Liviyanın şərqindəki Liviya Milli Ordusu (LNA) qüvvələrinin komandanı Feldmarşal Xəlifə Həftər, tabeliyində olan əsas qüvvələrə, "Türkiyə müstəmləkəçiliyinə qarşı müqəddəs müharibə" etməyə çağırdı.
O Türkiyə qoşunlarını "işğalçı və müstəmləkəçilər" adlandıraraq, onlara qarşı "amansız müharibə" etməyin vacib olduğunu bildirib.
Xəlifə Həftər Liviya Milli Ordusu adından yaxın vaxtlarda Rusiya təyyarələrinin iştirakı ilə ən böyük hava əməliyyatını həyata keçirəcəklərini deyib.
Liviya Milli Ordusunun Hava Qüvvələri Komandanı Sakr əl-Caruşi isə ölkə tarixində ən böyük hava əməliyyatına hazırlandıqlarını açıqlayıb və "bütün işğal edilmiş şəhərlərdə Türkiyənin bütün obyektləri və maraqları onların qanuni hədəfləri olduğunu" deyib.
Əlavə olaraq Həftərin nümayəndəsi qarşıdakı saatların "bir dəli üçün ağrılı olacağını" qeyd edib. Yəqin ki bu sözləri ilə Türkiyə prezidenti Ərdoğana eyham vurub.
Qeyd edək ki, Türkiyə 6 ay əvvəl Aralıq dənizinin Liviya zonasında neft hasilatı da daxil olmaqla təhlükəsizlik və iqtisadiyyat mövzusunda çoxtərəfli saziş imzalayaraq Liviyadakı silahlı qarşıdurmaya müdaxilə edib, Liviya Razılıq Hökuməti qüvvələrinə canlı qüvvə, hərbi texnikalar, o cümlədən pilotsuz uçuş aparatları göndərdi.

Комментариев нет:
Отправить комментарий