki, yaxınlıqdakı kürd kəndlərinin sakinləri yoldan keçən Rusiya hərbi patrul maşınlarını daş və dəyənəklə qarşılayırlar.
Hücum zamanı kürdlər maşınların şüşələrini sındırmış, antennalarını qırmış, korpusuna dırmaşaraq kuvalt ilə zərbələr endirmiş, bir maşını isə yandırmışlar.
Hücumu kürdlərin yaşadığı Kobani şəhərinin aqressiv sakinləri həyata keçirmişlər. Onların içində kürd silahlı qüvvələrinin üzvləri də olmuşlar.
Rus hərbçiləri insidentı “əvvəlcədən planlaşdırılmış provokasiya” adlandırmışlar. Rusiya Müdafiə Nazirliyi qeyd etmişdir ki, hücum üçün xüsusi olaraq kürd gəncləri cəlb olunmuşlar.
Suriyada Rus hərbçiləri dəfələrlə yerli kürd əhalisinin hücumlarına məruz qalmışlar. Bundan əvvəl də Rus hərbi kolonnası kürd kəndlərindən keçərkən sakinlər yollara çıxaraq maşınların keçməsini əngəlləmiş, onları daşa basmışlar. 6 noyabrda Kobani rayonunda, 8 noyabrda isə Derik rayonunda kürdlər Rus hərbçilərini daşa basmışdılar. Videolardan görünür ki, onların atdığı daşların bəziləri zirehə dəyərək geri qayıdır və digər daş atanların da başlarına dəyir. Bəzi yerlərdə dəyənəklərlə zirehli şüşələri sındırmağa cəhd etmiş, alışdırıcı butulkalarla maşınları yanırmağa çalışmışlar.











https://www.youtube.com/watch?v=G6LPsQX-JJA&feature=emb_logo
https://www.youtube.com/watch?v=G6LPsQX-JJA&feature=emb_logo
https://www.youtube.com/watch?time_continue=6&v=1T3OtF0SKnA&feature=emb_logo
https://www.youtube.com/watch?time_continue=3&v=bCbjkAbl0cA&feature=emb_logo
https://www.youtube.com/watch?time_continue=1&v=irDDjTi_5yE&feature=emb_logo

Комментариев нет:

Отправить комментарий