14.05.2020

Darıxır

Ülvi Səmazən

İndi mənim saçlarımın
Ağı darıxır, darıxır,
Gözlərimin sənlə gülən
Çağı darıxır, darıxır.

Daha yoxdu məndə səbir,
Tükənirəm e birə-bir.
Bədənimin solu sevir
Sağı darıxır, darıxır.

Ay gözəlim, can bildiyim,
Göyçəyim, gülüm, sevdiyim,
Ürəyimdə sənsizliyin
Dağı darıxır, darıxır.

Комментариев нет:

Отправить комментарий