21.05.2020

Sovet İttifaqı Qəhrəmanı Rəsul İsetov 1924-cü ildə Qazaxıstanın Türkistan şəhərində anadan olmuşdur. 18 yaşında könüllü olaraq müharibəyə getmişdir. 22 sentyabr 1944-cü ildə Ukraynanın Voroxta kəndi yaxınlığındakı döyüşlərdə öz dəstəsi ilə düşmənə arxadan hücuma keçmiş, onun top qrupunu məhv etmişdir. 1 oktyabr 1944-cü ildə qranatla almanların 2 pulemyot istehkamını məhv etmiş, 10 əsgərini öldürmüş, 33 əsgərini əsir götürmüşdür. Rəsulun igidliyi sayəsində həmin gün düşmənin 2 topu, 8 pulemyotu, 2 minomyotu, 60 tüfəngi və çoxlu sayda digər silah-sursatı ələ keçirilmişdir. 11 noyabr 1944-cü ildə Rəsul atdığı qranatla düşmənin istehkamını partladaraq 15 əsgərini öldürmüş, öz dəstəsi ilə hücuma keçərək almanların 50 əsgərini və 2 zabitini öldürmüş, silah-sursat dolu anbarını ələ keçirmişdir. 1945-ci ilin yayında Moskvada keçirilən Qələbə Paradında iştirak etmiş, məğrur şəkildə polkun bayrağını aparmışdır. 82 yaşında verdiyi müsahibəsində bildirmişdir ki, “öz vətənimi faşistlərdən azad etmək üçün canımı da verməyə hazır idim”.

Türkün müqəddəs borcu Rusiya İmperiyasına xidmət etməkdir (İbrahim Sel).

Комментариев нет:

Отправить комментарий