13.05.2020

“20 il əvvəl onların Rusiyanı parçalamaq üçün real şansı vardı” – Putindən maraqlı etiraf

“20 il əvvəl Şimali Qafqazda terroru maliyyələşdirənlər Rusiyanı daxildən parçalamaq istəyirdilər. Onların bu planı reallaşdırmaq  üçün şansı da var idi”.
azpost.info bildirir bu sözləri Rusiya prezidenti Putin “Rossiya1” telekanalına müsahibəsində “Xaricdən terrora dəstək hansı məqsədi güdürüdü?” sualına cavabında deyib.
“Parçala və hökm sür. Bu o deməkdir ki, bizi parçalamaq istəyənlər bizim üzərimizdə hökmranlıq etmək istəyir. Bu dövlətlərarası münasibətlərə, yaxud konkret bir dövləti daxildən dağıtmaq üçün tətbiq oluna bilər. O zaman onların bu çirkin planı reallaşdırmaq üçün bütün şansları var idi”- deyə Putin vurğulayıb.
“Yalnız Qafqazda niyə? Bu cəhd Şimalda, Şimal-Qərbdə, Mərkəzdə, Uralda- hər yerdə var idi. 60 müxtəlif respublikaların konstitusiya ya nizamnamələrində hər nə yazılmışdı, bircə Rusiya Federasiyasının tərkibi olmalarından başqa…”- Putin bildirib.
Müsahibə 12 sentyabr 2019-cu ildə alınsa da ilk dəfə bu il nümayiş olunub.

Комментариев нет:

Отправить комментарий