20.05.2020

Rusiya Xmeymim bazasını İranın istifadəsinə verib

İstənilən vaxt və Suriyanın hər yerində İran ordusuna zərbə endirəcəyinə söz verən İsrail baş naziri Benyamin Netanyahu artıq ciddi bir problemlə üzləşib. Rusiya İrana Xmeymim aviabazasından istifadə etmək hüququ verib.
Rusiya hərbi aerodromuna 2 hərbi təyyarənin – Suriya Hərbi Hava Qüvvələrinin “İl-76” təyyarəsi və Tehrandan gələn “Airbus A310” təyyarəsinin Xmeymimə endiyi qeyd olunur. Xmeymim aviabazası vasitəsi ilə tədarükün İrana mümkün raket hücumlarından mütləq qorunma zəmanəti verir, çünki Rusiya İsrailə xəbərdarlıq edib ki, ən kiçik təhlükə olduqda İsrail qırıcıları harada olurlarsa-olsun, əvvəlcədən xəbərdarlıq edilmədən vurulacaq.
“İrana Xmeymim aviabazasından istifadəyə icazə verməklə, Rusiya Netanyahuya meydan oxudu. Sözsüz ki, Suriyadakı rus hərbi aviabazasına hücum cəhdi, yalnız İsrail təyyarələrinin məhv edilməsi deyil, həm də cavab zərbələrinə səbəb olacaq”, – deyə İsrailin özündə ekspertlər bildirib.

Комментариев нет:

Отправить комментарий