Tezliklə SSRİ yenidən qurulacaq. SSRİ tarixin ən yaxşı və ən böyük dövləti olub. Bu dövləti qoruya bilmədik. Amma tezliklə bərpa olacaq. Böyük İttifaq yenidən qurulacaq. Əgər bu işlə Rusiya məşğuldursa- hökmən qurulacaq. Zərurət ondan doğur ki, RF və onun ətrafında olan keçmiş ittifaq dövlətləri artıq 200 il və daha çox müddətdi iqtisadi, siyasi, mədəni cəhətdən bir-birlərinə çox sıx bağlıdırlar- demək olar müştərək sivilizasiya yaratmışlar. Biz də 200 ildir həmin sivilizasiyanın bir hissəsiyik. Bu proses xalqımız üçün də həyati əhəmiyyət daşıdığı üçün mənim bir azərbaycanlı kimi Putinə uğur arzulamaqdan başqa bir düşüncəm yoxdur. Prosesin lokomotivi Rusiya olduğu üçün onun üzərinə böyük yük düşür. Putin və komandası bu istiqamətdə əzmlə işləyirlər. O dövrümüzün ən böyük Rusu, ən böyük Rusiya vətənpərvəridir. Onu hal-hazırda qayğılandıran məsələ Rusiyanın varlığı, yaşaması və inkişafıdır. Rusiyanın, eləcə də bizim yaşamımız və inkişafımız üçün bir ittifaqda birləşməyimiz olduqca zəruridir. Mən də bir Azərbaycan vətənpərvəri kimi ölkəmizin firavan gələcəyini, onun əhalisinin xoşbəxtliyini, o cümlədən maddi rifahını düşündüyüm üçün ikinci SSRİ-nin yaranmasına sevinirəm. O günün çox da uzaqda olmadığına inanıram. Öz xalqımın xoşbəxt gələcəyini həmin ittifaqda görürəm. Buna görə də Putin və komandasına uğur arzulayıram.
Cəmil Şirvanov, Avrasiya Hərəkatı Azərbaycan təşkilatı
Cəmil Şirvanov, Avrasiya Hərəkatı Azərbaycan təşkilatı
Комментариев нет:
Отправить комментарий