Livanın "Hizbullah" hərəkatının komandirlərindən olan Seyid Mustafa Bədrəddinin həyatını itirməsinin dördüncü ildönümü münasibətilə çıxış edən "Hizbullah" təşkilatının baş katibi Seyid Həsən Nəsrullah öncə İmam Əlinin qətlə yetirilməsinin ildönümü münasibətilə müsəlmanlara başsağlığı verib. Bu hadisənin müsəlmanlar üçün bir ibrət olduğunu bildirən Seyid Həsən Nəsrullah İmam Əlinin bütün qüdrətilə bu təkfirçi xəvaric cərəyanına qarşı mübarizə apardığını diqqətə çatdırıb. Bu cərəyanın son illər yenidən baş qadırdığını bildirən "Hizbullah" təşkilatının baş katibi dünən Kabildə doğum evinə və Əfqanıstanın başqa bir şəhərində dəfn mərasiminə hücum edərək, günahsız insanları qətlə yetirənlərin həmin bu təkfirçi təfəkkürün ardıcılları olduğunu söyləyib.
Baş katib daha sonra ABŞ-İsrail və Səudiyyə layihəsinin məqsədinin Suriyanın Fələstin və Colan yüksəkliklərindən imtina etmək olduğunu söyləyib. O bildirib ki, bu plan uğursuz olub: "Suriyanın Səudiyyə-Amerika layihəsindəki problemi Amerika və İsrail nəzarətindən çıxması idi. Onların Suriya ilə problemi şəxsi bir problem deyildi. Hətta prezident Bəşər Əsəd mövqeyini dəyişərək, prezidentliyinə davam etməsinə də mane olmurdu. Suriya, ABŞ, İsrail və Səudiyyə bölgəsi üzərində hökmranlığı tətbiq etməyə yönəlmiş layihə üçün böyük bir problemdir. Suriya bütün təzyiqlərə müqavimət göstərdi və hədəfindən əl çəkmədi. Buna görə dünyadakı təkəbbürlülər və muzdlular onu dizi üstə çökdürmək üçün hərəkətə keçdilər. ABŞ-İsrail-Səudiyyə layihəsinin məqsədi Suriyanın Fələstin və Colan yüksəkliklərindən imtina etməsi idi. Bu qərarın nəticələrini başa düşsək də, layihəyə qarşı çıxmaq üçün Suriyaya getməli olduq. Suriya rəhbərliyi və ordusu müharibəni udub və bir neçə döyüşü qalıb. Suriya dağılmaqdan xilas oldu, bunun üçün çoxlu miqdarda pul, silah və on minlərlə silahlı insandan istifadə olundu. Suriya rəhbərliyi millətinin və ordusunun müqaviməti sayəsində müharibədə qalib gələ bildi. Suriyadakı hərbi vasitələrlə məqsədlərinə çata bilmədikdən sonra məqsədlərinə siyasi yolla nail olmağa çalışdılar. Suriya üzləşdiyi psixoloji müharibə və mühasirəyə baxmayaraq, bu günə qədər siyasi döyüşdə qalib gəldi".
Seyid Həsən Nəsrullah qeyd ediib ki, İran, Suriya, Venesuela, Qəzza və Yəməni mühasirəyə alan bir ölkə indi koronavirusdan əziyyət çəkir: "İran, Hizbullah və müqavimət qrupları Suriyaya daxil oldular və terrorçularla vuruşdular. İran heç vaxt öz nüfuzu üçün müharibəyə daxil olmayıb. Rusiya ilə heç bir problemi yoxdur və Suriyadan heç bir şey gözləmir. İranın Suriyadakı hədəfi onun məğlub olmasının qarşısını almaq və ABŞ ilə İsrailin onlara hakim olmamasıdır. Və heç vaxt Suriyanın daxili işlərinə qarışmayacaq. İranın məqsədi Suriyanın kimliyini qorumaq və ABŞ-ın hökmranlığına son qoymaqdır. İsrail Suriyaya qarşı müharibə başlayandan bəri silahlı terrorçu qruplara güvəndi. Suriyaya qarşı müharibə uğursuz olduqda və terrorçuları məğlub olduqda, israillilər məqsədlərinin uğursuz olduğunu başa düşdülər, buna görə yeni başqa hədəfə can atdılar. İsraillilər Suriyada raketlərin istehsalı ilə əlaqəli hər şeyi hədəfə alır. İsraillilər Suriyanı gələcəyi üçün təhdid olaraq görür. İranın və müqavimət qruplarının mövcudluğundan narahatdırlar. Sionist rejim Suriyadakı hadisələrdən qorxur. İsrailin axmaq Müdafiə naziri bu ilin sonuna qədər iranlıları Suriyadan qovacağına söz verib. İsrail özünü və vətəndaşlarını aldadır və Suriyadakı qələbəsinin bəzi təfərrüatlarını göstərməyə çalışır".
Mənbə: tasnimnews eastnews.org

Комментариев нет:
Отправить комментарий