Geyə təqva libasın qəlb elə xatircəm ola,
Sına daxildəki bütlər və dönüb Adəm ola.
Baş alıb üz tuta Quran ilə eşq vadisinə,
Nəfsi aram, üzü yorğun, gözü qəmgin nəm ola.
Gərək Allahə itaətdə həmi sünbül ola,
Ona gəldikdə bəla dağ kimi həm möhkəm ola.
Aman ey dad ona şeytan şəri hakimlik edə,
Yiyəsiz qəlb evinin sakini naməhrəm ola.
Vay o gündən Əli (ə) fikrində töküb göz yaşi,
İmtahan vaxtı yetişdikdə beyin Mülcəm ola.
Seyyida, şamu-səhər ağla Hüseynin qəminə,
Qəbrin əvvəl gecəsi var ümidim məlhəm ola.
Комментариев нет:
Отправить комментарий